Əzələdaxili, dərialtı, dəridaxili, venadaxili inyeksiya üçün.
İnyeksiya üçün məhlul
Tərkibi: Təsiredici maddələr: 1,1 ml (= 1,1 q) həcmə malik 1 ampulda vardır: Cartilago suis D 10 367,00 mg, Cartilago suis D 30 367,00 mg, Cartilago suis D 200 367,00 mg Köməkçi maddələr: natrium-xlorid.
Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.
İstifadəsinə göstərişlər: Oynaq xəstəlikləri zamanı zədələnmiş qığırdaqla bağlı simptomların yüngülləşdirilməsi, məs., oynaq ağrıları və oynaqlarda xırtıltı.
Əks göstərişlər: Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir.
İstifadə qaydası və dozası: Standart Doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 ampul həftədə 1-3 dəfə. Pediatriya: 2-5 yaş: 14 ampul həftədə 1-3 dəfə. 6-11 yaş: / ampul həftədə 1-3 dəfə.
Kəskin və ya başlanğıc doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): gündəlik 1 ampul, sonra standart doza ilə davam edilir. Pediatriya: 2-5 yaş: gündəlik 14 ampul, sonra standart doza ilə davam edilir. 6-11 yaş: gündəlik / ampul, sonra standart doza ilə
Ampulu əlinizdə tutun. Açılma təlimatını dəqiqliklə izləyin. Şüşə ampulu kəsmək lazım deyil. Bucaq altında ampulun başını tutun, və ampulun yuxarı hissəsinə vuraraq məhlulu aşağıya doğru çalxalayın. Sonra rəngli nöqtə olan hissədən ampulun yuxarı hissəsini qırın. Artıq qalan hissələr atılmalıdır.
Əlavə təsirləri: Bütün dərman vasitələri kimi bu homeopatik dərman vasitəsinin də müvəqqəti allergik reaksiya kimi əlavə təsiri ola bilər.
Hamiləlik və laktasiya: Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll etmə məhlullarının hamiləlik və laktasiya müddətində zəhərli olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminiz və müalicə edən mütəxəssislə məsləhətləşin.
Buraxılış forması: 1,1 ml-lik 10 və ya 100 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında
Baş ofis: (012) 430 89 49
Aptek: (012) 430 30 10