• VTEM Image Show

    DAVAMLI BƏRPAYA GEDƏN YOL
  • VTEM Image Show

  • VTEM Image Show

 

Новый взгляд на лечение мышечных травм у профессиональных спортсменов

доктор Ханс-Вильгельм Мюллер-Вольфахт

Alman firması "Biologische Heilmittel Heel GmbH (Baden-Baden, Almaniya) dünyanın homeopatik preparatlarının ən böyük istehsalçısıdır. "Heel" - latın abbreviaturasının "Herba Est Ex Luce" baş hərifləridir və tərcümədə "İşıq bitkiləri" deməkdir. Fəaliyyətə başladığı zamandan Heel elmi istiqamətini 30-cu illərdə Almaniyada yaranmış və tədricən alimlərin e''tibarını qazanmış - homotoksikologiyanın tətbiq olunmasına yönəldib.\r\n

Homotoksikologiyanın banisi - alman həkimi, alim Hans Heinriç Rekkeveqdir (1905 - 1985). O yazırdı: "Mən səhiyyə üçün tamamilə yeni bir şey yaradıram. Bunun qəbul olunması üçün isə uzun zaman gələcək .. "

Homotiksologiyanı səhiyyənin başqa istiqamətlərindən fərqləndirən cəhət insan orqanizminə kompleks yanaşmadır, toksiki ağırlaşdırılmalar hər hansı xəstəlikdə - homotoksikoz səbəb kimi bir çox faktorlar nəzərə alınır.


Rekkeveqə görə, istənilən xəstəlik xarici və daxili homotoksinlərə cavab reaksiyasıdır. Homotoksikoloji terapevtik yanaşmalar hal-hazırda səhiyyəni bütün istiqamətlərində nevrolgiyadan, psixiatriyadan başlayaraq doğum və pediatriyaya qədər istifadə olunur.
Antihomotoksik preparatlar kimi tanınmış Heel preparatları çox böyük populyarlıq əldə etmiş və dünyanın bütün kontinentlərində 60-dan çox ölkədə ist olunur. 1500 dən çox reseptindən ibarət olan firmanın məhsul assortimenti – mikstrura, həb, şam, sürtmə şəklində buraxılır. Heel preparatlarını kənar tə''sirin, əks göstəricinin, yaş həddi yaxud müalicənin müddəti, əlverişliliyi ilə bağlı məhdudluq olmamasina görə ilə fərqlənir.

Antihomotoksiki preparatların effektivliyi bir çox elmi işlərdə geniş nümayiş olunub. Homotoksikologiya elm kimi naturopatik səhiyyədə mühüm yer tutub və klassik homeopatiya ilə ənənəvi səhiyyə arasında körpüdür. Rekkeveqin əsas işləri – “Homotoksikologiya səhiyyə elminin nailiyyət sintezi kimi”, “Həkim metodikası və antihomotoksiki homeoptaiya”, “Xərçəng problemləri” və s. bir çox dillərə tərcümə olunub, 60 ildən çoxdur ki, “Heel” öz xidmətlərini müxtəlif ixtisaslı həkimlərə təklif edir. Sübut kimi “Beynəlxalq Homotoksikologiya Cəmiyyəti və Antihomotoksik Terapiya”-nın yaranmasını, 800-dən çox elmi seminarların və konfransların keçirilməsini göstərmək olar. Hər il, müxtəlıf ölkələrdən aparıcı mütəxəssislər Baden-Baden şəhərində Homotoksikologiya Beynəlxalq Akademiyasında kurslardan keçirlər.
Alternativ müalicəyə həsr olunmuş ən böyük tirajlı, bir neçə dildə nəşr olunan "Homotoxin Journal" buraxılmağa başlandı. Hər il Beynəlxalq Homotoksikologiya cəmiyyəti Hans-Haynrix Rekkeveq adına mükafat verilməsinə müsabiqə elan edir. Hansı ki, 2 yerə bölünür, birincisi – nəticəsi antihomotoksikoloji təbabət sahəsinin inkişafına səbəb olan tamamlanmış elmi proyektə görə; ikincisi- antihomotoksikoloji terapiyanın gələcək perespektivlərini təsdiq edən elmi araşdırmalara görə. İştirakçı üçün əsas şərt-antihomotoksikoloji preparatın istifadəsidir.
“Homotoksikologiya” – bioloji səhiyyənin ən maraqli sahəsidir və müxtəlif xəstəliklərdə geniş tədqiqatını tələb edir.” - Beynəlxalq Homotoksikologiya cəmiyyətinin prezidenti Frans – Anselm qraf fon İngelxaym.

2001-ci ildən başlayaraq “Planeta” dünyanın ən böyük kompleks homeopatiya preparatlarının istehsalçısı olan " Biologische Heilmittel Heel GmbH" (Baden-Baden, Almaniya) firmasının maraqlarını Azərbaycanda təmsil edir və bu firmanın eksklüziv distributorudur. “Planeta” şirkətinin əsas istiqaməti 60 ildən çox Qərbi Avropada uğurla tətbiq olunan, təbabətdə yeni istiqamət olan Homotoksikologiya və Antihomotoksik terapiyanın Azərbaycanda inkişafıdır. Azərbaycanda tibbin uğurlu inkişafı üçün yeni proyektlərin, ideyaların işlənib hazırlanması “Planeta” şirkətinin əsas məqsədlərindəndir.2003-cü ilin sentyabr ayında “Homotoksikoloji və Antihomotoksik terapiya”-dan kurslar təşkil olunmuşdur, 2005-ci ildən isə başlayaraq təlimlər hər 2 aydan bir keçirilir (92 saat). Kurslarda Azərbaycanın regionlarından müxtəlif ixtisaslı həkimlər Antihomotoksik terapiyanın və Bioloji terapiyanın digər istiqamətlərinın əsas metodika və prinsipləri ilə tanış olurlar. Həmçin pediatriyada, neonatologiyada, ginekologiyada, nevrolgiyada, psixiatriyada, geriatriyada praktiki tətbiqi imkanlarını öyrənirlər. Təlim proqramının sonunda həkimlər kursun uğurla keçməsi haqqında rəsmi sertifikat alırlar. Hər il Baden-Baden (Almaniya) şəhərinə mühazirəçilər hazırlamaq üçün 5 günlük Beynəlxalq kurslara həkimlər göndərilir. Dinləyicilər antihomotoksik prepatların istifadəsi haqqında nəzəri biliklərlə yanaşı praktik təcrübə əldə edirlər.2004-cü ildə Azərbaycanda “Homotoksikologiya və Antihomotoksik terapiya” cəmiyyəti yaranmışdır ki, bu, sonradan “Bioloji təbabət və Antihomotoksik terapiya” cəmiyyəti adlandırıldı. Cəmiyyətin məqsədi homotoksinlər haqqında elmi, antihomotoksik terapiyanın prinsiplərini, homotoksikologiyanın əsaslarını Azərbaycanda, onun hüdudlarından kənarda inkişaf etdirmək, yaymaq, Almaniya və Azərbaycan həkimləri arasında elmi və tibbi əlaqələri genişləndirməkdir.

Hər il Azərbaycanda Almaniyanın (tibb doktoru, naturopat, Beynəlxalq bioloji təbabət cəmiyyətinin prezidenti K.Kyüsterman; tibb doktoru, naturopat, ümumi praktik həkim B.Fleksiq, tibb doktoru Y.Badlov, V.Foqelsberger), Rusiyanın və Ukraynanın (prof. A. Maryanovskiy, E.Nekrasova) mütəxəssislərinin iştirakı ilə beynəlxalq “Modul” ( A, B, C, D) kursunun mərhələləri keçirilir. 2010-cu ilin may ayında “Modul C” keçirilməsi planlaşdırılır. “Modul” kursunun bütün mərhələlərini keçən mütəxəssislər Beynəlxalq Homotoksikologiya Akademiyasının diplomunu alırlar.

Daima mühazirəçilər üçün Beynəlxalq kursları keçən həkimlər, həmçinin Heel-terapiya və bioloji təbabətin digər istiqamətləri (sanum-terapiya, K.Ruş və V.Ruş mikrobioloji terapiyası, orqanoterapiya) üzrə alman mütəxəssisləri (B.Fleksiq, S.Popat, Y.Kaym və s.) tərəfindən seminarlar, prezentassiyalar keçirilir. 2009-cu ildən başlayaraq dünyanın bütün ölkəkəri ilə Web seminarlar- video konfranslar şəklində keçirilir. Bu cür tədbirlər müxtəlif ölkələrin həkimlərini homotoksikologiya sahəsində təcrübə və biliklərini bölüşməyə imkan yaradır.
Şirkət elmi nəşrlərdə mütəxəssilərin işlərinin dərc olunması üçün böyük işlər görür. Homotoksikologiya sahəsi üzrə aparıcı mütəxəssislər öz ideya və kəşflərini müxtəlif tibbi qəzet və jurnallarda ("Medi Land", "Konsilium", "Ailə həkimi", “Sağlamlig və Sən") dərc etdirirlər. Şirkət ASC Arnebiya (Moskva) məxsus olan “Bioloji təbabət”, jurnalı ilə sıx əməkdaşlıq edir və Azərbaycanlı mütəxəssislərinin elmi və praktiki işləri burada da dərc olunur.

Şirkət elmi nəşrlərdə mütəxəssilərin işlərinin dərc olunması üçün böyük işlər görür. Homotoksikologiya sahəsi üzrə aparıcı mütəxəssislər öz ideya və kəşflərini müxtəlif tibbi qəzet və jurnallarda ("Medi Land", "Konsilium", "Ailə həkimi", “Sağlamlig və Sən") dərc etdirirlər. Şirkət ASC Arnebiya (Moskva) məxsus olan “Bioloji təbabət”, jurnalı ilə sıx əməkdaşlıq edir və Azərbaycanlı mütəxəssislərinin elmi və praktiki işləri burada da dərc olunur. Eyni zamanda “Bioloji təbabət” jurnalının da Azərbaycanda yaranması planlaşdırılır. Şirkətin elmi - məlumat şöbəsi müxtəlif ədəbiyyatın hazırlanması və nəşr olunması ilə məşğul olur, kitabxanada antihomotoksik və bioloji təbabət terapiyasının digər istiqamətlərinə aid kitablar, jurnallar, kitabçalar vardır. 2009-cu ildən “Bioloji Təbabət” klinikası fəaliyyət göstərir və burada pasiyentlər bioloji terapiyanın digər sahələri üzrə alman mütəxəssisləri ilə sıx əməkdaşlıq şəraitində ölkənin aparıcı mütəxəssisləri tərəfindən yalnız naturopatik terapiya üsülları ilə müalicə və kömək ala bilirlər.

PREPARATLAR

vtem news box

Euphorbium Comp.

vtem news box

Engystol

vtem news box

Neurexan

vtem news box

Spascupreel

vtem news box

Traumeel

vtem news box

Viburcol

Məqalələr