Dərialtı, dəridaxili, əzələdaxili, venadaxili inyeksiya üçün məhlul.


Tərkibi: Təsiredici maddələr: 1,1 ml (= 1,1 q) tutumli bir ampulda vardır: Citrullus colocynthis D4 1,1 mq, Ammoniumbromatum D4 1,1 mq, Atropinum sulfuricum D6 1,1 mq, Veratrum album D6 1,1 mq, Gelsemium sempervirens D6 1,1 mq, Amanita muscaria D4 0,55 mq, Chamomilla recutita D3 0,55 mq, Cuprum sulfuricum D6 0,55 mq, Aconitum napellus D6 2,2 mq, Magnesium phosphoricum D6 1,1 mq, Passiflora incarnata D2 0,55 mq.
Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.


Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.
İstifadəsinə göstərişlər: Saya əzələli orqanların spazmı (mədə, bağırsaq, öd kisəsi, uşaqlıq, sidik yolları); eninəzolaqlı əzələnin spastik vəziyyəti (miogeloz, əzələ dartılmaları).


Əks göstərişlər: Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.


İstifadə qaydası və dozası: Kəskin hallarda gündə bir dəfə, digər hallarda isə həftədə 1-3 dəfə 1 ampulun möhtəviyyatı dərialtı, dəridaxili, əzələdaxili, venadaxili yeridilir.

Xəbərdarlıq: Əgər simptomlar yüngülləşməzsə və ya kəskinləşərsə, o zaman həkiminizlə və ya tibb mütəxəsissi ilə məsləhətləşin.
Əlavə təsirləri: Bütün dərman vasitələri kimi homeopatik dərman vasitələrinin də allergik reaksiya kimi əlavə təsiri ola bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamiləlik və laktasiya dövründə istifadəsinə dair klinik məlumatlaryoxdur. Homeopatik dərman vasitəsinin tərkibində olan substansiyanın hamiləlik və laktasiya zamanı toksik təsiri
məlum deyil.
Buraxılış forması: 5, 10, 50 və ya 100 ədəd 1,1 ml-lik ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. Saxlanma şəraiti: Saxlanmasına dair heç bir xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.
İstehsalçı:
Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Strasse 2-4, D-76532 Baden-Baden, Germany
Rəsmi distribyutor:
Planeta PCC, Djavadkhan Street, 24. AZ 1111, Baku City, Azerbaijan

Məqalələr