• DAMCI • İNYEKSİYA ÜÇÜN MƏHLUL
Tərkibi: Damcı: 100 q tərkibində: Chelidonium majus D10, Chelidonium majus D30, Chelidonium majus D200 –hərəsindən 0,6 q.; Atropa belladonna D10, Atropa belladonna D30, Atropa belladonna D200, Atropa belladonna D1000- hərəsindən 0,3 q. Tərkibində 35% həcmində alkoqol var. İnyeksiya üçün məhlul: 1,1 q tərkibində: Chelidonium majus D10, Chelidonium majus D30, Chelidonium majus D200 –hərəsindən 6,6 mq; Atropa belladonna D10, Atropa belladonna D30, Atropa belladonna D200, Atropa belladonna D1000 –hərəsindən 3,3 mq; Fel tauri D10, Fel tauri D30, Fel tauri D200–hərəsindən 1,1 mq.
Göstərişlər: Öd sancısı, xolesistit, xolangit, qaraciyər zədələnməsi, kəskin və xroniki hepatit, ürək aritmiyalarında köməkçi vasitə.
Əks göstərişlər: Onun tərkibində dəmrovotu (Chelidonium) olduğundan hamiləlik və laktasiya dövründə istifadə etmək məsləhət deyil.
Əlavə təsirlər: Məlum deyil.
Digər preparatlarla qarşılıqlı təsiri: Məlum deyil.


Dozalanma: Damcı: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 10 damcı gündə 3 dəfə. Kəskin və ya ilkin dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 12 dəfəyə qədər hər 30-60 dəqiqədən bir 10 damcı, daha sonra standart dozalanma ilə davam etməli. Bu preparatın uzunmüddətli istifadəsi həkim nəzarəti altında aparılmalıdır.
İnyeksiya üçün məhlul: Standart dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar:1 ampul həftədə 1-3 dəfə. İnyeksiya üçün məhlulu d/a, d/i, ə/d və ya v/d istifadə etmək olar. Kəskin və ya ilkin dozalanma: Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 1 ampula, daha sonra standart dozalanma ilə davam etməli.
Buraxılış forması: Damcı: Flakon 30 və 100 ml.
İnyeksiya üçün məhlul: 10 və 100 ampul- 1,1 ml.


Farmakoloji qeydlər
Chelidonium majus: xolesistit,1-3 öd kisəsində daşlar,1-6 kəskin və xroniki hepatit,2,4,5,7-9 sarılıq,1-5,7-15 qastrit,2,16,1, mədə xorası.4
Atropa belladonna: hepatit,2,8,9,14 öd daşı sancısı,2,4,17 qastrit,2,6,8,9,11,14 mədə xorası.2-4,14
Fel tauri: öd kisəsi xəstəliyi,2,4 öd yollarının tıxanıqlığı.1,3-5
Kliniki qeydlər
Tərkib komponentlərinə əsasən preparat aşağıdakı hallarda istifadə oluna bilər:
1. Öd kisəsi xəstəlikləri: xolesistit, xolangit, öd sancısı. Mexaniki sarılıq, xüsusən də sağ çiyinə irradiasiya edən ağrı olduqda. (Sonuncu vəziyyətdə tam drenaj olmadıqda obsturksiya artmasın deyə ehtiyatlı olmaq lazımdır).
2. Qaraciyər xəstəliyi: kəskin və xroniki hepatit, qaraciyər parenximasının zədələndiyi digər xəstəliklər, sirroz.
3. Qastrit və mədə xorasında köməkçi vasitə.

................................................................Biblioqrafik mənbələr..................................................................
 1 Boericke W. Pocket Manual of Homoeopathic Materia Medica With Repertory, Comprising the Characteristic and Guiding Symptoms of All Remedies. 9th ed. Santa Rosa, CA: Boericke & Tafel; 1927.
 2 Murphy R. Homeopathic Medical Repertory: A Modern Alphabetical Repertory. 1st ed. Pagaso Springs, CO: Hahnemann Academy of North America; 1993.
 3 Vermeulen F. Concordant Materia Medica. 2nd ed. Haarlem, the Netherlands: Merlijn Publishers; 1997.
 4 Schroyens F. Synthesis: Repertorium Homeopathicum Syntheticum. 9th ed. London, England: Homeopathic Book Publishers; 2004.
 5 Murphy R. The Homeop. Remedy Guide: 1200 Homeop. and Herbal Remedies. 1st ed. Blacksburg, VA: HANA Press; 2000.
 6 Choudhuri NM. A Study on Materia Medica and Repertory. 2nd ed. New Delhi, India: Jain Publishers Ltd; 1929.
 7 Burt WH. Physiological Materia Medica. 5th ed. Chicago, IL: Gross & Delbridge; 1896.
 8 Hering C. The Guiding Symptoms of Our Materia Medica. Vol 1-10. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1989.
 9 Royal G. Textbook of Homeopathic Materia Medica. 1st ed. Calcutta, India: Roy Publishing House; 1920.
10 Allen TF. The Encyclopedia of Pure Materia Medica: A Record of the Positive Effects of Drugs Upon the Healthy Human Organism. Vol 1-12. 1st ed. Ridgewood, NJ: Gregg Press Inc; 1964.
11 Allen TF. Handbook of Materia Medica and Homeopathic Therapeutics. 1st ed. New Delhi, India: Jain Publishers Ltd; 1889.
12 Clarke JH. A Dictionary of Practical Materia Medica. Vol 1-3. 3rd ed. Bradford, England: Health Science Press; 1977.
13 Farrington EA. Comparative Materia Medica. 3rd ed. New Delhi, India: Jain Publishers Ltd; 1983.
14 Hoyne TS. Clinical Therapeutics. Vol 1-2. New Delhi, India: Jain Publishers Ltd; 1979.
15 Lilienthal S. Homoeopathic Therapeutics. 5th ed. Calcutta, India: Sett Dey & Co; 1925.
16 Blackwood AL. A Manual of Materia Medica, Therapeutics and Pharmacology (With Clinical Index). 2nd ed. New Delhi, India: World Homoeopathic Links; 1922.
17 Kent JT. Lectures on Homeopathic Materia Medica. 4th ed. London, England, New York, NY, Philadelphia, PA: Boericke & Tafel; 1946.