Daxilə qəbul etmək üçün. Tabletlər
Tərkibi: Təsiredici maddələr: 1 tabletin tərkibində: Passiflora incarnata D2 0,6 mg; Avena sativa D2 0,6 mg; Coffea arabica D12 0,6 mg; Zincum isovalerianicum D4 0,6 mg.

Köməkçı maddələr: laktoza monohidrat, maqnezium stearat.
Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.
İstifadəsinə göstərişlər: Yuxu problemləri və əsəbi narahatlıq.

Əks göstərişlər: Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarışı allergiya (yüksək həssaslıq).
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.

İstifadə qaydası və dozası: Gündə ən çoxu 12 dəfə olmaqla, hər yarım saatdan və ya 1 saatdan bir 1 tableti ağızda həll edərək qəbul etmək lazımdır; uzunmüddətli müalicə üçün gündə 1-3 dəfə 1 tablet istifadə edilir.

Qeyd: əgər davamlı, müəyyənləşdirilməmiş və ya təkrarlanan simptomlar müşahidə olunursa, həkimə müraciət etmək lazımdır.
Xəbərdarlıq: Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə dözümsüzlük müşahidə olunmuş dursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləş in.

Əlavə təsirləri: Çox nadir hallarda (yəni 10000 xəstədən 1 -dən az) allergik (hiperhəssaslıq) dəri reaksiyaları baş verə bilər. Neurexan tabletlərinin homeopatik təbiətinə görə simptomların (ilkin kəskinləş mə) müvəqqəti lakin zərərsiz pisləş məsi baş verə bilər.

Buraxılış forması: 50 və ya 250 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: Xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
İstehsalçı: Rəsmi distribyutor:

Biologische Heilmittel Heel GmbH Planeta PCC

Dr.-Reckeweg-Strasse 2-4 Djavadkhan Street, 24.

D-76532 Baden-Baden AZ 1111, Baku City, Azerbaijan

Məqalələr