Məqalələr

Yaş artdıqca osteoartrit xəstəliyi durmadan artır. Yaşlı pasiyentlərdə yalnız effektivlik baxımından medikamentoz müalicəni nəzərdən keçirmək qeyri-mümkündür. Ona qarşı əsas tələblərdən biri qısa və uzunmüddətli istifadə zamanı təhlükəsizliyidir. Traumeel S preparatının üstünlüklər: çoxkomponentli və çox istiqamətli biotənzimləyici preparatdır.O, yaxşı dözümlülük, digər preparatlarla uyğunluq göstərir. Qeyri-steroid iltihabəleyhinə preparatlara xas olan yan təsirləri olmayan, analgetik və iltihab əleyhinə təsir göstərir.

Yaşlı pasiyentlərdə müxtəlif revmatik xəstəliklər ola bilər, lakin yayılma baxımından osteoartrit (OA) onlar arasında birinci yerdədir. OA xəstəliyi yaşla durmadan artır. Bu oynaq patologiyası hərəki aktivliyin saxlanmasına mane olan funksional pozulmalara görə yaşlı insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. OA-nın inkişafının və proqressivləşməsinin səbəbləri dayaq-hərəkət aparatındakı struktur və funksional dəyişikliklərdir. Subxondral sümükdə sümüklərin regenerasiya prosesləri pozulur, dezadaptiv remodelləşmə elementləri osteofitlərin inkişafı ilə ortaya çıxır, sümük rezorbsiyası prosesləri üstünlük təşkil edir, oynaqların qığırdaq toxuması nazikləşir və dağılır, kapsulyar bağ aparatı pozulur, əzələlərin piy toxuması ilə əvəz olunması prosesi baş verir, onların tonusu və yığılma gücü azalır.

Yaş artdıqca, hərəkətlərin koordinasiyası pozulur, travmaya meyillik artır: əzilmə, bağların dartınması və cırılması, skeletin periferik sümüklərinin sınıqları.
Travmalar OA təzahürlərini ağırlaşdırır və və onun simptomlarının manifestasiyasına səbəb olur.
OA-nın vaxtında diaqnostikası, onun inkişafı üçün risk faktorlarının müəyyən edilməsi və aktiv adekvat terapiya fiziki fəaliyyətin azalmasının qarşısını ala bilir, yaşlıların ömrünün artmasına müsbət təsir göstərən fiziki və sosial fəaliyyətin adi səviyyəsini saxlamağa imkan verir. Bu gün onların əmək qabiliyyətini qorumaq xüsusilə vacibdir, çünki son onillikdə əmək fəaliyyətinin müddəti, xüsusən intellektual və yaradıcı işlə məşğul olan insanlar üçün əhəmiyyətli dərəcədə uzanmışdır.
OA-da müalicə kompleks olmalıdır və bura həm medikamentoz, həm qeyri-medikamentoz terapiya daxil edilməlidir. Qeyri-medikamentoz terapiyanın bir neçə əsas istiqaməti xüsusi əhəmiyyət kəsb edir: pasiyentlərə həyat tərzinin korreksiyası, özünə kömək elementləri, müntəzəm müalicəvi idman tərbiyəsi (LFK-MİT) və ortezlərin istifadə texnikası öyrədilməlidir.
Pasiyentlərə bədən çəkilərinə nəzarət etmələri tövsiyə olunur, çünki bədən kütləsi yüksək olan insanlarda ağrının və funksional pozulmaların dərəcəsi normal bədən çəkisi olan insanlara nisbətən daha yüksək olduğu sübut edilmişdir.
Bədən çəkisinin azalması iltihab markerlərinin səviyyəsinin azalması, qığırdağın deqradasiyasının markeri ilə və qığırdaq sintezi markerinin səviyyəsinin artması ilə korrelyasiya edir. OA olan bütün pasiyentlər çəki azaltma proqramlarında iştirak etməli, onu idarə etməyi və düzgün pəhriz vərdişlərini qorumağı öyrənməlidirlər.
Fiziki məşq və müalicəvi idman terapiyası yaşından, ağrının intensivliyindən və funksional pozulma səviyyəsindən asılı olmayaraq, OA olan pasiyentlər üçün terapiya proqramlarının ən vacib komponentləridir. Fiziki məşq təkcə fiziki fəaliyyəti qorumağa deyil, həm də onu aktivləşdirməyə, xəstəliyin proqressivləşməsinin zəifləməsinə imkan verir.
Bundan əlavə, fiziki cəhətdən aktiv olan yaşlı pasiyentlərdə əzələ tonusu daha uzun müddət qalır, yaddaş yaxşılaşır, depressiyaya meyillik olmur, onlar piylənmədən əziyyət çəkmirlər. OA olan pasiyentlərdə dördbaşlı əzələni oturan və ya uzanan vəziyyətdə gücləndirmək üçün məşqlər, aşağı ətraf əzələlərini gücləndirmək və dartmaq üçün məşqlər kombinasiyası və aşağı intensivlikdə aerobika məşqləri tövsiyə olunur.
Eyni zamanda, bədən yükü ilə (tullanma, qaçış, dərin oturub durma) məşqlərin OA olan pasiyentlərdə əks göstəriş olduğunu unutmamalıyıq. Yaşlı insanlar üçün fiziki aktivliyə dair ümumi qaydalara, gündəlik olaraq 30 dəqiqəlik aşağı və orta intensivlikdə aerobika hərəkətləri daxildir; daha çox təlim keçmiş şəxslər üçün məşqin müddəti 60 dəqiqə ola bilər. Fiziki məşqlərin effektivliyinin əsas əhəmiyyəti fiziki yükün müntəzəm olmasıdır, ev şəraitində və ya təlimçi ilə aparılan məşqin effektivliyində böyük fərq qeyd olunmur.
OA olan pasiyentlərdə müalicəvi idman terapiyasının əsas prinsipləri –yüklənmənin tədricən artması, kiçik həcmdə və orta intensivlikli gündəlik məşqlərdir. Fiziki məşqin əhəmiyyəti həddən artıq qiymətləndirilə bilməz: bir sıra tədqiqatlar qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) və aşağı ətraf əzələlərinin möhkəmləndirilməsinə yönəlmiş məşqlərin analgetik təsirlərinin müqayisəli olduğu göstərilmişdir.
Diz oynağının (DO) OA olan pasiyentlərə elastik bandaj və ortezlərin istifadəsini tövsiyə etmək məqsədəuyğundur. Elastik diz yastığı geyindikdə, oynağa düşən yük zamanı ağrılar azalır. Menisk çıxarıldıqdan sonra yaranan DO-nun varus deformasiyası və medial OA olan pasiyentlər, yükü azaldan valqus ortezlərdan faydalana bilərlər.
OA-da pazvari ayaqqabı içliyi oynaqların varus və ya valqus deformasiyasını bir qədər kompensasiya edə bilər; istifadə edildikdə amortizasiyaedici faydalı effekt də qeyd olunur. Ayaqqabı geymək tövsiyəsinə baxdıqda, OA olan pasiyentlər üçün ən yaxşı seçim, zərbəni udan və pəncəni qoruyan krasovka tipli ayaqqabılardır. Çəlik zədələnmiş oynağın yükünü azaltmağa imkan verir; ağır vəziyyətlərdə kömək üçün digər dayaqverici vasitələrdən istifadə edilə bilər.
Qeyri-medikamentoz müalicənin mühüm əhəmiyyətinə baxmayaraq, OA-nın müalicəsində medikamentoz terapiya olmadan keçinmək mümkün deyil. Beynəlxalq mütəxəssislərin tövsiyələrinə əsasən, OA üçün bir sıra dərman preparatlarından (DP) istifadə olunur: parasetamol, QSİƏP, simptomomodifikasiya olunmuş ləng təsirli vasitələr (xondroitin sulfat, qlükozamin sulfat, avokado və soya yağları), diaserein, hialuron turşusu preparatları və qlükokortikosteroidlərin yerli tətbiqi.
Yaşlı pasiyentlərdə medikamentoz müalicəyə yalnız effektivlik baxımından nəzərdən keçirmək mümkün deyil. Bunun üçün əsas tələblərdən biri qısamüddətli və uzunmüddətli istifadənin təhlükəsizliyidir, çünki orqan və sistemlərin fəaliyyətinin yaşla əlaqəli xüsusiyyətləri preparatların farmakodinamikasına və farmakokinetikasına təsir göstərir. Yaşlandıqca, mədə şirəsinin turşuluğu, bağırsağın sorma qabiliyyəti, mədə-bağırsaq traktı boyunca maddələrin hərəkət sürəti və mezenterial qan axınının intensivliyi azalır. Bu, təsiredici maddələrin nizamsız azad olmasına, bir tərəfdən absorbsiyanın azalmasına, digər tərəfdən preparatın bağırsaqda uzun müddət qalması onun toplanmasına səbəb olur. Bədəndəki piy toxuması artır, mayenin ümumi miqdarı azalır və bu, yağda həll olan maddələrin təsir müddətinin uzanmasına səbəb olur, bununla əlaqədar suda həll olan preparatların dozasının azalması tələb olunur. Əzələ kütləsinin piy toxuması ilə əvəz edilməsi orqanizmin fizioloji aktiv toxumasına yeridilən dərman preparatlarının konsentrasiyasının artmasına gətirib çıxarır. Bütün orqanların yaşla əlaqəli xroniki işemiyası, maddələrin toxumalara çatdırılmasının məhdudlaşdırılmasına və onlarda metabolik məhsulların yığılmasına səbəb olur. Yaşlı xəstələrdə qaraciyər kütləsinin azalması və qaraciyərdə qan axınının azalması səbəbindən müəyyən dərmanların biomənimsənilməsi artır və toksik təsirlərin ehtimalı və təzahürü arta bilər.
Böyrəklərin konsentrasion və ekskretor funksiyasının azalması preparatların kumulyasiyası nəticəsində yan təsirlərin təzahürünə səbəb olur. Bildiyiniz kimi, QSİƏP istifadə edərkən əlavə təsirlər daha çox 65 yaşdan yuxarı xəstələrdə inkişaf edir.

Yaşlı insanlarda OA-nı müalicə edərkən sistematik terapiyanı minimuma endirməyə çalışırıq, çünki statistikaya görə 65 yaşdan yuxarı insanların əksəriyyəti davamlı olaraq gündə 5-dən 12-yə qədər müxtəlif tablet qəbul edir və buna görə də preparatların arzu olunmayan qarşılıqlı təsiri artır. 60 yaşdan yuxarı insanlarda preparatları qəbul etməklə yaranan fəsadların tezliyi gənc xəstələrə nisbətən 2 dəfə, 70 yaşdan sonra isə 7 dəfə yüksəkdir.
Bu faktlar, həkimi OA olan yaşlı pasiyentlər üçün ən təhlükəsiz medikamentoz müalicə axtarmağa vadar edir. Bu problemi həll etmək üçün yeni imkanlar təklif edir, bu sistemli təbabətin xüsusi istiqaməti olan – biotənzimləyici təbabətdir.
O, orqanizmin ehtiyat bərpaedici imkanlarının aktivləşdirilməsinə yönəlmiş bioloji özünütənzimləmə prinsiplərinin istifadəsinə əsaslanır. Həyat fəaliyyəti və ətraf mühitlə qarşılıqlı əlaqə prosesi zamanı orqanizm səviyyəsində autorequlyasiya və adaptasiya mexanizmləri müvafiq təsirləri tətbiq etməklə maksimum dərəcədə aktivləşdirilə və ya inkişaf etdirilə bilər. Biotənzimləməni optimallaşdırmaq üçün amin turşuları, kofaktorlar, mineral elementlər və bitki ekstraktları kimi maddələrdən istifadə etmək məqsədəuyğundur. Onlar təbii fizioloji mexanizmlərə müdaxilə etmədən eyni vaxtda bir çox proseslərə təsir göstərməyə imkan verir. Biotənzimləyici preparatların üstünlüyü – onların farmakokinetik neytrallığı, digər preparatlarla qarşılıqlı əlaqənin olmamasıdır.

Biotənzimləyici preparatlar daxilə qəbul edilə bilər, əzələdaxili, applikasiya üsulu ilə, eləcə də lokal inyeksion terapiya ilə yeridilə bilər. Son iki üsul, dayaq-hərəkət sisteminin patologiyasının müalicəsində daha çox istifadə olunur, bu məqsədlə ən çox tətbiq olunan Heel şirkətinin Traumeel S və Zeel T preparatlarıdır. Artrozlarda (osteoartrit) Traumeel S və Zeel T preparatları olduqca effektiv və zərərsizdir!