Residivverən baş ağrıları müxtəlif birincili səbəb və təzahürlü kompleks pozulmadır. Bu geniş yayılmış haldır; yer kürəsinin əhalisinin 4-5%-i gündəlik baş ağrılarından,1 ABŞ əhalisinin 10-20% miqren səbəbli baş ağrılarından şikayət edir.2 Hazırda dünya əhalisinin 1%-i (bu say getdikcə artır) həddən artıq dərman qəbulu nəticəsində yaranan baş ağrılarından şikayət edir.3 Birincili baş ağrıları, şübhəsiz, baş ağrılarının ən geniş yayılmlş növüdür (bütün baş ağrılarının 90%) və bunların müəyyən üzvi səbəbləri olmur.4 İkincili baş ağrıları nisbətən nadir halda olur; onların əsasında sinusit kimi üzvi xəstəlik, subaraxnoidal qanaxma, baş və ya boyun yaralanması dayanır.5,6 Baş ağrısı ilə əlaqəli birincili pozulmalara miqren (aura ilə və aurasız), gərginlik baş ağrıları və klaster baş ağrıları aiddir. Miqrenin etioloji və patofizioloji xüsusiyyətləri tam aydın deyil. Əvvəllər onların damar mənşəli olduğu hesab edilirdi, sonrakı tədqiqatlar serotonin və dofamin kimi neyrogen peptidlərin dominant rol oynadığını göstərdi7 (serotonin reseptorlarının məsul element olduğu bildirilir).7 Epifiz və MBT-nin yuxarı hissəsinin hormonu olan melatonin miqrenin patofiziologiyasında mühüm rol oynayır.8 Baş ağrılarının yaranma tezliyi cinsi yetkinlikdən əvvəl qızlar və oğlanlar arasında eynidir, lakin gənc qadınlarda baş ağrılarının daha cox müşahidə olunması onun cinsi hormonlar ilə əlaqəli olduğunu göstərir.9 Residivləşən baş ağrısının ən geniş yayılmış növü əzələ və psixogen faktorların təsiri nəticəsində yaranan gərginlik baş ağrısıdır.7 Pozitron–emission tomoqrafiya, birfotonlu emission kompyuter tomoqrafiya və funksional maqnit-rezonans tomoqrafiya kimi neyrovizual texnologiyanın inkişafı birincili baş ağrılarının inkişafının təşəbbüskarı damar sistemi yox, məhz mərkəzi sinir sistemi olduğunu təsdiqlədi.10 Klaster baş ağrısı, paroksizmal hemikraniya, habelə, nevralgiyanı xatırladan, göz sulanması və konyuktival inyeksiya ilə gedən qısamüddətli birtərəfli baş ağrıları birincili baş ağrılarının bəzi tipləridir.11 Residivləşən baş ağrılarının differensial diaqnostikası üçün vacib olan səbəblərə dehidratasiya, gözün xroniki yorğunluğu (məsələn, düzgün qoyulmamış və ya konstruksiya edilməmiş korreksiyaedici linzalar), sinir-əzələ gərginliyi (iş şəraitinin qeyri-düzgün təşkili və ya daimi stress nəticəsində gərginlik baş ağrıları),12 hipoqlikemiya (məsələn, aclıq nəticəsində),13 müəyyən qida və qida əlavələrinə qarşı həssaslıq (məsələn, qlüten,14 natrium qlutamat və hidrolizəolunmuş bitki zülalı),15 kofein16 və ya kofeinin kəsilmə sindromu, müəyyən preparatların daimi qəbulu (məsələn, peroral kontraseptivlərin),17 əhval pozulması və ekzogen faktorların (məsələn, atmosfer təzyiqinin və havanın dəyişkənliyi)18 təsiri daxildir. Əvvəlki baş ağrılarından fərqli olan kəskin baş ağrıları daha ciddi xəstəliyin simptomu ola bilər və müvafiq olaraq, tez qiymətləndirilməlidir. Qəflətən yaranmış gözqamaşdırıcı baş ağrıları klassik subaraxnoidal qanaxmaya; boynun rigidliyi və qızdırma ilə müşayiət olunan diffuz baş ağrısı- meningitə; bir gözün ətrafında konsentrasiya olunmuş baş ağrısı kəskin qlaukomaya işarə ola bilər. Kəskin baş ağrıları xoşxassəli proses olan virus sindromları və digər qızdırmalı xəstəlikləri müşayiət edə bilər. Onlar nisbətən xoşxassəli sayılsa da, baş ağrılarının ağırlığı gündəlik aktivliyi və həyat keyfiyyətini zəiflədə, ona mane ola bilər. Sonrakı terapevtik tövsiyələr birincili baş ağrılarına aiddir.

XİC üzrə faza
İmpreqnasiya
Ektodermal
Neyrodermal

Əsas və/və ya simptomatik yanaşma
. Spigelon


Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM .Traumeel
HTOD Coenzyme compositum
.Ubichinon compositum
.Cerebrum compositum

İndividual yanaşma
. Hepeel
(qaraciyər mənşəli)
. Ypsiloheel
(psixosomatik səbəb)
. Glonoin-Homaccord
(həddən artıq günəş təsiri)
. Cimicifuga-Injeel
(ənsə ağrıları, əsasən menopauza zamanı)
. Nux vomica - Homaccord
(alkoqoldan və ya dərman maddələrindən sui-istifadə zamanı). Pasiyent əsas detoksikasiya və drenaj olunmadıqda istifadə edilir

 

  

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Nappi G, Perrotta A, Rossi P, Sandrini G. Chronic daily headache. Expert Rev Neurother. 2008;8(3):361-384.
2 Blanda M, Wright JT. Migraine headache. eMedicine 2010.
http://emedicine.medscape.com/article/792267-overview. Accessed August 24, 2010.
3 Obermann M, Katsarava Z. Management of medication-overuse headache. Expert Rev Neurother. 2007;7(9):1145-1155.
4 Lipton RB, Bigal ME, Steiner TJ, Silberstein SD, Olesen J. Classification of primary headaches. Neurology. 2004;63(3):427-435.
5 Couch JR, Lipton RB, Stewart WF, Scher AI. Head or neck injury increases the risk of chronic daily headache: a population-based study. Neurology. 2007;69(11):1169-1177.
6 Bigal ME, Lipton RB. The differential diagnosis of chronic daily headaches: an algorithm-based approach. J Headache Pain. 2007;8(5):263-272.
7 Cutrer FM, Charles A. The neurogenic basis of migraine. Headache. 2008;48(9):1411-1414.
8 Vogler B, Rapoport AM, Tepper SJ, Sheftell F, Bigal ME. Role of melatonin in the pathophysiology of migraine: implications for treatment. CNS Drugs. 2006;20(5):343-350.
9 Pakalnis A, Gladstein J. Headaches and hormones. Semin Pediatr Neurol. 2010;17(2):100-104.
10 Cohen AS, Goadsby PJ. Functional neuroimaging of primary headache disorders. Expert Rev Neurother. 2006;6(8):1159-1171.
11 Cohen AS, Matharu MS, Goadsby PJ. Trigeminal autonomic cephalalgias: current and future treatments. Headache. 2007;47(6):969-980.
12 Blanda M, Sargeant LK. Headache, tension. eMedicine 2009. http://emedicine.medscape.com/article/792384-overview. Accessed August 24, 2010.
13 Abu-Salameh I, Plakht Y, Ifergane G. Migraine exacerbation during Ramadan fasting. J Headache Pain. 2010;11(6):513-517.
14 Hadjivassiliou M, Grunewald RA, Lawden M, Davies-Jones GA, Powell T, Smith CM. Headache and CNS white matter abnormalities associated with gluten sensitivity. Neurology. 2001;56(3):385-388.
15 Scopp AL. MSG and hydrolyzed vegetable protein induced headache: review and case studies. Headache. 1991;31(2):107-110.
16 Scher AI, Stewart WF, Lipton RB. Caffeine as a risk ractor for chronic daily headache: a population-based study. Neurology. 2004;63(11):2022-2027.
17 Harris M, Kaneshiro B. An evidence-based approach to hormonal contraception and headaches. Contraception. 2009;80(5):417-421.
18 Friedman DI, De ver Dye T. Migraine and the environment. Headache. 2009;49(6):941-952.