• VTEM Image Show

    DAVAMLI BƏRPAYA GEDƏN YOL
  • VTEM Image Show

  • VTEM Image Show

 

Новый взгляд на лечение мышечных травм у профессиональных спортсменов

доктор Ханс-Вильгельм Мюллер-Вольфахт

HANSI HALDA AĞRIKƏSİCİ VƏ QIZDIRMASALICI VERMƏLİ?
Hər ana körpəsinin ağlamasının nə qədər ağrılı olduğunu bilir və o nəinki kömək etmək, bəzən heç səbəbini bilmir. Bəlkə, sancı narahat edir, bəlkə diş çıxarır, peyvəndə reaksiya verir və ya infeksiyadır. Əczacı nə məsləhət verə bilər?
 
Körpəyə necə kömək  etməli? - Hansı halda ağrıkəsici və qızdırmasalıcı verməli?
 
HANSİ VƏZİYYƏTDƏ KÖRPƏYƏ QIZDIRMASALICI VƏ AĞRIKƏSİCİ LAZIMDIR?
 
Kiçik uşaqlarda ağlamağa və narahatlığa səbəb - dişçıxarma zamanı hərarətli və ya hərarətsiz ağrıdır. Təcrübəli analar diş ətinin şişməsi, ağız suyunun axması və körpənin bütün əşyaları "dadmaq" istəyinə əsasən "diaqnoz qoyur". Bir çox uşaq bağırsaq kolikası zamanı həm özləri əziyyət çəkir, həm də ətrafdakıları yuxudan və istirahətdən məhrum edir. Həmçinin, qızdırma, narahatlıq, ağlama, yuxu pozulması və zəif iştah kəskin respirator virus infeksiyasını müşayiət edir. Bu vəziyyətdə qızdırma yüksək ola bilər. Körpə uşaqlarda yüksək hərarət febril qıcolmalar ilə təhlükəlidir. Digər tərəfdən, alimlər, hipertermiyanın, immun müdafiə amillərini aktivləşdirərək, infeksiyanın qarşısını alan və patogenin aradan qaldırılmasına kömək etdiyini deyirlər.
 
VASİTƏ SEÇİMİ
 
Beləliklə, hərarətli vəziyyətdə, o vasitələrin seçimi ideal hesab edilməlidir ki, qızdırma simptomlarını minimuma endirərkən, fizioloji prosesləri pozmasın və uşaqlar üçün təhlükəsiz olsun.
 
Körpələrin analarının qarşılaşdıqları bir başqa problem də körpəyə dərmanın necə verilməsidir, xüsusən də yalnız ana südü ilə qidalanan uşağa. Belə hallarda, bütün analar rektal şamları ən uyğun forma hesab edirlər.
 
Təhlükəsiz, ağrıları azaldan, qızdırmanı birdən-birə deyil, tədricən salan; yüngül sedativ və iltihabəleyhinə təsiri olan, üstəlik, şam şəklində istehsal olunan və istifadəsi həyatın ilk günündən təsdiqlənmiş --göstərilən tələblərin hamısına cavab verən bir vasitə varmı?
Bəli. Bu, təbii maddələrdən ibarət, reseptsiz satılan biotənzimləyici Viburkol rektal şamlarıdır.
 
Viburkol - rektal olaraq kəskin respirator virus infeksiyaları və ağrılı dişçıxarma zamanı istifadə olunur:
 
VIBURKOL ŞAMLARININ ÜSTÜNLÜKLƏRİ
 
Viburkol – altı aktiv komponentdən (beş bitki və bir mineral) ibarət çoxhədəfli təsirli kompleks biotənzimləyici preparatdır. Komponentlər aşağıdakı təsirlərə malikdir: ağrı astanasını artırır, orqanizmdə avtonom tənzimlənməni bərpa edir, uşaqlarda həyəcanı, dişçıxarma, bağırsaq kolikası zamanı sakitləşdirici təsir göstərir.
 
Dərmanın təsiri kompleksdir: ağrıkəsici, spazmolitik, sedativ, iltihabəleyhinə və detoksikasiyaedici. Yaxşı dözümlülüyə malikdir, çünki aktiv maddələrin aşağı konsentrasiyası səbəbindən metabolik sistemlərə minimal yük salır, praktik olaraq heç bir yan təsiri yoxdur və doğulan gündən istifadə edilə bilər.
 
Bu təhlükəsizlik profili ilə tədqiqatlar göstərdi ki, effektivliyi ənənəvi antipiretik dərmanlarla müqayisə oluna bilər. Bu zaman Viburkolun təsiri orqanizm istiliyində kəskin azalma ilə müşayiət olunmur, müdafiə mexanizmlərinin aktivləşdirilməsinə əsaslanır və temperaturun immun sistemini effektiv işləməsini təmin edən optimal səviyyədə saxlamağa kömək edir: interferonların sintezi, faqositozun aktivləşdirilməsi, toksinlərin xaric edilməsi və s.
 
Bir neçə problemi həlli üçün BİR vasitə - Viburcol
 
Universal antipiretik və iltihab əleyhinə vasitə olan Viburcol kompleks terapiyada istifadə olunur, uşaqlarda ağrılı dişçıxarma, narahat yuxu, infeksiya səbəbindən narahatlıq və həyəcan əlamətlərini aradan qaldırmağa kömək edir.
Doğulan gündən tətbiq oluna bilər
 
İstifadəsi üçün qısa təlimat:
 
Viburcol* rektal biotənzimləyici şamdır. Uşaqlarda tənəffüs xəstəliklərinin kompleks terapiyasında (qızdırmasalıcı və iltihabəleyhi vasitə kimi), həmçinin, dişçıxarmanın klinik təzahürlərində göstərişdir.
 
Əks göstərişlər: Komponentlərə qarşı yüksək həssaslıq.
 
Qəbul üsulu və dozalar. rektal olaraq kəskin respirator virus infeksiyaları və ağrılı dişçıxarma zamanı:
6 aya qədər uşaqlara - 1 şam gündə 2 dəfə; 6 aydan böyük uşaqlara -37,5 o С hərarətdə gündə 4 dəfə - 1 şam, 38 oС –də- 1 şam gündə 6 dəfəyə qədər. Temperatur normallaşdıqda - 1 şam gündə 1-2 dəfə daha 3-4 gün. Aptekdən reseptsiz buraxılır.
 
 

Məqalələr