•BURUN ÜÇÜN AEROZOL
Tərkibi: Damcı: 100 q tərkibində: Euphorbium D3, Pulsatilla pratensis D2, Luffa operculata D6, Hepar sulfuris D10, Hydrargyrum biiodatum D8, Argentum nitricum D10 –hərəsindən 1 q. Tərkibində 35% həcmində alkoqol var.
İnyeksiya üçün məhlul: 2,2 ml tərkibində: Euphorbium D4, Pulsatilla pratensis D2, Luffa operculata D6, Hydrargyrum biiodatum D8, Hepar sulfuris D10, Argentum nitricum D10 -22 mq.
Burun üçün aerozol: 100 q tərkibində: Euphorbium D4, Pulsatilla pratensis D2, Luffa operculata D2, Hydrargyrum biiodatum D8, Hepar sulfuris D10, Argentum nitricum D10 –hərəsindən 1 q.
Göstərişlər: Müxtəlif mənşəli rinitlər (virus, bakterial, allergik), quru rinit, hiperplastik və atrofik rinit. Pollinoz. Kəskin və ya xroniki sinusit.
Əks göstərişlər: Bir və ya bir neçə tərkib komponentinə qarşı allergiya.
Əlavə təsirlər: Burun üçün aerozol: çox nadir hallarda (yəni 10 000 nəfərə 1 hadisə) yerli allergik reaksiyalar (hiperhəssaslıq reaksiyaları) və ya burun selikli qişasının qıcıqlanması baş verə bilər.
Digər preparatlarla qarşılıqlı təsiri: Məlum deyil.
Dozalanma: Damcı: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 10 damcı gündə 3 dəfə. Kəskin vəziyyətdə dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 12 dəfəyə qədər, hər 30-60 dəqiqədən bir 10 damcı, daha sonra standart dozalanma ilə davam etməli.
İnyeksiya üçün məhlul: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 1 ampul həftədə 1-3 dəfə. İnyeksiya üçün məhlul d/a, d/i, ə/d və ya v/d. Kəskin vəziyyətdə dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 1 ampula, daha sonra standart dozalanma ilə davam etməli.
Burun üçün aerozol: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3-5 dəfə hər burun dəliyinə 1-2 püskürtmə. Kəskin vəziyyətdə dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: hər burun dəliyinə 1-2 püskürtmə hər 30-60 dəq. bir gündə 8 dəfə, daha sonra standart dozalanma ilə davam etməli.
Buraxılış forması: Damcı: Flakon 30 və 100 ml.
İnyeksiya üçün məhlul: 10 və 100 ampul- 2,2 ml.
Burun üçün aerozol: Aerozol inhalyator, propellentsizdir, 20 ml.
Farmakoloji qeydlər
Euphorbium: sinusit,1-4 burun tıxanıqlığı,5 burundan ifrazat,1-12 qulaq ağrısı,1,4,5,12,13 zökəm,1,2,4-6,9,12,14 asqırma.1,2,4,5,9,11-14
Pulsatilla pratensis: rinit,5,15,16 sinusit,4,5,10-13,16 zökəm,1,2,7,8,10,17-29 burun polipləri,4,5 orta otit.7,10,17,18,20,22-24,26-28,30
Luffa operculata: rinit,5,12,31 asqırma,4,12 pollinoz,12 zökəm5,31, sinusit.4,5,12,31
Hepar sulfuris: sinusit,4,5,7,11,12,21,24,32,33 rinit,34 zökəm,1,2,9,13,18,21,25-27,29,32 35
orta otit,5,11,15,18,33,36,37 özena.1,4,5,10-12,15,18,27,33
Hydrargyrum biiodatum: sinusit,5,11 zökəm,1,2,4-8,10-12,14,28 qulaq ağrısı,1,10,13,38 burun polipləri2,4,5,10,11,13,38, afoniya.7,10-12,29,30,35
Argentum nitricum: sinusit,1-5,11-13,16,37 zökəm,1,2,5-7,10,11,13,14,18,28,34 asqırma,1-4,6,10,12,13,21,28,29,38,39 qulaq ağrısı.10,13,38
Kliniki qeydlər
Tərkib komponentlərinə əsasən preparat aşağıdakı hallarda istifadə oluna bilər: xroniki sinusit, seroz orta otit, ekssudativ otit, afoniya (damcı və inyeksiya üçün məhlul), müxtəlif mənşəli rinit (virus, yaxud allergik mənşəli), quru rinit, atrofik rinit, vazomotor rinit, xroniki və kəskin sinusit, dodaq herpesi (sadə herpes virusu 1) (yerli istifadə) (burun üçün aerozol).
Qeyd. Euphorbium compositum bir sıra kliniki və laborator tədqiqatlarda sınaqdan keçmişdir.40-42 İn vitro tədqiqatlar göstərib ki, Euphorbium compositum virusəleyhi təsirə malikdir, xüsusi olaraq sinsitsial respirator və sadə herpes 1 viruslarına qarşı daha effektlidir. Beləliklə də, virus mənşəli rinitdə, eləcə də, dodaq herpesi zamanı yerli aerozol kimi istifadə oluna bilər. Bundan başqa, o sitokinlərə in vitro təsir edir. Onun sinusitlərdə kliniki effekti ikiqat kor, plasebo kontrol olunan tədqiqatda öyrənilmişdir. O, həmçinin, burun üçün damardaraldıcı aerozollardan sui-istifadə nəticəsində əmələ gələn rinopatiyalarda effektlidir. Digər tədqiqatlarda onun effektivliyi və tolerantlığı müəyyən olunmuşdur. Euphorbium compositum burnun selikli qişasının damarlarını daraltmır; o tənzimləyici təsir göstərir. Bu preparatın istifadəsi dayandırıldıqdan sonra burun tutulması kimi simptomların təkrarlanması müşahidə olunmur. Ehtimal edilir ki, preparatın iltihabəleyhi təsiri sitokinlərin immunomodulyasiyası yolu ilə baş verir və bu səbəbdən terapevtik effekt klassik damardaraldıcı preparatlara nisbətən daha gec əldə olunur. Euphorbium compositum-un tərkibindəki fizioloji məhlul preparatın sekretolitik və bürüyücü effektini təmin edir. Euphorbium compositum uzun müddətli istifadə zamanı təhlükəsizdir və xroniki vəziyyətlərdə daha uzun müddət istifadə edilməlidir.
................................................................Biblioqrafik mənbələr..................................................................
1 Allen TF. The Encyclopedia of Pure Materia Medica: A Record of the Positive Effects of Drugs Upon the Healthy Human Organism. Vol 1-12. 1st ed. Ridgewood, NJ: Gregg Press Inc; 1964.
2 Allen TF. Handbook of Materia Medica and Homeopathic Therapeutics. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1889.
3 Hughes R, Dake JP. A Cyclopaedia of Drug Pathogenesy. Vol 1-4. 1st ed. New Delhi, India: World Homoeopathic Links; 1891.
4 Schroyens F. Synthesis: Repertorium Homeopathicum Syntheticum. 9th ed. London, England: Homeopathic Book Publishers; 2004.
5 Murphy R. Homeopathic Medical Repertory: A Modern Alphabetical Repertory. 1st ed. Pagaso Springs, CO: Hahnemann Academy of North America; 1993.
6 Allen TF. A Primer of Materia Medica for Practitioners of Homoeopathy. 1st ed. Philadelphia, PA: Boericke & Tafel; 1892.
7 Boericke W. Pocket Manual of Homoeopathic Materia Medica With Repertory, Comprising the Characteristic and Guiding Symptoms of All Remedies. 9th ed. Santa Rosa, CA: Boericke & Tafel; 1927.
8 Clarke JH. Catarrh, Colds and Grippe–Including Prevention and Cure, With Chapters on Nasal Polypus, Hay Fever and Influenza. 5th ed. Philadelphia, PA: Boericke & Tafel; 1899.
9 Hahnemann S. The Chronic Diseases, Their Peculiar Nature and Their Homoeopathic Cure. Tafel LH, trans-ed. Vol 1-2. 2nd ed. New Delhi, India: Jain Publishers Ltd; 1981.
10 Hering C. The Guiding Symptoms of Our Materia Medica. Vol 1-10. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1989.
11 Murphy R. The Homeopathic Remedy Guide: 1200 Homeopathic and Herbal Remedies. 1st ed. Blacksburg, VA: HANA Press; 2000.