Böyrəküstü vəzi çatışmazlığı birincili (Adisson xəstəliyi, böyrəküstü vəzinin öz çatışmazlığı olanda) və ikincili (kortikotropin-relizinq-hormonun və adrenokortikotropin-relizinq-hormonun miqdarı yetərsiz olduğu hal) olur.1-3 Uzun müddət böyrəküstü vəzin funksiyasını zəiflədən ekzogen steroidlərlə (məs., uşaqlarda astmanı müalicə etmək məqsədilə istifadə olunan kortikosteroid inhalyasiyaları4 və ya bağırsaqda iltihabı proseslərin müalicəsi üçün uzun müddət kortizonun istifadəsi) müalicə nəticəsində ikincili boyrəküstü vəz çatışmazlığı inkişaf edir.3 Böyrəküstü vəzi qabığının hipofunksiyası, xroniki böyrəküstü vəzi çatışmazlığı və ya hipokortisizm (Adisson xəstəliyi) qabığın idiopatik atrofiyasının nəticəsidir; qabığın atrofiyası autoimmun prosesin, infeksiyaların (məs., vərəm, VİÇ və ya meninqokoksemiya) və ya digər ağır septisemiya nəticəsində inkişaf edə bilər.5,6 Adisson xəstəliyi cinsdən asılı olmayaraq bütün yaş qruplarında inkişaf edə bilər, lakin kəskin travma5 və ya metabolik streslərdə özünü daha çox büruzə verir. Böyrəküstü vəzin qabıq qatı kortizol, aldosteron və dehidroepiandrosteron sintez edir.2,3 Bu hormonların bir çox müxtəlif funksiyaları olduğu üçün, çatışmazlığın bir çox individual əlamət və simptomları ola bilər. Məsələn, pasiyentdə zəiflik, halsızlıq, başgicəllənmə və bayılma ilə gedən ortostatik hipotenziya, eləcə də, parlaq işıqla stimulyasiya etdikdə bəbəklərin daralma qabiliyyətinin azalması (Arroyo simptomu) müşahidə oluna bilər. Digər simptomlara isə duzlu və/və ya şirin qidalara meyillik, ürəkbulanma, qusma, anoreksiya, psixoloji vəziyyətin dəyişilməsi aid edilə bilər. Proses uzandıqca dərinin əsasən areola ətrafı, genital hissələrdə, əlin dorsal və palmar hissəllərində piqmentasiyanın artması, eləcə də qasıq və qoltuqaltı tük qatının itməsi müşahidə olunur. Qan plazmasında Na və K elektrolitlərinin, eləcə də kortizol və adrenokortikotropinin, aldosteronun, ac qarına qlükoza və reninin təyini diaqnozu təsdiqləyir.7,8 Böyrəküstü vəzilər tükəndikdə, onların hipofizin adrenokortikotropin – relizinq – hormonal reaksiyası zəifləyə bilər və bu zaman pasiyent metabolik stresə müvafiq cavab verə bilmir. Buna görə də böyrəküstü vəzilər bərpa olunduğu müddətdə müalicəyə kortizon və ya təbii dərman maddələrini əlavə etmək lazım olur.7,8 Lakin tükənmə çox güclü deyilsə, böyrəküstü vəzilərin aşağıdakı protokol üzrə dəstəklənməsi kifayətdir.

XİC üzrə faza
İmpreqnasiya
Endodermal
Orqanodermal

Əsas və/və ya simptomatik yanaşma
. Аletris-Heel DD
. Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit . Glandula suprarenalis suis-Injeel
(mürəkkəb hallarda)
. Tonico-Heel/Tonico-Injeel
(apatiya və depressiya zamanı)
. Pulsatilla compositum
(kortikosteroidlərdən uzun müddət istifadə etdikdə)

İM . Тоnsilla compositum
(tərkibində Glandula suprarenalis suis var)

HTOD . Coenzyme compositum
. Ubichinon compositum
Dozalanma: Bax Farmakoloji göstərici

 

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Arlt W, Allolio B. Adrenal insufficiency. Lancet. 2003;361(9372):1881-1893.
2 Wilson TA, Speiser PW. Adrenal insufficiency. eMedicine 2010. http://emedicine.medscape.com/article/919077-overview. Accessed April 21, 2010.
3 Michalakis K, Ilias I. Medical management of adrenal disease: a narrative review. Endocr Regul. 2009;43(3):127-135.
4 Allen DB. Effects of inhaled steroids on growth, bone metabolism, and adrenal function. Adv Pediatr. 2006;53:101-110.
5 Gannon TA, Britt RC, Weireter LJ, Cole FJ, Collins JN, Britt LD. Adrenal insufficiency in the critically ill trauma population. Am Surg. 2006;72(5):373-376.
6 Neary N, Nieman L. Adrenal insufficiency: etiology, diagnosis and treatment. Curr Opin Endocrinol Diabetes Obes. 2010;17(3):217-223.
7 Arlt W. The approach to the adult with newly diagnosed adrenal insufficiency. J Clin Endocrinol Metab. 2009;94(4):1059-1067.
8 Kazlauskaite R, Evans AT, Villabona CV, et al. Corticotropin tests for hypothalamic-pituitary-adrenal insufficiency: a metaanalysis. J Clin Endocrinol Metab. 2008;93(11):4245-4253.