Depressiya - əhvalın daim neqativ fikirlərlə xarakterizə olunan pozulmasıdır. Əhval yalnız ruh düşkünlüyü ilə xarakterizə olunursa, unipolyar, depressiv epizodlara əhvalın patoloji yüksəlməsi epizodları əlavə olunursa, bipolyar adlanır. Adi təzahür və simptomlara xroniki baş ağrısı, yuxuya meyillik və ya yuxusuzluqla müşayiət edilən daim yorğunluq, konsentrasiyanın pozulması, lazımsızlıq hissi, çəkinin səbəbsiz artıb-azalması, şəxsi gigiyenaya laqeydlik, iştahasızlıq və susuzluq hissi, xəstəlik proqressivləşdikdə isə suisidal fikirlər daxildir.1 Depressiyanın bir sıra növ və ağırlıq dərəcələri mövcuddur: subklinik variantdan (distimiya) başlayaraq, hospitalizasiyaya ehtiyacı olan dərin depressiyaya qədər. Ekzogen depressiya–bu keçid dövründə sosial stimullar, həyatda neqativ hadisələr və xroniki stress halları, o cümlədən, ətraf mühit və xarici amillərin təsirindən emosional və psixoloji vəziyyətin qısamüddətli enməsidir. Əksinə, endogen depressiyanın ağırlığı xarici təsirlər ilə mütənasib deyil və klassik tibbi müdaxilə tələb edir, məsələn, psixiatrik tibbi yardım və dərman preparatları.2 Son tədqiqatlara görə, depressiyanın ekzogen və endogen formaları arasında nəzərəçarpan eynilik var. Depressiyanın inkişaf təhlükəsi qadın cinsi arasında, həmçinin, dərmandan, yüngül narkotiklərdən, alkoqoldan sui-istifadə edən, xroniki ağrıdan, müxtəlif xəstəliklərdən və psixososial stresdən əziyyət çəkənlərdə daha yüksəkdir.1 Genetik faktorlar, ferment və neyrotransmitterlərin (xüsusən, serotonin, dofamin və norepinefrin) ötürücü yollarında defekt, hormonal disbalans (məsələn, qalxanvari vəzin hormonları,3 estrogen4 və kortizol5), uşaqların doğulması (doğuşdan sonrakı depressiya), vitaminlərin (məsələn, B12 , B6 vitamini, folat6) və mineralların (məsələn, mis, maqnezium7,8 və dəmir9) uzunmüddətli disbalansı depressiv pozulmaların inkişafına səbəb ola bilər. Vegetarian qidalanma sağlam əhval-ruhiyyə yaratdığına görə, ehtimal olunur ki, pəhriz depressiv vəziyyətin inkişafında və ya proqressivləşməsində rol oynayır.10 Eləcə də, sübut olunub ki, mədə-bağırsaq traktının yüksək keçiriciliyi patofizioloji prosesləri inisiasiya edərək, depressiyanın inkişafına təkan verə bilər.11 Yüngül və orta ağır depressiya fiziki aktivliyin artırılması, idman məşqlərinin köməyi ilə effektli müalicə oluna bilər.12,13 Müəyyənləşdirilib ki, depressiyanın inkişafi ilə piylənmə arasında düz mütənasiblik var;14 omega-3 yağ turşuları yüngül və orta depressiyanın müalicəsində uğurla tədbiq olunur,15 bu isə ona işarədir ki, iltihabtörədici sitokinlərin səviyyəsinin xroniki olaraq yüksək olması xəstəliyin patogenezində iştirak edə bilər.16,17 Depressiv əhval-ruhiyyə hipoqlikemiya və şəkərli diabet18 ilə bağlıdır; bu onu bildirir ki, serebral damarlarda qlükozanın səviyyəsi də təkanverici faktor ola bilər.19 Şimal yarımkürəsində depressiv epizodlar qış ayları ilə əlaqəlidir; güman olunur ki, ultrabənövşəyi şüaların köməyi ilə D vitamini sintezinin stimulyasiyasının da rolu var.20 Biotənzimləmə yolu ilə təsir edən preparatlar köməkçi terapiya kimi simptomatikanın aradan qalxmasına dəstək üçün və əsas səbəbə qarşı istifadə edilə bilər.
XİC üzrə faza
İmpreqnasiya
Ektodermal
Neyrodermal
Əsas və/və ya simptomatik yanaşma
. Ignatia-Homaccord
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM
HTOD . Cerebrum compositum
. Coenzyme compositum
İndividual yanaşma
. Nervoheel
(narahatlıq və yuxu pozulması zamanı)
. Neurexan
(gərgin iş nəticəsində yaranan depressiya)
. Veratrum-Homaccord
(alkoqolun təsirini və melanxolik vəziyyəti neytrallaşdırmaq üçün)
. Tonico-Injeel
(tükənmə sindromu ilə gedən ağır depressiya)
. Neuro-Injeel
(dəqiq müəyyənləşmiş inisiasiyaedici psixoloji stressor olduqda, yəni ondan sonra yaxşı olmayıb)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Bhalla RN, Moraille-Bhalla P. Depression. eMedicine 2010. http://emedicine.medscape.com/article/286759-overview.
2 Dubvosky S, Davies R, Dubvosky A. Mood disorders. In: Hales R, Yudofsky S, eds. The American Psychiatric Textbook of Clinical Psychiatry. 4th ed. Washington, DC: American Psychiatric Publishing; 2003:439-542.
3 Joffe RT, Sokolov ST. Thyroid hormone treatment of primary unipolar depression: a review. Int J Neuropsychopharmacol. 2000;3(2):143-147.
4 Walf AA, Frye CA. A review and update of mechanisms of estrogen in the hippocampus and amygdala for anxiety and depression behavior. Neuropsychopharmacology. 2006;31(6):1097-1111.
5 Beluche I, Chaudieu I, Norton J, et al. Persistence of abnormal cortisol levels in elderly persons after recovery from major depression. J Psychiatr Res. 2009;43(8):777-783.
6 Skarupski KA, Tangney C, Li H, Ouyang B, Evans DA, Morris MC. Longitudinal association of vitamin B-6, folate, and vitamin B-12 with depressive symptoms among older adults over time. Am J Clin Nutr. 2010;92(2):330-335.
7 Salustri C, Squitti R, Zappasodi F, et al. Oxidative stress and brain glutamate-mediated excitability in depressed patients. J Affect Disord. 2010;127(1-3):321-325.
8 Zieba A, Kata R, Dudek D, Schlegel-Zawadzka M, Nowak G. Serum trace elements in animal models and human depression, part III: magnesium: relationship with copper. Hum Psychopharmacol. 2000;15(8):631-635.
9 Vahdat Shariatpanaahi M, Vahdat Shariatpanaahi Z, Moshtaaghi M, Shahbaazi SH, Abadi A. The relationship between depression and serum ferritin level. Eur J Clin Nutr. 2007;61(4):532-535.
10 Beezhold BL, Johnston CS, Daigle DR. Vegetarian diets are associated with healthy mood states: a cross-sectional study in Seventh Day Adventist adults. Nutr J. 2010;9:26.
11 Maes M, Kubera M, Leunis JC. The gut-brain barrier in major depression: intestinal mucosal dysfunction with an increased translocation of LPS from gram negative enterobacteria (leaky gut) plays a role in the inflammatory pathophysiology of depression. Neuro Endocrinol Lett. 2008;29(1):117-124.
12 Dunlop BW, Self RL. Exercise for depression: efficacy, safety and clinical trial implications. Psychopharmacol Bull. 2008;41(4):65-75.