XƏBƏRLƏR

Allergiyaların müalicəsinə İnteqrativ yanaşma

 Allergik xəstəliklər – orqanizmin hər hansı bir faktora, yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə qarşı yaranan həssaslıqdır. 
 
Allergik xəstəliklər arasında daha çox rast gəlinir:
- allergik rinit
- allergik konyuktivit
- bronxial astma
- övrə
- atopik dermatit
Allergik rinit- burunda qaşınma, tez-tez asqırma,  burun axması ilə  təzahür edir. Burundan, gözdən axan selik tam şəffaf olur. Hətta burun dəsmalında izi belə qalmır.
Allergik konyuktivit - çox vaxt  allergik rinitlə bir yerdə olur: bu zaman rinit əlamətlərindən başqa ğözdə qaşınma, sulanma, qızartı müşahidə edilir. 

Körpələrdə allergik xəstəlik kimi atopik dermatitə daha çox rast gəlinir.

•    Atopik dermatit – tez – tez təkrarlanan, xroniki gedişlə müşahidə olunan dərinin iltihabı xəstəliyidir: qızartı, ödem, qaşınma, ekssudasiya və qabıqlanma ilə müşahidə olunur.
•    Atopik dermatit – böyüdükcə keçir, amma xəstələrin 50% - də bronxial astma, 75% - də allergik rinit formalaşa bilər.
•    Adətən, atopik dermatitli xəstələrin yaxın qohumlarında (ana, ata, bacı, qardaş) 50 – 70% - hallarda dəri və tənəffüs yollarının allergiyası müşahidə olunur
•    Xəstəlik adətən uşaq 2-3 aylıq olanda başlayır: əvvəl yanaqlarda, sonra  üzün digər yerlərində, ənsə, biləklər, qollar, qarın və ətrafların açıcı səthlərində qızartı, qaşınma, sulanma, qabıqvermə müşahidə olunur. Belə uşaqlarda dəri quruluğu nəzərə çarpır
•    3-5 yaşlarda yaxşılaşma başlayır, 5 yaşdan yuxarı əlamətlər demək olar ki, tamamilə itir.
•    Bəzən yaş artdıqca dəridə quruma və qalınlaşma olur, “atopik dermatit maskası” adlanan bir görünüş əmələ gəlir

Uşaqlarda allergik xəstəliklərin yaranmasına təsir edən amillərdən biri allergiyaya irsi meyilliyin olmasıdır. Bu baxımdan, ailədə allergiyaya meyillik olduqda allergiyanın profilaktikası  hamiləlik dövründən aparılmalıdır. Belə analar hamiləlik və südəmizdirmə dövründə qidalanmalarına xüsusi nəzarət etməlidirlər. Hamilə qadınlar passiv və aktiv tütünçəkmədən özlərini qorumalıdırlar. 
Allergik xəstəliklərin müalicəsi üçün allergenin uzaqlaşdırılması əsas şərtdir, amma bu həmişə mümükün olmur! 
Kəskin reaksiyalarda antihistaminlər, hormonlar istifadə edilir. Allergiyanın müalicəsi  zamanı immun hiperhəssaslığa və allergik reaksiyada iştirak edən mediatorların artıq ifrazına şərait yaradan amillər də (psixi yüklənmə, yanlış qidalanma, disbioz, kandidoz, asidoz, ağır metallarla yüklənmə, dəlikli bağırsaq sindromu) mütləq nəzərə alınmalıdır. 
Allergiyası olan körpələrin menyusunda əsasən, 8 növ qida: inək südü, toyuq yumurtası, soya, araxis, qoz, buğda, balıq, dəniz məhsulları olmamalıdır. 


Allergik xəstəliklərdə orqanizmin pozulmuş mexanizmlərini bərpa etməyə yönələn Biotənzimləyici terapiya  uğurlu nəticələrə səbəb olur. Bu məqsədlə Almaniya istehsalı olan kiçik dozalı preparatlardan istifadə edilir. Sözsüz ki, müalicəyə individual yanaşılmalıdır. Ancaq baza terapiya kimi aşağıdakı 3-lükdən istifadə oluna bilər: Adrisin + Hepeel + Lymphomyosot  
Bu preparatlar xüsusi üsulla hazırlandığı, kiçik dozalı olduğu üçün əlavə təsiri olmur. Həm üşaqlar, həm də yaşlılar rahat istifadə edə bilərlər. Bu sxem pozulmuş mexanizmləri bərpa etməyə, orqanizmi detoks etməyə, desensibilizasiya yaratmağa və uzun müddətli remissiyaya (allergiyanın baş qaldırmamasına) səbəb olur. Bundan başqa kimyəvi dərmanların da effektinin artmasına, doza və yan təsirlərinin azalmasına səbəb olur.

ADRISIN® çoxkomponentli və çoxhədəfli biotənzimləyici preparatdır.

ADRISIN® gözün selikli qişası, tənəffüs yolları və 
dəridə ozünü büruzə verən allergik reakiyaları aradan qaldırır.

ADRISIN® həm kəskin, həm də xroniki simptomları aradan qaldırır.
GÖSTƏRİŞ:
- Allergiyaların müalicə və profilaktikası
- Konyuktivit
- Rinit  
- Övrə

ÜSTÜNLÜKLƏRİ:
- Adrisin® tərkibindəki 16 komponentin birgə təsirinə 
əsasən ümumi allergik reaksiyaları nəzarətdə saxlayır.
- Adrisin® həblərini istifadə etdikdə antiallergik
nazal sprey və ya göz damcısına ehtiyac qalmır.
- Rinit, konyuktivit və övrə simptomlarını tezliklə yaxşılaşdırır
- Heç bir əlavə təsiri və əks-göstərişi yoxdur
- Hər yaşda istifadə oluna bilər

 

Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Baş ofis: (012) 430 89 49         
Aptek: (012) 430 30 10

Sosial şəbəkə hesablarımız: