Demensiya-zehni funksiyanın pisləşməsi olub, müəyyən xronoloji yaş və təhsil səviyyəsinə hesablanmış normadan aşağı olmasıdır.1 Uzunmüddətli və qısa yaddaş,2 müzakirə etmək, mülahizə yürütmə qabiliyyəti, yeni bacarıqların mənimsənilməsi kimi proseslər yaş artdıqca pisləşir,3 lakin demensiya zamanı bütün bu proseslər mərkəzi sinir sisteminin zədələnməsi və xəstəliyi nəticəsində sürətlənir. Demensiyanın ən geniş yayılmış növləri Alsheymer tipli senil demensiya və vaskulyar demensiyadır4 (məsələn, beyin qan dövranının kəskin pozulması və/və ya baş beynin damarlarının aterosklerozu nəticəsində); vaskulyar növ, həmçinin, multiinfarkt demensiya və ya damar koqnitiv pozulması da adlanır. Digər demensiya növünə vaxtından əvvəl qocalma nəticəsində koqnitiv funksiyanın proqressivləşən pisləşməsilə əlaqəli demensiya (Terapevtik göstəricinin müvafq bölməsinə bax), Levi diffuz cisimcikləri xəstəliyi (koqnitiv funksiyaların parkinsonizm ilə yanaşı və ya ondan əvvəl pozulması),5 immundefisitli insanlarda virus ilə əlaqəli demensiya, Parkinson6 xəstəliyi və alkoqolun7 uzunmüddətli qəbulu ilə əlaqəli demensiya daxildir. Eyni vaxtda bir neçə demensiya növünun olması qarışıq demensiya adlanır.8 Demensiya çoxfaktorlu xəstəlikdir; xəstəliyin yaranmasında bir neçə təsdiq olunmuş təkanverici faktor kimi sərbəst radikalların səbəb olduğu daimi stress, qanda qlükozanın səviyyəsinin disbalansı, xarici toksinlər (məsələn, alüminium,9 qurğuşun, sink və dəmir metabolizmində disbalans),10 piylənmə,11 genetik faktorların12 rolu vurğulanır. Digər risk faktorlarına hipertenziya, şəkərli diabet, siqaret çəkmək, hiperxolesterinemiya, ürək-damar sistemi4,13 xəstəlikləri, eləcə də, hiperhomosisteinemiya14 aiddir. Son tədqiqatlara əsasən, Aralıq dəniz pəhrizi və müntəzəm fiziki aktivlik Alsheymer xəstəliyinin inkişaf riskini azaldır; əksinə, tərkibində çox miqdarda fruktoza olan şirələrin qəbulu bu riski artırır.16 Yaşlı insanlarda fiziki taqətsizlik də Alsheymer xəstəliyinin patoloji xarakteristikası ilə əlaqəlidir.17 Son tədqiqatlar göstərir ki, müntəzəm olaraq az miqdar alkoqolun qəbulu xəstəlik riskini artırmır, əksinə, Alsheymer xəstəliyinin inkişafından qoruya bilər.18 Rasiona niasin19 və omega-3 yağ turşularının20 daxil edilməsi Alsheymer xəstəliyindən və yaşla əlaqəli koqnitiv funksiyaların pozulmasından qoruya bilər. Demensiya diaqnozu tibbi anamnez əsasında-bura koqnitiv funksiyasının pisləşməsi haqqında məlumat (bu məlumat qulluq edən insanlardan alınır) daxildir, eləcə də, Psixi pozulmaların diaqnostik və statistik qeydiyyatının təlimatı-na əsasən (dördüncü nəşriyyat) mini—şkalaya uyğun psixi vəziyyət və/və ya diaqnostik kriterilərə görə qoyulur. Qan analizi və/və ya qanın tam analizi, EÇS, yüksək həssaslıqlı C-reaktiv protein və qlükozanın səviyyəsi, qaraciyər və böyrəyin funksional testləri, sifilisə görə seroloji test, vitamin B12 və folatın səviyyəsi, eləcə də qalxanvari vəzin müayinəsi demensiyanın inkişafına səbəb ola bilən faktorları müəyyən etmək üçün istifadə oluna bilər. Vizual müayinələr olan beynin kompyuter tomoqrafiyası, maqnit rezonans və pozitron-emission tomoqrafiya beynin zədələnmə dərəcəsini və müəyyən səbəbləri istisna etmək üçün istifadə olunur.4 Biotənzimləmə yolu ilə təsir edən təbii preparatlar demensiyanın erkən mərhələlərində əsas səbəbə təsir etmək və ciddi üzücü xəstəliyə proqressivləşməsinin ləngidilməsi üçün istifadə oluna bilər.
XİC üzrə faza
Degenerasiya
Ektodermal
Neyrodermal
Əsas və/və ya simptomatik yanaşma
. Selenium-Homaccord
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Cerebrum compositum
HTOD . Coenzyme compositum
. Ubichinon compositum
İndividual yanaşma
. Funiculus umbilicalis suis-Injeel (erkən qocalmada)
. Vertigoheel (mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Dangond F. Multiple sclerosis. eMedicine 2010. http://emedicine.medscape.com/article/1146199-overview. Accessed September 22, 2010.
2 Milo R, Kahana E. Multiple sclerosis: geoepidemiology, genetics and the environment. Autoimmun Rev. 2010;9(5):A387-A394.
2 Collie A, Maruff P, Shafiq-Antonacci R, et al. Memory decline in healthy older people: implications for identifying mild cognitive impairment. Neurology. 2001;56(11):1533-1538.
3 Boyle PA, Wilson RS, Aggarwal NT, Tang Y, Bennett DA. Mild cognitive impairment: risk of Alzheimer disease and rate of cognitive decline. Neurology. 2006;67(3):441-445.
4 Alagiakrishnan K. Vascular dementia. eMedicine 2010. http://emedicine.medscape.com/article/292105-overview. Accessed July 1, 2010.
5 McKeith IG, Dickson DW, Lowe J, et al; Consortium on DLB. Diagnosis and management of dementia with Lewy bodies: third report of the DLB Consortium. Neurology. 2005;65(12):1863-1872.
6 Williams-Gray CH, Foltynie T, Brayne CE, Robbins TW, Barker RA. Evolution of cognitive dysfunction in an incident Parkinson’s disease cohort. Brain. 2007;130(pt 7):1787-1798.
7 Gupta S, Warner J. Alcohol-related dementia: a 21st-century silent epidemic? Br J Psychiatry.;193(5):351-353.
8 Zekry D, Hauw JJ, Gold G. Mixed dementia: epidemiology, diagnosis, and treatment. J Am Geriatr Soc. 2002;50(8):1431-1438.
9 Gupta VB, Anitha S, Hegde ML, et al. Aluminium in Alzheimer’s disease: are we still at a crossroad? Cell Mol Life Sci. 2005;62(2):143-158.
10 Liu G, Men P, Perry G, Smith MA. Nanoparticle and iron chelators as a potential novel Alzheimer therapy. Methods Mol Biol. 2010;610:123-144.
11 Whitmer RA, Gunderson EP, Quesenberry CP Jr, Zhou J, Yaffe K. Body mass index in midlife and risk of Alzheimer disease and vascular dementia. Curr Alzheimer Res. 2007;4(2):103-109.
12 Russell MB. Genetics of dementia. Acta Neurol Scand Suppl. 2010;(190):58-61.
13 de Toledo Ferraz Alves TC, Ferreira LK, Wajngarten M, Busatto GF. Cardiac disorders as risk factors for
Alzheimer’s disease. J Alzheimers Dis. 2010;20(3):749-763.
14 Werder SF. Cobalamin deficiency, hyperhomocysteinemia, and dementia. Neuropsychiatr Dis Treat.
010;6:159-195.
15 Scarmeas N, Luchsinger JA, Schupf N, et al. Physical activity, diet, and risk of Alzheimer disease. JAMA. 2009;302(6):627-637.
16 Stephan BC, Wells JC, Brayne C, Albanese E, Siervo M. Increased fructose intake as a risk factor for dementia. J Gerontol A Biol Sci Med Sci. 2010;65(8):809-814.
17 Buchman AS, Schneider JA, Leurgans S, Bennett DA. Physical frailty in older persons is associated with Alzheimer disease pathology. Neurology. 2008;71(7):499-504.
18 Garcia AM, Ramon-Bou N, Porta M. Isolated and joint effects of tobacco and alcohol consumption on risk of Alzheimer’s disease. J Alzheimers Dis. 2010;20(2):577-586.