Dermatomikozlar-bu, müxtəlif göbələklər tərəfindən törənən dəri, saç və dırnaq səthinin infeksiyasıdır. Bu infeksiyalar birincili olaraq yalnız üst qatda yerləşən keratinləşmiş toxumanı zədələyir, çünki göbələklərin çoxu 37°C temperaturda və ya qan zərdabında böyüyə bilmir.1 Dermatomikozun ən mühüm növü Tinea infeksiyası olub Microsporum, Trichophyton və Epidermophyton2-4 dermatofitlərinin müxtəlif növləri tərəfindən törənir. Candida-nın müxtəlif növü onixomikozun əsas səbəbi kimi göstərilir.5 Maya göbələyi olan Malassezia piylə zəngin nahiyələri zədələyərək, Pityriasis (Tinea)-ya səbəb olur (seboreyalı dermatit).6 Məsələn, Tinea pedis (atlet pəncəsi, pəncənin barmaqarası dermatofitiyası/mikozu)7,8 pəncəyə, Tinea corporis-torsa, Tinea cruris (qasıq dermatofitiyası) qasıq nahiyəsinə, Tinea manus-əllərə, Tinea capitis-başın dərisinə, Tinea barba-çənəaltı, boyun və saqqal sahəsinə, Tinea unguium (onixomikoz) dırnaqlara aiddir.3 Dermatofitiyanın diaqnozu xarakterik qaşınan dəri zədələnməsi və tibbi anamnezə əsasən qoyulur, sarımtıl-yaşıl flyuoressensiyanın olması ilə təsdiqlənir (dəridə cızma izləri və ya zədələnmə ultrabənövşəyi şüaların təsirinə məruz qaldıqda, məsələn, Vud lampası ilə təsir etdikdə).3 Dermatofitiya ilə yoluxma torpaq, əşyalar, yoluxmuş insan və heyvanlarla kontakt zamanı baş verir. İnfeksiya riskinin yüksəlməsi dərinin tamlığı pozulduqda (məsələn, idman məşqləri zamanı), nəm və isti mühitdə, genetik meyillik və qidalanma tərzindən asılıdır. İmmun sistemin disbalansı və/və ya immunodefisit vəziyyət, qanda qlükozanın səviyyəsinin disbalansı dermatofitiyanın inkişaf riskini artırır.1,3,9 Terapevtik tövsiyələrə infeksiyalaşmış və məhv olmuş epitelial strukturların dərindən təmizlənməsi, yerli olaraq göbələkəleyhinə və təbii preparatların tətbiqi daxildir, lakin uzunmüddətli müsbət nəticə əldə etmək üçün daşıyıcı-orqanizmin həssaslığını azaltmaq lazımdır.10 Təkrar infeksiyanın qarşısını almaq məqsədi ilə zədələnmiş nahiyəni quru saxlamaq və infeksiya mənbəyi ilə kontaktı mümkün qədər azaltmaq məsləhət görülür, məsələn, ümumi hamam ləvazimatı və yoluxmuş ev heyvanları ilə. Dermatofitiyada dərinin ən üst təbəqəsi zədələndiyinə görə, kosmetik problemdən başqa, ciddi bir problem yaratmır; müvafiq olaraq, xəstəliyin uğurla müalicəsi və qarşısının alınması biotənzimləmə yolu ilə təsir edən və təbii preparatların köməyi ilə həyata keçə bilər. Pəncə dermatofitiyası və şəkərli diabetdən əziyyət çəkən insanlarda ayağın baş barmaqlarının onixomikozu sellyulitin11 və rinoserebral12 ziqomikozun inkişaf riskini artırır; buna görə də bu qrupun müvafiq kliniki nəzarətə ehtiyacı var.
XİC üzrə faza
İltihab
İmpreqnasiya
Ektodermal
Əsas və/və ya simptomatik yanaşma
. Abropernol
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit, sonra Galium-Heel
İM . Engystol
. Tonsilla compositum
HTOD . Cutis compositum
. Coenzyme compositum (xroniki hallarda)
İndividual yanaşma
. Graphites-Homaccord
(dərin çatlar və ekzemayabənzər zədələnmələr)
. Hepeel
(qaraciyər funksiyasını yaxşılaşdırır)
. Cruroheel
(pəncənin dermatofitiyası)
. Paeonia-Salbe-Heel
məlhəm və ya
. Paeonia-Heel
(anus ətrafında zədələnmələr)
. Coenzyme compositum
İndividual yanaşma
. Nervoheel
(narahatlıq və yuxu pozulması zamanı)
. Neurexan
(gərgin iş nəticəsində yaranan depressiya)
. Veratrum-Homaccord
(alkoqolun təsirini və melanxolik vəziyyəti neytrallaşdırmaq üçün)
. Tonico-Injeel
(tükənmə sindromu ilə gedən ağır depressiya)
. Neuro-Injeel
(dəqiq müəyyənləşmiş inisiasiyaedici psixoloji stressor olduqda, yəni ondan sonra yaxşı olmayıb)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Pariser DM. Superficial fungal infections: a practical guide for primary care physicians. Postgrad Med. 1990;87(5):205-214.
2 Richardson MD. Diagnosis and pathogenesis of dermatophyte infections. Br J Clin Prac. Suppl. 1990;71:98-102.
3 Rashid RM, Miller AC. Tinea. eMedicine 2010; http://emedicine.medscape.com/article/787217-overview. Accessed July 8, 2010.
4 Degreef H. Clinical forms of dermatophytosis (ringworm infection). Mycopathologia. 2008;166(5-6):257-265.
5 Welsh O, Vera-Cabrera L, Welsh E. Onychomycosis. Clin Dermatol. 2010;28(2):151-159.
6 Gupta AK, Cooper EA, Ryder JE, Nicol KA, Chow M, Chaudhry MM. Optimal management of fungal infections of the skin, hair, and nails. Am J Clin Dermatol. 2004;5(4):225-237.
7 Korting HC, Rychlik R, Pfeil B. Treatment of interdigital tinea pedis [In German]. Dtsch Med Wochenschr. 2003;128(36):1819-1824.
8 Stock I. Antimycotic therapy of Tinea pedis and other foot mycoses. [In German] Med Monatsschr Pharm. 2008;31(7):247-256; quiz 257-248.
9 Bienias L, Wlodarczyk W. Dermatomycoses and their etiology in the material of the Dermatological Department in Lodz, Poland. Mycoses. 1990;33(11-12):581-586.
10 Drake LA, Dinehart SM, Farmer ER, et al. Guidelines of care for superficial mycotic infections of the skin: tinea corporis, tinea cruris, tinea faciei, tinea manuum, and tinea pedis. Guidelines/Outcomes Committee. American Academy of Dermatology. J Am Acad Dermatol. 1996;34(2 pt 1):282-286.
11 Bristow IR, Spruce MC. Fungal foot infection, cellulitis and diabetes: a review. Diabet Med. 2009;26(5):548-551.
12 Lanternier F, Lortholary O. Zygomycosis and diabetes mellitus. Clin Microbiol Infect. 2009;15(suppl 1):21-25.
13 Kanda N, Tani K, Enomoto U, Nakai K, Watanabe S. The skin fungus-induced Th1- and Th2-related cytokine, chemokine and prostaglandin E2 production in peripheral blood mononuclear cells from patients with atopic dermatitis and psoriasis vulgaris. Clin Expl Allergy. 2002;32(8):1243-1250.