• DAMCI • HƏBLƏR • İNYEKSİYA ÜÇÜN MƏHLUL
Tərkibi: Damcı: 100 q tərkibində: Crataegus Ø 70 q; Spigelia anthelmia D2, Kalium carbonicum D3 - - hərəsindən 1 q. Tərkibində 45% həcmində alkoqol var.
Həb: 1 həbin tərkibində: Crataegus D2 1,5 mq, Kalium carbonicum D3, Spigelia anthelmia D3 –hərəsindən 1,0 mq.
İnyeksiya üçün məhlul: 1,1 ml tərkibində: Crataegus D2 8,8 mq; Spigelia anthelmia D1, Kalium carbonicum D2 –hərəsindən 1,1 mq.
Göstərişlər: Damcı və həb: Heriatrik ürək, miokardın zədələnməsinin fəsadları, ürəyin sinir mənşəli zədələnməsi, ürəkdə sancıcı və digər tipli ağrılar (məsələn, stenokardiyayabənzər simptomlar).
İnyeksiya üçün məhlul: Koronar qan dövranının xroniki çatışmazlığı, sinədə stenokardiyayabənzər simptomlar, ürəkdə sancıcı və digər tipli ağrılar, miokard infarktından sonra miokardın infeksion- toksiki zədələnməsi.
Əks göstərişlər: Məlum deyil.
Əlavə təsirlər: (Damcı): İlkin ağırlaşma üzün qısamüddətli qızarmasına, taxikardiya, şişkinlik və ya başgicəllənməyə, ürəkbulanma və qarında yüngül ağrılara səbəb ola bilər.
Digər preparatlarla qarşılıqlı təsiri: Məlum deyil.
Dozalanma: Həkim hər pasiyentə uyğun fərdi doza seçməlidir.
Damcı: Uzunmüddətli terapiya üçün standart dozalanma: gündə 3 dəfə 20 damcı, kəskin zədələnmələrdə hər 15 dəqiqədən bir 10 damcı. (Diqqət! Bu dozalanmada uzunmüddətli preparat qəbulu həkim nəzarəti altında aparılmalıdır).
Həb: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 1 həb sublinqval. Kəskin və ya ilkin dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 12 dəfəyə qədər hər 30-60 dəqiqədən bir 1 həb, daha sonra standart dozalanma ilə davam etməli.
İnyeksiya üçün məhlul: Həkim hər pasiyentə uyğun fərdi doza seçməlidir. Kəskin simptomlar zamanı –gündə 1 ampula (hər 6-8 saatdan bir də olar), digər hallarda həftədə 3 -1 dəfə 1 ampula ə/d, d/a, d/i, v/d istifadə olunur.
Buraxılış forması: Damcı: Flakon 30 və 100 ml.
Həb: Qablaşmada 50 və 250 həb.
İnyeksiya üçün məhlul: 10 və 100 ampul- 1,1 ml.
Farmakoloji qeydlər
Crataegus: klapan küyləri, klapan çatışmazlığı,1-9 stenokardiya,1-10
ürək patologiyası ilə əlaqəli təngnəfəslik,1-3,6,7,9-12 ürək palpitasiyası,4-6,8,9,13 taxikardiya,9,13-15 hipertenziya.5,8
Spigelia anthelmia: stenokardiya,1,2,5-10,15-19 ürək palpitasiyası,1,4-9,16-24 endokardit, perikardit,10,25,26 təngnəfəslik.1,2,7,16-18,22,24,26-29
Kalium carbonicum: stenokardiya,3,5,8,9,18,19 ürək palpitasiyası,1,5,7,11,18-21,25,30
təngnəfəslik, 4,12,16,17,20,21,28,31 mitral qapağın çatışmazlığı.3,5,8,9,24
Kliniki qeydlər
Tərkib komponentlərinə əsasən preparat aşağıdakı vəziyyətlərdə istifadə oluna bilər:
1. Klapan çatışmazlığı.
2. Stenokardiya və ya stenokardiyayabənzər simptomlar (köməkçi terapiya).
3. Ürək patologiyası ilə əlaqəli təngnəfəslik.
4. Ürək palpitasiyası.
5. Miokard zəifliyi (köməkçi terapiya): ürək çatışmazlığı (NYHA I və II), idmançı ürəyi, miokardit, kardiomiopatiya.
Qeyd: Cralonin-in ürək çatışmazlığında angiotenzin çevirici ferment/diuretiklə müqayisədə effektli olması koqort tədqiqatla sübut olunmuşdur,32 bununla yanaşı o, ilkin cövhərdə Crataegus-un hesabına digər vəziyyətlərdə də effektli təsirə malikdir. Qədim zamanlardan yemişan ürəyi tonuslandırıcı bitki kimi məlumdur.33 Onun terapevtik xüsusiyyətləri flavonoid və prosianidinlər hesabına əldə olunur (onlar müxtəlif təsirə malikdir34,35). Flavonoidlər güclü antioksidantdırlar, sərbəst radikallar yaradan tənəffüs zəncirində koenzim Q10 oxşar təsirə malikdirlər. Yemişan meyvələrinin tərkibində çiçək və gövdəsinə nisbətən daha az flavonoid olmasına baxmayaraq, təmiz ekstraktı güclü təsirə malikdir. Ehtimal olunur ki, o, ürək-damar sisteminə sol mədəciyin atma funksiyasının və fraksiyasının artması, damar divarının tamlığının bərpası, koronar qan dövranının yaxşılaşması və oksigenlə təchizatın artması hesabına müsbət inotrop (yığılma) təsir göstərir.36,37 Yemişanın yüngül essensial hipertenziyanın müalicəsində damar divarına tonuslandırıcı təsir göstərməsi ikiqat kor tədqiqatla sübut olunmuşdur.38 Digər tədqiqat göstərmişdir ki, prosianidinlərin təsiri ilə endotelidən asılı relaksasiya, azot oksidi, tsiklik quanozinmonofosfat hasilatının artması baş verir. Flavonoidlərin təsirindən bu effekt əldə olunmur. Yemişan piy mübadiləsinə də təsir edir.39 О, heyvanlarda hipolipidemik təsirə malikdir40 və aşağı sıxlıqlı lipoproteidlərin oksidləşməsini (aterosklerozun yaranmasında əsas patofizioloji faktordur) inhibə edir;41 bu damargenişləndirici və lipidmüdafiəedici effekti onu metabolik sindromda istifadə edilə biləcək preparata çevirir.
Qeyd: Cralonin-in xroniki vəziyyətlərdə effekti empirik olaraq onun uzunmüddətli istifadəsindən sonra əldə olunur. Beləliklə, preparat əsas müalicə qismində bir neçə ay ərzində istifadə olunmalıdır (tənzimləmə ilə yanaşı, məs., detoksikasiya üçün preparatlarla, biorequlyator metabolik amillər və neyroendokrin dəstəklə).
................................................................Biblioqrafik mənbələr..................................................................
1 Boericke W. Pocket Manual of Homoeopathic Materia Medica With Repertory, Comprising the Characteristic and Guiding Symptoms of All Remedies. 9th ed. Santa Rosa, CA: Boericke & Tafel; 1927.
2 Boger CM. A Synoptic Key of the Materia Medica. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1931.
3 Choudhuri NM. A Study on Materia Medica and Repertory. 2nd ed. New Delhi, India: Jain Publishers Ltd; 1929.
4 Clarke JH. A Dictionary of Practical Materia Medica. Vol 1-3. 3rd ed. Bradford, England: Health Science Press; 1977.
5 Murphy R. Homeopathic Medical Repertory: A Modern Alphabetical Repertory. 1st ed. Pagaso Springs, CO: Hahnemann Academy of North America; 1993.
6 Murphy R. The Homeopathic Remedy Guide: 1200 Homeopathic and Herbal Remedies. 1st ed. Blacksburg, VA: HANA Press; 2000.
7 Phatak SR. Materia Medica of Homoeopathic Medicines. 1st ed. London, England: Foxlee-Vaughan Publishers; 1988.
8 Schroyens F. Synthesis: Repertorium Homeopathicum Syntheticum. 9th ed. London, England: Homeopathic Book Publishers; 2004.
9 Vermeulen F. Concordant Materia Medica. 2nd ed. Haarlem, the Netherlands: Merlijn Publishers; 1997.
10 Mohanty N. Text-Book of Homoeopathic Materia Medica. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1997.
11 Clarke JH. Catarrh, Colds and Grippe–Including Prevention and Cure, With Chapters on Nasal Polypus, Hay Fever and Influenza. 5th ed. Philadelphia, PA: Boericke & Tafel; 1899.
12 Farrington EA. Comparative Materia Medica. 3rd ed. New Delhi, India: Jain Publishers Ltd; 1983.
13 Lippe A. Keynotes and Red Line Symptoms of Materia Medica. New Delhi, India: Jain Publishers Ltd; 1998.
14 Blackwood AL. A Manual of Materia Medica, Therapeutics and Pharmacology (With Clinical Index). 2nd ed. New Delhi, India: World Homoeopathic Links; 1922.
15 Dewey WA. Practical Homeopathic Therapeutics. 3rd ed. Philadelphia, PA: Boericke & Tafel; 1934.
16 Allen TF. Handbook of Materia Medica and Homeopathic Therapeutics. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1889.
17 Burt WH. Physiological Materia Medica. 5th ed. Chicago, IL: Gross & Delbridge; 1896.
18 Hering C. The Guiding Symptoms of Our Materia Medica. Vol 1-10. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1989.
19 Hoyne TS. Clinical Therapeutics. Vol 1-2. New Delhi, India: Jain Publishers Ltd; 1979.
20 Allen TF. The Encyclopedia of Pure Materia Medica: A Record of the Positive Effects of Drugs Upon the Healthy Human Organism. Vol 1-12. 1st ed. Ridgewood, NJ: Gregg Press Inc; 1964.
21 Allen TF. A Primer of Materia Medica for Practitioners of Homoeopathy. 1st ed. Philadelphia, PA: Boericke & Tafel; 1892.