XƏBƏRLƏR

Karies, diş əti xəstəliklərində mikrobların rolu varmı?

Karies, diş əti xəstəliklərində mikrobların rolu varmı?
Ağız boşluğu mikroflora ilə zəngin olan bir hissədir. Ağız boşluğunda təxminən 500-700 -dən çox bakteriya növü yaşayır.Bunlar normal və patogen olmaqla qruplaşdırılır. Normada bunlar tarazlıqda olurlar.
 
 
Normal flora orqanizmlə dost kimi yaşayır, patogen floranın baş qaldırmasının qarşısını alır.
Məs.,Streptokokk(St) salivarius
St. mitis
Veillonella parvula vəs.
Şəxsi gigiyenaya riayət etməyəndə, immunitet zəifləyəndə, ağız boşluğunun mühiti dəyişəndə tarazlıq pozulur, patogenlər baş qaldırır:məs., Porphyromonas gingivalis üstünlük təşkil edəndə, parodontitin, ağızda pis qoxunun əmələ gəlməsinə səbəb olur.O, əsasən gecələr aktivləşir.
məs., Streptokokk mutans, St. sobrinus, Lactobacillus asidofillus  üstünlük təşkil edəndə müxtəlif karieslər formalaşır.
 
Ağız boşluğunun sağlamlığı üçün aşağıdakılara əməl olunmalıdır:
1.Gündə 2 dəfə dişləri fırçalamaq, dilin arxa hissəsinə kimi təmizləmək, diş ipindən istifadə etmək
2.Şəkərli qidaları məhdudlaşdırmaq-şəkər patogen mikrobun qidasına çevrilir, nəticədə turşuluq artır və dişlərin mina qatı zədələnir
3.6 ayda bir stomatoloq müayinəsində olmaq
4.Düzgün qidalanma
5.Antibakterial ağız yaxalayıcılarından istifadə etmək-
bu bənd üçün Viburgel preparatı çox yaxşı seçimdir.  Viburgel gündəlik ağıza qulluq rutininə çevrilə bilər! O, təbii tərkibli, iltihabəleyhinə, antibakterial, antiseptik, regenerasiyaedici bir geldir.Axşamlar diş fırçalanandan sonra, kiçik bir ölçüdə diş ətinə çəkilməsi iltihabı aradan qaldıracaq, regenerasiya edəcək, antibakterial təsir göstərəcək və ağız boşluğunu nəm saxlayaraq, mühiti normallaşdıraraq mikrofloranın tarazlıqda  qalmağına  və insanın diş əti iltihabından, ağız qoxusundan, kariesdən qorunmağına kömək edəcək.

Azərbaycanda eksklüziv distribyutor: “PLANETA” İKŞ

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında

Baş ofis: (012) 430 89 49         
Aptek: (012) 430 30 10

Sosial şəbəkə hesablarımız: