TƏDRİS

Kurslar, vebinarlar və seminarların videolarını izləmək üçün "İNTEQRATİV TİBB" kanalına abunə olun!

TƏDRİS

Azərbaycan xalqının sağlamlığı keşiyində əzmlə çalışan həkimlər!

İnsanlara sağlamlıq bəxş etmək naminə şərəfli, mühüm peşə başındayıq; ən dəyərli nemət olan sağlamlıq bizə etibar olunub... Amma heç də hər zaman istənilən nəticəni əldə etmək, bu işi uğurla axıra çatdırmaq mümkün olmur. Standart, protokol üzrə tibbi yanaşma xəstəliklərin tam müalicəsini təmin etmir; bu səbəbdən müalicə olunmayan və ya ömürlük müalicə tələb edən ”xroniki” xəstəliklərin sayı durmadan artır. Stent və şuntlama əməliyyatlarının artıq rutinə çevrilməsi, onkoloji klinikalarda sonsuz növbələr buna bariz nümunədir. Bunların qarşısının alınması sizin əlinizdədir!!! 


Məlumdur ki, etiopatogenetik müalicə uğurlu nəticə verir. Xroniki xəstəliklər polietiolojidir. İnsanı bütöv varlıq kimi görərək və İnteqrativ Təbabətin zərərsiz terapiya üsullarını kompleks şəkildə istifadə edərək, uğurlu nəticə əldə etmək olur. İnteqrativ Təbabətin müalicə üsulları dünyada artıq 50 ildən çoxdur ki tətbiq olunur və 25 ildir ki, kompleks şəkildə istifadəsi “İnteqrativ Təbabət” adlanaraq bir çox inkişaf etmiş ölkələrdə sürətlə inkişaf edir.

Azərbaycanda da artıq 15 ildir ki, Bioloji Təbabət klinikasının həkimləri xroniki xəstəlikləri İnteqrativ Təbabət üsulları ilə müalicə edir. 15 il ərzində illər uzunu nəticəsiz müalicələr almış, artıq ümidini itirmiş ağır xəstələr, hətta tibb sahəsi yaxşı inkişaf etmiş xarici ölkə vətəndaşları (məs.,Türkiyə) Bioloji Təbabət klinikasında İnteqrativ Təbabət üsulları ilə uğurla müalicə olunmuşlar. 

15 illik praktikamıza əsaslanaraq, öz təcrübə və uğurlu nəticələrimizi geniş həkim auditoriyasına təqdim etməyi vacib bilirik. Bu məqsədlə zamanla ayaqlaşmaq istəyən, dar protokol çərçivəsinə sığmayan, xəstəsini gerçəkdən müalicə etmək istəyən həkimləri  “İnteqrativ Təbabətin müalicə metodları” tədris kursuna dəvət edirik.     

KURSUN MƏQSƏDİ:
•  Kursu bitirən həkim xroniki xəstənin uğurlu müalicəsinin yalnız İnteqrativ Təbabət ilə mümkün olacağına əmin olacaq
•  İnteqrativ Təbabəti mükəmməl mənimsəyən həkim müalicəni düzgün təyin edib, uğurlu nəticə əldə edəcək
•  “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” mərkəzinin dəstəyi ilə sizin əldə etdiyiniz  uğurlu nəticələr dünyada tanınmış tibbi jurnallarda dərc oluna bilər. 

Xəstəyə fərdi yanaşmaya, fərqli müalicə metodlarına maraq göstərən, yeni tibbi paradiqmanı alqışlayan bütün həkimləri kursumuzda görməyə məmnun olarıq.      

 

İNTEQRATİV TƏBABƏTİN MÜALİCƏ METODLARI  |  TƏDRİS PROQRAMI:

  • İnteqrativ Təbabətə giriş. Biotənzimləyici terapiya 
    Prof. Fikriyyə İbrahimli-  terapevt, tibb elmlər doktoru, BEA-nın akademiki, ATU
  • Homeopatiya. 
    Kəmalə Həsənova - həkim-homeopat,“Respublika Xalq Təbabəti Mərkəzi”
  • Biotənzimləyici terapiyanın preparatları və tətbiq üsulları 
    Prof. Fikriyyə İbrahimli-  terapevt, tibb elmlər doktoru, BEA-nın akademiki, ATU
  • Biotənzimləyici terapiyanın immunoloji əsasları. Köməkçi immunoloji reaksiya. 
    Prof. Akif Qurbanov – mikrobioloq, tibb elmləri doktoru,  ATU
  • Biotənzimləyici terapiya - Biopunktura. 
    Gülnar Quliyeva - terapevt, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin  baş həkimi.
  • Yanlış qidalanma  - xroniki xəstəliklərin  vacib səbəbi kimi 
    Amaliya Rəhimova - həkim-nutrisioloq, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
  • Qalxanvari vəzin autoimmun xəstəliklərinin müalicəsində İnteqrativ Təbabətin imkanları.
    Dos. Rauf Cabbarov, endokrinoloq, Diamed Medical Group
  • Ürək-damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Təbabətin imkanları.
    Dos. Arzu Bəydəmirova, kardioloq, t.ü.f.d, ATU
  • Ginekoloji xəstəliklərin müalicəsində İnteqrativ Təbabətin imkanları. 
    Natəvan Axundova –  ginekoloq, tibb elmləri doktoru, professor, ATU
  • Pediatrik xəstəliklərin müalicəsində İnteqrativ Təbabətin imkanları. 
    Nurəngiz Hacıyeva - pediatr, tibb elmləri doktoru, ATU. 
  • Trofik xoraların müalicəsində İnteqrativ Təbabətin imkanları.   
    Arzu Musayeva - terapevt, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
  • İnteqrativ Təbabətdə qocalığın profilaktika və terapiyası
    Prof. Fikriyyə İbrahimli-  terapevt, tibb elmlər doktoru, BEA-nın akademiki, ATU
  • İnteqrativ Onkologiya.
    Rəna Niftəliyeva - onkoloq-mammoloq, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, baş həkimin 
    müalicə işləri üzrə müavini
  • Mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Təbabətin imkanları.
    Arzu Quliyeva –qastroenteroloq, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
  • Dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Təbabətin imkanları.
    Nuriyyə Əlibəyli - fizioterapevt, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi
     

 

 

Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Baş ofis: (012) 430 89 49         
Aptek: (012) 430 30 10

Sosial şəbəkə hesablarımız: