Cızıqlar – cızılma və sürtülmə nəticəsində dərinin və selikli qişaların səthi zədələnməsidir.1,2 Yüngül-birinci dərəcəli yanıqlar zamanı dərinin yalnız səthi qatı zədələnir. Hər iki səbəb nəticəsində lokal ağrı, suluq, qızartı, dəri tamlığının pozulması və ödemlər əmələ gələ bilər.3 Dəri səthinin zədələnmə mexanizmini, eləcə də, bu mexanizmləri müdafiə edən faktorları təyin etmək vacibdir. Bu faktorlar mexaniki, termiki və kimyəvi olaraq ayırd edilir.4 Mexaniki zədələrə sürtünmə, sıxılma, dartılma aid edilə bilər, bunların təsiri zamanı ağır zədələr əmələ gələ bilər və sağalma gecikə bilər.5 Termiki təsirlərə şüalanma, konveksiya, elektrik cərəyanı və soyuq aiddir.3 Kimyəvi faktorlara toxumanın turşularla (məs., avtomobil akkumulyatorlarındakı kükürd turşusu), qələvilərlə (məs., bəzi yuyucu vasitələrdə olan ammonyak) kontaktdan əmələ gələn yanıqlar aiddir. Zədə mexanizmini dəyişdirən faktoru dəqiqləşdirmək vacibdir, məs., zədələyici material və onun bioloji xüsusiyyətləri. Bu faktorlara zədələnmənin anatomik lokalizasiyası, pasiyentin sağlamlıq vəziyyəti, yanaşı gedən patoloji proseslər və yanaşı qəbul edilən medikamentlər aiddir.5.Cızıqlar və yüngül dərəcəli yanıqlar, adətən, səthi olur və ağırlaşma vermir. Lakin bu xəstənin sağlamlıq dərəcəsindən və yanaşı xəstəliklərindən asılıdır. Mümkün olan ağırlaşmalara infeksiyalar və dərinin daha dərin qatları zədələndikdə əmələ gələn çapıq toxuma aiddir. Terapiyanın məqsədi ilkin yardımdan (yaranın təmizlənməsi→təzyiq və sürtünmədən qorunması) başqa, bərpa prosesinin dəstəklənməsi və ağrının azaldılmasıdır. Buna növbəti cədvəldən istifadə edərək nail olmaq olar.

XİC üzrə faza
İltihab
Ektodermal və ya mezodermal

Əsas və/və ya simptomatik yanaşma
. Calendula-Salbe-Heel
(yerli istifadə üçün) dəri səthinin tamlığının pozulma hallarında

Tənzimləyici terapiya
DD . Əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Тraumeel
(damcı və ya həb)
HTOD . Cutis compositum
(qısamüddətli fazadan sonra)


İndividual yanaşma
. Echinacea compositum
(iltihabı proseslərdə və/və ya infeksiya riski olduqda)
. Causticum compositum
(köhnə çapıqlar və şüalanmadan sonrakı yanıqlar)
. Coenzyme compositum
və Ubichinon compositum
(uzun müddət davam edən və müalicəyə çətin tabe olan hallar)

 

 

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Abrasion. Wrong Diagnosis Web site. http://www.wrongdiagnosis.com/sym/abrasion.htm. Accessed December 30, 2009.
2 Skin abrasion. MDAdvice.com. http://www.mdadvice.com/library/sport/sport278.html. Accessed January 4, 2010.
3 Goodies J, Schraga ED. Burns, thermal. eMedicine 2009. http://emedicine.medscape.com/article/769193-overview. Accessed April 14, 2010.
4 Cox R. Burns, chemical. eMedicine 2010. http://emedicine.medscape.com/article/769336-overview. Accessed April 14, 2010.
5 Trott A. Mechanisms of surface soft tissue trauma. Ann Emerg Med. 1988;17(12):1279-1283.
6 Levin ME. Pathogenesis and management of diabetic foot lesions. In: Bowker JH, Pfeifer MA, eds. Levin and O’Neal’s the Diabetic Foot. 5th ed. St Louis, MO: Mosby Inc; 1988:16-19.