Dental absses (dentoalveolyar absses)- dişi əhatə edən strukturların kəskin zədələnməsidir. O, irinin toplanması ilə xarakterizə olunur, adətən, dişin kariyesindən pulpaya infeksiyalaşmış materialın düşməsinin ağırlaşması, yaxud, lokal travmanın nəticəsində inkişaf edə bilər.1 Diş kariyesi diş minasında dəliklərin yaranması ilə özünü büruzə verir, bu dəliklərdən bakteriyalar diş pulpasına keçir. İnfeksiya lokal şəkildə qala bilər; ölü toxuma, canlı və ölü bakteriyalar, eləcə də leykositlər toplanaraq, tədricən şişkinlik, təzyiq və kəskin ağrı yarada bilər. İnfeksiya ətraf alveolyar sümüyə yayılaraq abssesə səbəb ola bilər.2 Müvafiq simptomlara damağın şişkinliyi (bu, adətən, gözlə görünən törəmə olub, damaqdan yanağa tərəf çıxır), güclü uzunsürən ağrı, regional limfadenopatiya daxildir; damağın qanaması, qızdırma, maye və/və ya qidanın qəbulunda çətinlik, dişin laxlaması; dişə təzyiq etdikdə, müxtəlif temperatur fərqlərində ağrının artması mümkündür. Periapikal radioqrafiya və irinin iynə ilə aspirasiyası diaqnozu təsdiq edir.1 Dentoalveolyar absses 4-6 müxtəlif növ bakteriyaların polimikrob infeksiyası - Streptococcus viridans, Bacterioides, Fusobacterium və Peptococcus-un nəticəsində yarana bilər.3 Müalicə olunmamış residivverən və xroniki dentoalveolyar absses mühüm infeksiya ocağına çevrilib, ürək-damar sistemi, şəkərli diabet, Alsheymer xəstəliyi və xərçəng4 kimi digər sistemli xəstəliklərin yaranmasına təkan verə bilər. Biotənzimləmə yolu ilə təsir edən preparatlar simptomların aradan qaldırılmasına və residiv ehtimalının azaldılmasına kömək edə bilər.
XİC üzrə faza
İltihab
Mezodermal
Mezenximal
Kavodermal
Əsas və/və ya simptomatik yanaşma
. Mercurius-Heel
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Traumeel
HTOD . Coenzyme compositum
İndividual yanaşma
. Echinacea compositum
(ağır infeksiyalarda)
. Osteoheel (çənə prosesə qoşulduqda)
. Silicea-Injeel
(osteopeniya və ya fistula)
.Granuloma dentis-Injeel
(abssesdən sonar qranulyoma yaranarsa)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 GouldJM, CiesJJ. Dental abscess. eMedicine 2010. http://emedicine.medscape.com/article/909373-overview. Accessed July 1, 2010.
2 Krebs KA, Clem DS 3rd; American Academy of Periodontology. Guidelines for the management of patients with periodontal diseases. J Periodontol. 2006;77(9):1607-1611.
3 Robertson D, Smith AJ. The microbiology of the acute dental abscess. J Med Microbiol. 2009;58(pt 2):155-162.
4 Katz J, Wallet S, Cha S. Periodontal disease and the oral-systemic connection: “is it all the RAGE?” Quintessence Int. 2010;41(3):229-237