PREPARATLAR

Viburgel

Viburgel

Normal flora orqanizmlə dost kimi yaşayır, patogen floranın baş qaldırmasının qarşısını alır.
Normal floraya Streptokokk(St) salivarius, St. mitis
Veillonella parvula və s. göstərə bilərik.
Şəxsi gigiyenaya riayət etməyəndə, immunitet zəifləyəndə, ağız boşluğunun mühiti dəyişəndə tarazlıq pozulur, patogenlər baş qaldırır:
Məs., diş əti iltihabı  törədənlər: Porphyromonas gingivalis, Fuzobakterium və s.üstünlük təşkil edəndə, parodontitin, ağızda pis qoxunun əmələ gəlməsinə səbəb olur. Porphyromonas gingivalis əsasən, gecələr aktivləşir - həm diş ətini iltihablaşdırır, həm fə kükürd tərkibli qazlar ( məs., hidrogen sulfid və s.) yaradır ki, bu da çox pis qoxuya səbəb olur.
Bir qrup mikroblar var ki, kariesin əmələ gəlməsində mühüm rol oynayırlar: 
məs., Streptokokk mutans, St. sobrinus, Lactobacillus asidofillus  üstünlük təşkil edəndə müxtəlif karieslər formalaşır.
Streptokokk mutans şəkərlə qidalanır, turşu əmələ gətirir ki, bu da mina qatının zədələnməsinə səbəb olur. Bir sözlə diş ətinin, dişlərin sağlamlığı, təmiz nəfəs üçün mikrob tarazlığı qorunmalıdır!

Ağız boşluğunun sağlamlığı üçün aşağıdakılara əməl olunmalıdır:
1.Gündə 2 dəfə dişləri fırçalamaq, dilin arxa hissəsinə kimi təmizləmək, diş ipindən istifadə etmək
2.Şəkərli qidaları məhdudlaşdırmaq-şəkər patogen mikrobun qidasına çevrilir, nəticədə turşuluq artır və dişlərin mina qatı zədələnir
3.6 ayda bir stomatoloq müayinəsində olmaq
4.Düzgün qidalanma
5.Antibakterial ağız yaxalayıcılarından istifadə etmək-
bu bənd üçün Viburgel preparatı çox yaxşı seçimdir.  Viburgel gündəlik ağıza qulluq rutininə çevrilə bilər! O, çobanyastığı, ada çayı və mixək tərkibli, almaniya istehsalı olan iltihabəleyhinə, antibakterial, antiseptik, regenerasiyaedici bir geldir.Axşamlar diş fırçalanandan sonra, kiçik bir ölçüdə diş ətinə çəkilməsi iltihabı aradan qaldıracaq, regenerasiya edəcək, antibakterial təsir göstərəcək və ağız boşluğunu nəm saxlayaraq, mühiti normallaşdıraraq mikrofloranın tarazlıqda  qalmağına  və insanın diş əti iltihabından, ağız qoxusundan, kariesdən qorunmağına kömək edəcək.

Date

23 January 2015

Tags

Biotənzimləyici preparatlar

Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Baş ofis: (012) 430 89 49         
Aptek: (012) 430 30 10

Sosial şəbəkə hesablarımız: