Diabetik neyropatiya –şəkərli diabeti olan pasiyentlərdə periferik sinirlərin funksiyasının getdikcə zəifləməsi və itirilməsidir.1 Təqribən 50% pasiyentlərdə bu və ya digər dərəcədə neyropatiya olur; 1-ci tipə2 nisbətən 2-ci tip şəkərli diabetdə simptomlar daha sürətlə inkişaf edir. Diabetik neyropatiya generalizəolunmuş, simmetrik və eləcə də, ocaqlı ola bilər. Periferik sensor və/və ya hərəki sinirlər, kəllə sinirləri və ya avtonom sinirlər daxil olmaqla, o, bütün növ sinirləri zədələyir.3 Diabetik neyropatiyanın ən geniş yayılmış növü hissi və hərəki sinirlərin periferik neyropatiyasıdır, bunun nəticəsində hər iki əl və pəncənin həssaslığı itir (əlcək-corab lokalizasiyası adlanır), paresteziya, dizesteziya və, adətən, gecələr artan ağrı əmələ gəlir. Bu hal ayaq barmaqlarının və pəncənin cüzi zəifliyinə səbəb olur, koordinasiya və tarazlıq hissində problem yarana bilər. Diabetik neyropatiyanın sonrakı mərhələləri ayaq ilə bağlı lal işemiya kimi ciddi problemlərə səbəb olur, bu da amputasiya tələb edən potensial ağırlaşmalara gətirib çıxara bilər.4 Hissi sinirin innervasiyası boyunca ağrı, yəni, radikulopatiya da ola bilər. Avtonom sinir sisteminin neyropatiyası mədə-bağırsaq traktının zədələnməsinə, qusma, ishal və ya qəbizliyə, qida borusunda peristaltikanın dəyişməsinə, habelə, mədədən qidanın evakuasiyasının ləngiməsinə səbəb ola bilər. Avtonom sinir sisteminin geniş zədələnməsi nəticəsində sidik-ifrazat yollarında patoloji simptomlar (məsələn, təxirəsalınmaz sidik ifrazı hissi, sidik saxlamama və qeyri-iradi kiçik həcmdə sidiyin ifrazı), cinsi sferada problem (məsələn, kişilərdə erektil disfunksiya və qadınlarda orqazm hissinin yaranmaması), ortostatik hipotenziya, oftalmoloji pozulmalar (məsələn, işıq və ya qaranlığa qarşı göz bəbəyinin adaptasiyasının pozulması), eləcə də, hiperhidroz və ya dəridə quruluq yarana bilər.2,5,6 Diabetik neyropatiya diaqnozu kliniki testlərin nəticələrinə əsaslanır: vibrasiyanın zəifləməsi, ilkin mərhələdə əl və ayaq barmaqlarına sancaq batırdıqda hissiyatın zəifləməsi, dərin vətər reflekslərinin hipoaktivliyi və qan təzyiqinin dəyişilməsi. Diaqnoz elektrofizioloji tədqiqatların, elektromioqrafiyanın və sinir keçiriciliyinin müayinəsinin nəticəsi əsasında təsdiq olunur. Laborator müayinələr şəkərli diabeti təsdiq etmək və neyropatiyanın digər səbəblərini inkar etmək üçün məqsədəuyğun sayılır.12 Diabetik neyropatiyanın inkişaf riskini artıran bir neçə faktor mövcuddur, bunlara genetik faktor, ahıl yaş, uzunmüddətli nəzarət olunmayan şəkərli diabet,7 sosial-iqtisadi vəziyyətin aşağı olması,8 hiperlipidemiya,9 hipertenziya, hündür boy,10 siqaret çəkmə və spirtli içkilərin1,2 sui-istifadəsi daxildir. Klassik təbabətdə istifadə olunan vasitələr, məs., insulin, sulfonil-sidik cövhəri, metformin və tiazolidinedionun uzunmüddətli qəbul edilməsi diabetik neyropatiyanın artmasına səbəb olur. Diabetik neyropatiyanın inkişafının əsasında bir çox faktor durur, onlardan təsdiq olunmuşları sorbitol və fruktozanın sinirdə toplanması (artıq qlükozanın poliol metabolizm yoluna yönəlməsi nəticəsində),2 qlikozilləşmənin son məhsullarının yüksək səviyyəsi, (daimi hiperqlikemiya qlükozanın proteinlə, nukleotid və lipidlərlə qeyri-fermentativ birləşməsinə səbəb olur)8 və daimi oksidativ stresdir (qan damarlarının neyronlarının birbaşa zədələnməsi).11,12 Son məlumatlara görə, məhz daimi qeyri-spesifik iltihab və onu müşayiət edən hiperqlikemiya nəticəsində mikrodamarlarda qan dövranının pozulması neyropatiyaya, böyrək və gözdə zədələnmələrə səbəb ola bilər.13 Klassik müalicə daha çox palliativdir və qismən ağrıya nəzarət etməyə imkan verir.14 Pasiyent çox zaman qeyri-həssas olur və ya ağrıkəsici opiatlardan asılı vəziyyətə düşür.14 Biotənzimləmə yolu ilə təsir edən və digər təbii dərman preparatları həssaslığın artması və patofizioloji proseslərin korreksiyasında mühüm rol oynaya bilər.

 

XİC üzrə faza
Degenerasiya
Mezodermal
Mezenximal
Hemodermal
Ektodermal
Neyrodermal

Əsas və/və ya simptomatik yanaşma
. Aesculus compositum

Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit, sonra Lymphomyosot bir neçə ay ərzində*
İM . Placenta compositum
. Traumeel
HTOD . Glyoxal compositum

. Coenzyme compositum
. Ubichinon compositum növbəli olaraq

İndividual yanaşma
. Thalamus compositum
(ağrının mərkəzi mexanizmini balanslaşdırmağa kömək)
. Vertigoheel
(mikrosirkulyasiyanın yaxşılaşdırılması)
. Syzygium compositum
(hiperqlikemiya zamanı)
(bax Diabet)

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 UngerJ, ColeBE. Recognition and management of diabetic neuropathy. Prim Care. 2007;34(4):887-913,
2 Quan D. Diabetic neuropathy. eMedicine 2010. http://emedicine.medscape.com/article/1170337-overview. Accessed July 9, 2010.
3 Tracy JA, Dyck PJ. The spectrum of diabetic neuropathies. Phys Med Rehabil Clin N Am. 2008;19(1):1-26, v.
4 Dyck PJ, Giannini C. Pathologic alterations in the diabetic neuropathies of humans: a review. J Neuropathol Exp Neurol. 1996;55(12):1181-1193.
5 Freeman R. Diabetic autonomic neuropathy: an overview. In: Veves A, ed. Clinical Management of Diabetic Neuropathy. Totowa, NJ: Humana Press; 1998:181-208.
6 Levitt NS, Stansberry KB, Wynchank S, Vinik AI. The natural progression of autonomic neuropathy and autonomic function tests in a cohort of people with IDDM. Diabetes Care. 1996;19(7):751-754.