Peroral, Tabletlər


Tərkibi: Təsiredici maddələr: 1 tabletin tərkibində: Cartilago suis D4 0,3 mg, Funiculus umbilicalis suis D4 0,3 mg, Embryo suis D4 0,3 mg, Placenta suis D4 0,3 mg, Rhus toxicodendron D2 0,54 mg, Arnica montana D1 0,6 mg, Solanum dulcamara D2 0,15 mg, Symphytum officinale D8 0,15 mg, Sanguinaria canadensis D3 0,45 mg, Sulfur D6 0,54 mg, Nadidum D6 0,03 mg, Coenzymum A D6 0,03 mg, Natrium diethyloxalaceticum D6 0,03 mg, Acidum alphaliponicum
D6 0,03 mg, Acidum silicicum D6 3 mg.


Köməkçi maddələr: maqnezium-stearat, laktoza.


Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.


İstifadəsinə göstərişlər: Artroz (xüsusən də qonartroz); poliartroz, spondiloartroz, kürək-çiyin periartriti.


Əks göstərişlər: Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq).


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar
səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir. Həkiminiz son vaxtlarda qəbul etdiyiniz bütün dərman vasitələri
ilə bağlı (hətta onlar reseptsiz buraxılan dərman vasitələri olsalar da) məlumatlandırılmalıdır.


İstifadə qaydası və dozası: Adi istifadə: gündə 3-5 dəfə 1 tableti ağızda həll etməklə.


Xəbərdarlıq: Bu preparatın tərkibində laktoza var. Əgər sizdə bəzi şəkərlərə dözülməzlik müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl öz həkiminizlə məsləhətləşin.

Əlavə təsirləri: Bütün dərman vasitələri kimi bu dərman vasitəsinin də əlavə təsirləri ola bilər. Ayrı - ayrı hallarda keçici dəri allergiyaları müşahidə edilmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi: Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin.

Buraxılış forması: 50 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Saxlanma şəraiti: Heç bir xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən
sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Azərbaycanda rəsmi distribyuter: İstehsalcı:
Planeta PCC Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Strasse 2-4
76532 Baden-Baden, Germany

Məqalələr