Bartolinit-bartolin vəzlərinin iltihabıdır. Adətən, o birtərəfli olur və reproduktiv yaşda olan qadınlarda kista və ya abssesə qədər proqressivləşə bilər1. Kistalar axarların tutulması nəticəsində yaranır, mayenın yığılması və durğunluğa gətirib çıxarır. Kistaların yaranması, adətən, qeyri-spesifik iltihabdan (cinsi-transmissiv infeksiyalardan sonra),2 yaxud, travmadan sonra baş verir və simptomsuz olur. Lakin böyük ölçülü kistalar ağrılı olur və dispareuniyaya səbəb olur. 40 yaşdan yuxarı qadınlar ağrısız kistalar olduqda onkoloji riskə görə müayinə olunmalıdır. Bartolin abssesləri vəzin ya bilavasitə infeksiyalaşmasından, yaxud, müxtəlif mikroblarla infeksiyalaşmış kistadan yoluxmasından baş verir. İnfeksiya səbəbi, adətən, polimikrob mənşəli olur və çox zaman Escherichia coli və Staphylococcus, Streptococcus-un müəyyən növləri ilə törədilir; çox nadir hallarda cinsi-transmissiv infeksiyalar törədən patogen mikroblar da iştirak edir.3 Abssesin inkişafı vulvada tez bir zamanda yaranan kəskin ağrı ilə müşayiət olunur. Adətən, bartolinit peroral, yaxud, yerli vasitələrlə müalicə olunur, absseslər isə cərrahi üsulla drenə olunma tələb edir.1 Biotənzimləyici preparatlar iltihabı və ağrını azaltmağa kömək edib, absseslərin yaranmasının qarşısını almağa və özbaşına drenə olunmasına və deməli, kista və absseslərin sağalmasına kömək edə bilər.
XİC üzrə faza
İltihab
Ektodermal
Mezodermal
Herminodermal
Əsas və/və ya simptomatik yanaşma
. Мercurius-Heel
. Hormeel
Tənzimləyici terapiya
DD . Əsas drenaj və detoksikasiya: Detox-Kit
İM . Тraumeel
HTOD . Mucosa compositum
İndividual yanaşma
. Echinacea compositum
(bakterial superinfeksiyalarda)
. Мetro-Adnex-Injeel
(uzun sürən iltihabda)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Schecter JC, Quinn A. Bartholin gland diseases. eMedicine 2009. http://emedicine.medscape.com/article/777112-overview. Accessed May 17, 2010.
2 Scholes D, Stergachis A, Heidrich FE, Andrilla H, Holmes KK, Stamm WE. Prevention of pelvic inflammatory disease by screening for cervical chlamydial infection. N Engl J Med. 1996;334(21):1362-1366.
3 Mattila A, Miettinen A, Heinonen PK. Microbiology of Bartholin’s duct abscess. Infect Dis Obstet Gynecol. 1994;1(6):265-268.