Bağırsaqda staz və/və ya hərəki funksiyanın pozulması müxtəlif pozulmaları təsvir etmək üçün istifadə edilən ifadədir, buraya endogen və ya ekzogen səbəbdən yaranan staz, qida evakuasiyasının ləngiməsi və qida traktının sekretor patologiyası daxildir.1 Bu pozulmalar birincili (məsələn, Girşprunq xəstəliyi) və ya ikincili (opiatlarla və ya qastroparez nəticəsində törənən) ola bilər və qarında köp, obstruksiya, diskomfort və ağrı, qəbizlik, çəkinin itirilməsi, qida çatışmazlığı, qastroezofageal reflüks xəstəliyi və/və ya qusma ilə təzahür edir.2-4 Mədə-bağırsağın normal funksiyası strukturların kompleks qarşılıqlı əlaqəsinin son nəticəsidir; onların əksəriyyəti indiyədək tam tədqiq olunmamışdır.5,6 Bu proseslərə sekresiya, absorbsiya, yerdəyişmə və toplanma daxildir.7 Proseslər kompleks şəkilli olub, neyrokrin, endokrin, parakrin və autokrin mexanizimlər kimi bir çox sistemlər tərəfindən tənzimlənir. Sinir sisteminə kompleks şəkildə nəzarət olunur; bu nəzarət həm daxili (məsələn, saya-əzələ qatı arasında əzələ-bağırsaq kələfi, selikli qişa altında yerləşən submukoz kələf), həm də xarici (məsələn, azan sinir və çanaq sinirindən yaranan parasimpatik impulslu avtonom sinir sistemi və onurğanın döş və bel şöbəsindən yaranan simpatik impulslar) sistemlər vasitəsilə həyata keçir.7 Bütün sistemlərdən gələn impulsların birləşməsi sekresiyanın, sorulmanın və hərəki funksiyanın modelini təyin edir; ritmnəqledici hüceyrələr, sinir, əzələ və ya neyromediatorlar səviyyəsində bu ahəngdar kompleks əlaqənin istənilən pozulması bağırsaq disfunksiyası və staza səbəb ola bilər.6,7 Anadangəlmə aqanqlioz (Girşprunq xəstəliyinin səbəbi) kimi nadir patofizioloji vəziyyətlər daxili sistemin pozulmasına misal ola bilər, lakin şəkərli diabet, hipotireoz və hiperkalsiyemiya kimi qazanılmış səbəblər daha geniş yayılmışdır.2,7 Bağırsaq stazının digər böyük qrup səbəblərinə miopatik proseslər tərəfindən törədilmiş qastroparez; daxili və ya xarici neyropatiya; cərrahi müdaxilə, infiltrativ xəstəliklər; müəyyən preparatlar (məsələn, kalsium kanalının blokatorları, antixolinergik preparatlar, antiserotonergik preparatlar və opiatlar), həmçinin, obstruktiv proseslər daxildir.3,8 Bağırsağın motorikasını və onun funksiyasını azaldan preparatlar opiatlardır; onlar bağırsağın yığılmasını azaldır, nəcisdən su və natriumun sorulmasını artırır və bağırsaq sekresiyasını pisləşdirir.4,9 Bağırsaq stazı və bağırsağın motor funksiyasının pozulmasının potensial səbəbləri, klinik təzahürlərin çoxsaylı olması səbəbindən diaqnozun qoyulması və müalicə həddən artıq çətin olur.1,8 Pasiyentin simptomatikasına aid hərtərəfli anamnez toplanır (məsələn, qarın boşluğunda diskomfort, ürəkbulanma, qusma, həddən artıq qaz əmələgəlmə, düz bağırsaqda dolğunluq hissi, normal defekasiyanın tezliyi, miqdarı və müddəti, ən son dəyişiklik; axırıncı nəcisin miqdarı, konsistensiyası və müddəti, qidalanma növü; işlədici, qusdurucu və digər preparatlardan istifadə).1,5 Tam tibbi müayinənin aparılması vacibdir, o cümlədən şişin (məsələn, rektal şiş və ya yad cisim) və ya düz bağırsaqda qanın aşkar edilməsi üçün barmaqla bağırsağın müayinəsi.1,5 İstənilən ilkin müayinənin məqsədi endoskopiya və/və ya radioloji üsulla yuxarı mədə-bağırsaq yollarının mexaniki obstruksiyasını istisna etməkdir.3 Bundan əlavə, diabet, hipotireoz, elektrolit dəyişikliyini, bağırsaq xərçəngi və ya qıcıqlanmış bağırsaq sindromunu istisna etmək üçün qan analizi olunmalıdır. Nazik bağırsaqda bakteriyaların artması ilə əlaqəli steatoreyaya şübhə olduqda nəcisin analizi vacibdir.1,3 Digər müayinələrə barium sınağı, kompyuter tomoqrafik skanetmə və nüvə maqnit rezonans üsulu, mədə boşalmasının radioaktiv sınağı və rektal manometriya daxildir. Diaqnostik laparoskopiya, və ya tamqatlı biopsiyalı və ya rezeksiyalı (immunohistokimya ilə) laparotomiya da məsləhət görülə bilər, xüsusilə də differensial diaqnostikada (məsələn, appendisit, qastroenterit, tromboz, mezenterial arteriyanın trombozu, çanağın iltihabi xəstəliyi, ileus və qıcıqlanmış bağırsaq sindromu).1-3 Əsas patoloji vəziyyətdən asılı olaraq müalicə müxtəlif ola bilər. Bəzi preparatlar bağırsağın motor funksiyasında pozulma və staz törətdiyindən, onlardan yayınmaq vəziyyətin yaxşılaşmasına gətirib çıxarır. Bakterial infeksiya olduqda geniş spektrli antibiotiklərin tətbiqi bu vəziyyətin müalicəsi üçün vacibdir (məsələn, kor ilgək sindromu).1 Patoloji vəziyyətdən asılı olaraq prokinetiklər, trisiklik antidepressantlar, parasimpatomimetiklər, opiatların aqonisti və diareya əleyhinə preparatlar istifadə oluna bilər.1,4,7,8 Qida rejiminə kiçik paylarla tez-tez qidalanma, yağ istifadəsini məhdudlaşdırmaq, qidaya çoxlu miqdar liflərin əlavə olunması təklif olunur. Bundan əlavə, pasiyentlərə duru qidalı maddələrin gündəlik istifadəsini artırmaq tövsiyə olunur. Diabetli pasiyentlər üçün qlükozaya nəzarəti optimallaşdırmaq üçün əlavə tədbirlər görülməlidir.1,3 Yeyunostom vasitəsilə qidalanma, dekompressiv qastrostomiya və ya ileostomiya kimi cərrahi prosedurlar lazım ola bilər. Bəzi pasiyentlərə laparoskopiya və bitişmələrin ayrılması kömək edə bilər.1 Simptomlara əsasən müdaxilə imkanları məhdud olduqda və ya qida pasiyentlərə pis təsir etdikdə, bağırsağın perforasiyası və ya peritonit kimi ağırlaşma olduqda cərrahi əməliyyat aparılmalıdır. Girşprunq xəstəliyi olan pasiyentlər üçün yaşından, psixoloji durumundan, gündəlik aktivliyini saxlama qabiliyyətindən, aqanqlioz seqmentin uzunluğundan, yoğun bağırsağın genəlmə dərəcəsi və enterokolitin olmasından asılı olaraq müxtəlif cərrahi müdaxilə üsulları mövcuddur.2,10 Bağırsaq stazının digər eksperimental müalicə üsullarına (xüsusilə üzücü, müalicəyə tabe olmayan ağır qastroparezdə) botulin toksininin inyeksiyası, süni qidalanma üçün zondun yeridilməsi və mədənin elektrik stimulə edilməsi daxildir.3 İstənilən müalicənin effekti ilk addımlardan (standart prokinetiklər və turşuluğun dərmanla aradan qaldırılması) sonra əsasən empirik olur və bir çox tətbiq olunan müalicə üsullarının təsdiq olunmuş bazası yoxdur.3 Biotənzimləmə yolu ilə təsir edən preparatlar və digər təbii dərman preparatları bağırsaq stazının bir çox hallarında təhlükəsiz və effektli müalicə üsuludur.

 


İltihab, depolaşma və impreqnasiya
Endodermal

Əsas və/və ya simptomatik yanaşma
.Nux vomica-Homaccord
.Graphites-Homaccord


Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Spascupreel
HTOD . Coenzyme compositum
. Colon suis-Injeel
. Mucosa compositum

İndividual yanaşma
Konkret pozulmalar haqqında məlumata bax

  

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Kuwajerwala NK, Kanthimathinathan VS, Santacroce L, Gagliardi S, Gumaste VV. Intestinal motility disorders. Medscape Reference 2009. http://emedicine.medscape.com/article/179937-overview. Accessed February 11, 2011.
2 Lee SL, Shekherdimian S, DuBois JJ. Hirschsprung disease. Medscape Reference 2009. http://emedicine.medscape.com/article/178493-overview. Accessed February 11, 2011.
3 Tack J. The difficult patient with gastroparesis. Best Pract Res Clin Gastroenterol. 2007;21(3):379-391.
4 Miaskowski C. A review of the incidence, causes, consequences, and management of gastrointestinal effects associated with postoperative opioid administration. J Perianesth Nurs. 2009;24(4):222-228.
5 Rosen NG. Pediatric colonic motility. Medscape Reference 2009.
http://emedicine.medscape.com/article/936894-overview. Accessed February 11, 2011.
6 Levitt MA, Pena A. Surgery for pediatric constipation and bowel management. Medscape Reference 2010. http://emedicine.medscape.com/article/937030-overview. Accessed February 11, 2011.
7 Thomas J. Opioid-induced bowel dysfunction. J Pain Symptom Manage. 2008;35(1):103-113.
8 Stapleton J, Wo JM. Current treatment of nausea and vomiting associated with gastroparesis: antiemetics, prokinetics, tricyclics. Gastrointest Endosc Clin North Am. 2009;19(1):57-72.
9 Holzer P. Opioid receptors in the gastrointestinal tract. Regul Pept. 2009;155(1-3):11-17.
10 Neville HL. Pediatric Hirschsprung disease treatment & management. Mescape Reference 2010. http://emedicine.medscape.com/article/929733-treatment. Accessed February 11, 2011.