İNTEQRATİV TİBB NƏDİR?
Son illər dünyada xroniki xəstəliklər durmadan artır. Bu da tibbdə onların müalicəsi üçün yeni bir yanaşmanı zəruri edir.
Hazırda bu yanaşma həm Şərqin, həm Qərbin müalicə üsullarını birgə istifadə edir və bu tibb İnteqrativ tibb adlanır.
İnteqrativ tibbin əsas məqsədi yalnız xəstəliyin əlamətlərini azaltmaq deyil, xəstəliyin yaranma səbəblərini araşdırmaq və orqanizmi kompleks şəkildə müalicə etməkdir.
Xəstəlik ilk öncə müxtəlif simptomlar ilə özünü göstərir. Belə ki, çox hallarda xəstələr uzun müddət fərqli simptomlardan əziyyət çəkirlər. Lakin problemin əsas səbəbi müəyyən edilmədiyi üçün xəstəlik xroniki hala keçə bilər.
İnteqrativ tibbdə xəstəyə bütöv bioloji sistem kimi yanaşılır.
İnteqrativ tibbdə insan orqanizmi tam, bütöv bir sistem kimi qiymətləndirilir. İnteqrativ təbabətdə aşağıdakı amillər birlikdə araşdırılır:
• genetik faktorlar
• immun sisteminin vəziyyəti
• metabolizmin tipi
• hormonal balans
• həyat tərzi və qidalanma və s.
Bu məlumatların birlikdə qiymətləndirilməsi xəstəliyin səbəblərini daha yaxşı anlamağa kömək edir.
Niyə bəzi xəstəliklər xronikiləşir?
Adətən müalicə yalnız simptomların aradan qaldırılmasına yönəldilir. Bu zaman xəstəliyin əsas səbəbi aradan qaldırılmadığı üçün problem yenidən baş qaldıra bilir. İnteqrativ tibbdə isə əsas məqsəd: xəstəliyin kök səbəbini tapmaq və aradan qaldırmaqdır.
İnteqrativ tibbin üstünlükləri
• Xəstəyə bütöv yanaşma
• xəstəliyin səbəblərinin araşdırılması
• kompleks müalicə və fərdi diaqnostika metodları istifadə edir
• xroniki xəstəliklərin daha effektiv müalicə və daha uzun remissiya alınması
• Profilaktikaya diqqət
• Orqanizmin özünü bərpa mexanizmlərinin dəstəklənməsi
• həyat keyfiyyətinin yaxşılaşdırılması
İnteqrativ tibbdə hansı üsullar istifadə olunur?
Müasir inteqrativ tibbdə müxtəlif diaqnostik və müalicə üsullarından istifadə edilir:
• Genetik testlər
• BRT, QSM, So Check analizləri
• Drenaj və detoksikasiya proqramları (təbii tərkibli preparatlarla)
• Orqanların dəridə yerləşən bioloji aktiv nöqtələrinə yerli inyeksiyalar
• Ozonoterapiya
• Hidrokolonoterapiya
• Fizioterapiya və reabilitasiya metodları
• Həyat tərzi və qidalanma proqramları
Bu cür yanaşma hər bir xəstə üçün fərdi müalicə planı hazırlanmasına imkan verir.
Belə yanaşma xəstəyə fərdi müalicə planı hazırlamağa imkan verir.
Nəticə
Müasir tibbdə inteqrativ tibb yanaşma getdikcə daha çox istifadə olunur. Bu yanaşma insan orqanizmini bütöv şəkildə qiymətləndirərək xəstəliyin səbəblərini araşdırmağa və daha effektiv müalicə aparmağa kömək edir. İnteqrativ tibb ənənəvi tibbin əleyhinə deyil onu tamamlayan və gücləndirən bir yanaşmadır!
Əgər müəyyən simptomlar, xəstəliklər uzun müddət davam edirsə, problemin səbəbini araşdırmaq üçün inteqrativ tibb həkimi ilə məsləhətləşmək vacibdir!
