Daxilə qəbul etmək üçün.

Tabletlər
Tərkibi: Təsiredici maddələr: 1 tabletin tərkibində vardır: Acidum arsenicosum D 8 15,0 mg; Acidum formicicum D 8 15,0 mg; Acidum sulfuricum D 22 15,0 mg; Arctium lappa D 8 15,0 mg; Arnica montana D 6 15,0 mg; Graphites D 10 15,0 mg; Histaminum dihydrochloricum D 8 15,0 mg; Histaminum dihydrochloricum D 12 15,0 mg; Histaminum dihydrochloricum D 22 15.0 mg; Ledum palustre D 8 15,0 mg; Lycopodium clavatum D 6 15,0 mg; Pix pinaceae D 10 15,0 mg; Selenium D 12 15.0 mg; Stibium sulfuratum nigrum D 10 15,0 mg; Strychnos ignatii D 6 15,0 mg; Sulfur D 12 15,0 mg; Tellurium metallicum D 10 15,0 mg; Thuja occidentalis D 6 15,0 mg.


Köməkçi maddələr: maqnezium stearat, laktoza monohidrat.


Farmakoterapevtik qrupu: Homeopatik dərman vasitəsi.


İstifadəsinə göstərişlər: Allergiyanın yüngülləşdirilməsi üçün. Bu vəziyyətlərin qarşısının alınması (profilaktika) məqsədilə

Əks göstərişlər: Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Heç bir qarşılıqlı təsir qeydə alınmamışdır və homeopatik durulaşdırılmalar səbəbilə hər hansı qarşılıqlı təsir gözlənilmir.


İstifadə qaydası və dozası: Standart Doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet gündə 3 dəfə. Pediatriya: 2 yaşadək: 1 tablet gündə 1 dəfə. 2-5 yaş: 1 tablet gündə 1-2 dəfə. 6-11 yaş: 1 tablet gündə 2 dəfə. Kəskin və ya başlanğıc doza: Böyüklər (və 12 yaşdan yuxarı uşaqlar): 1 tablet hər 30 dəq. yaxud 1 saatdan bir - gündə 12 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. Pediatriya: 2 yaşadək: 1 tablet hər 1 yaxud 2 saatdan bir - gündə 4 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. 2-5 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir - gündə 6 dəfəyə qədər, sonra standart doza ilə davam edilir. 6-11 yaş: 1 tablet hər 1 yaxud 2 saatdan bir - gündə 8 dəfəyə qədər, sonra standart doza ilə davam edilir.


Qəbul qaydası: Tabletin ağızda həll edildikdən sonra udulmasına icazə verilir. Uşaqlar üçün tabletin əzilərək az miqdar suya əlavə edilməsi mümkündür. Bu preparat qida qəbulundan 30 dəq. əvvəl və ya 1 saat sonra qəbul olunmalıdır. Xəbərdarlıq: Bu preparatın tərkibində laktoza vardır. Əgər Sizdə laktozaya (süd şəkəri) qarşı dözümsüzlük müşahidə olunmuşdursa, bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.


Əlavə təsirləri: Bütün dərman vasitəri kimi homeopatik dərman vasitələrinin də müvəqqəti allergik reaksiya kimi əlavə təsiri ola bilər.
Hamiləlik və laktasiya: Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll etmə məhlullarının hamiləlik və laktasiya müddətində zəhərli olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminiz və müalicə edən mütəxəssislə məsləhətləşin.

Buraxılış forması: 50 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: Xüsusi tələb yoxdur. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti: Reseptsiz buraxılır.
Azərbaycanda rəsmi distribyuter: Planeta PCC
İstehsalçı: Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Strasse 2-4, 76532 Baden-Baden, Germany

Məqalələr