Blefarit – göz qapaqlarının iltihabi xəstəliklərinə aiddir.1 Əsas əlamət və simptomları: gözlərin qızarması, göz yaşı ifrazı, gözdə qaşınma və ya yanma, eritema, həmçinin, fotofobiya və müvəqqəti olaraq görmənin itirilməsi.2 Blefarit seboreyalı dermatit, akne rosacea, qırmızı qurdeşənəyi və Şeqren xəstəliyi kimi sistemli xəstəliklərlə və ya quru göz sindromu, konyuktivit, keratit, xalazion və trixiaz kimi göz xəstəlikləri ilə əlaqəli ola bilər.1 Digər yeni aşkarlanmış risk faktorlarından biri omega-6 və omega-3 yağ turşuları arasındakı balansın pozulmasıdır.3 Patofizioloji xarakteristikası: toxumaya mikrobların birbaşa invaziyası (Staphylococcus daha çox müşahidə olunur) və sonra toxumaların immunopatoloji amillər və və/ya bakterial toksinlərin təsiri nəticəsində zədələnməsi aid edilir. Seboreyalı dermatit və ya Meybom vəzilərinin disfunksiyası mikrob kolonizasiyası və infeksiya riskini artırır. Kəskin blefarit dərman və ya kimyəvi maddələrə allergik reaksiya olaraq ikincili də inkişaf edə bilər; xroniki blefarit isə xarici qıcıqlandırıcılarla əlaqəli ola bilər. Blefarit nisbətən yüngül xəstəlikdir, lakin görmənin müvəqqəti itməsi gündəlik aktivliyin pozulmasına gətirib çıxarır; müvafiq terapiya aparılmadıqda xəstəliyin patoloji xüsusiyyətləri buynuz qişanın zədələnməsinə səbəb ola bilər. Terapevtik məqsəd –iltihabı modulə etmək və özünütənzimləmə proseslərini dəstəkləməkdir.
XİC üzrə faza
İltihab
Ektodermal
Göz
Əsas və/və ya simptomatik yanaşma
. Оculoheel həb, yaxud, damcı DD
. Əsas detoksikasiya və drenaj: Detox-Kit
. Echinacea compositum
(infeksiya zamanı)
. Graphites Homaccord
(xroniki prosesdə)
İM . Тraumeel
HTOD . Мucosa compositum
(yalnız ağır hallarda)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Lowery RS. Blepharitis, adult. eMedicine 2009. http://emedicine.medscape.com/article/1211763-overview. Accessed May 17, 2010.
2 Jackson WB. Blepharitis: current strategies for diagnosis and management. Can J Ophthalmol. 2008;43(2):485.
3 Macsai MS. The role of omega-3 dietary supplementation in blepharitis and meibomian gland dysfunction (an AOS thesis). Trans Am Ophthalmol Soc. 2008;106:336-356.