Əzələdaxili, dərialtı, dəridaxili, (venadaxili) inyeksiya üçün
İnyeksiya üçün məhlul
Tərkibi: Təsiredici maddələr: 2,2 ml (= 2,2 q) həcmində 1 ampulda: Echinacea D 3 22,0 mg; Aconitum napellus D 3 22,0 mg; Sanguinaria canadensis D 4 22,0 mg; Sulfur D 8 22,0 mg; Baptisia tinctoria D 4 22,0 mg; Lachesis D 10 22,0 mg; Bryonia D 6 22,0 mg; Eupatorium perfoliatum D 6 22,0 mg; Pulsatilla pratensis D 8 22,0 mg; Hydrargyrum bichloratum D 8 22,0 mg; Thuja occidentalis D 8 22,0 mg; Phosphorus D 8 22,0 mg; Cortisonum aceticum D 13 22,0 mg; Phytolacca americana D 6 22,0 mg; Zincum metallicum D 10 22,0 mg; Gelsemium sempervirens D 6 22,0 mg; Hepar sulfuris D 10 22,0 mg; Rhus toxicodendron D 4 22,0 mg; Arnica montana D 4 22,0 mg; Acidum arsenicosum D 8 22,0 mg; Argentum nitricum D 8 22,0 mg; Euphorbium D 6 22,0 mg; Staphylococcus nosode D 18 22,0 mg; Streptococcus haemolyticus nosode D 18 22,0 mg.
Köməkçi maddələr: natrium-xlorid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.
İstifadəsinə göstərişlər: Qızdırma və iltihab, postvaksinal ensefalit, qrip, angina, furunkullar, abseslər, fleqmonalar, fokal toksikoz, qinqivit, stomatit, sinusit, qastroenterit, enterokolit, sistit, pielit, kolpit, leykorreya, adneksit, qlomerulonefrit, fistul irinlənmələri, osteomielit, orta qulağın otiti, xronik beyin absesi, meningit, qarayara, karbunkullar, mononukleoz, dəri xəstəlikləri, mastit zamanı orqanizmin daxili müdafiəsinin stimullaşdırılması.
Əks göstərişlər: Təsiredici komponentlərdən və ya köməkçi maddələrdən hər hansı birinə, mürəkkəbçiçəklilər (compositae) ailəsinin və/yaxud kökləşən sumağa qarşı hiperhəssaslıq. Ümumiyyətlə, exinaseya vərəm, leykemiya yaxud ona oxşar xəstəliklərdə, birləşdirici toxumanın iltihabi xəstəliyi (kollagen xəstəliyi), autoimmun xəstəliklərdə, dağınıq skleroz, QİÇS, İİV infeksiyaları kimi proqressiv, sistem xəstəliklərdə yaxud digər xroniki virus xəstəliklərində istifadə edilməməlidir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.
İstifadə qaydası və dozası: Həftədə 1-3 dəfə 1 ampulun möhtəviyyatı ə\d., d\a., d\d. və ya lazım gələrsə, v\d. inyeksiya edilməlidir. Dəridaxili və ya venadaxili inyeksiya və doza fərdiləşdirilməli və xəstənin reaksiyasına uyğunlaşdırılmalıdır.
Xəbərdarlıq: Məlum deyil.
Əlavə təsirləri: Çox nadir hallarda (yəni 10000 xəstədən 1-dən az) allergiya (hiperhəssaslıq) reaksiyaları (məs., dəri allergiyaları, inyeksiya yerində qızarma/şişmə) baş verə bilər.
Buraxılış forması: 5, 10, 50 və ya 100 ədəd 2,2 ml-lik ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: Xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti: Resept əsasında buraxılır.
Azərbaycanda rəsmi distribyuter: İstehsalçı:
Planeta PCC Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Strasse 2-4
D-76532 Baden-Baden, Germany

Məqalələr