XƏBƏRLƏR

Allergik xəstəliklər – orqanizmin hər hansı bir faktora, yaşayış və iş yerlərindəki mikrofloraya, bitki tozcuqlarına, heyvan yunu və tükünə, qida maddələrinə qarşı yaranan həssaslıqdır. 

Qrip virusları tənəffüs yollarının epitel hüceyrələrinə yüksək tropizmə malik olduğuna görə, əsasən tənəffüs yolları infeksiyalarını törədirlər. Hazırda qriplə xəstələnmə üstünlük təşkil edir. Qrip sözü fransızcadan götürülüb tutmaq deməkdir.

Aftoz stomatit – bu diş ətində, dodaqlarda, dildə, yanaqların selikli qişasında və bəzən damaqda olan balaca ağ və ya sarı-boz rəngli xora və ya eroziyalardır. Xoradan  24-48 saat əvvəl yerli  yandırıcı ağrı olur və  sonra balaca xora yaranır. Ağır hallarda qızdırma və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Aftoz stomatit bir dəfə baş verə bilər və ya müxtəlif tezliklə residivləşə bilər.

Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Baş ofis: (012) 430 89 49         
Aptek: (012) 430 30 10

Sosial şəbəkə hesablarımız: