Anemiya - qanda hemoqlobinin konsentrasiyasının patoloji az olmasıdır. Əsas təsnifat sistemi qırmızı qan cisimciklərinin ölçü və formasına əsaslanmışdır:1
Mikrositar (dəmir defisiti və talassemiya2,3).
Normositar (aplastik anemiya, xroniki iltihab/xəstəlik zamanı əmələ gələn anemiya, xroniki böyrək çatışmazlığı, hemolitik anemiya).4,5
Makrositar (fol turşusu və vitamin B12, mis və vitamin C çatışmazlığı; qaraciyər xəstəlikləri, alkoqol, hipotireoz, medikamentlər (məs., şişəleyhinə preparatlar) və miyelodisplastik sindromlar. Daha geniş yayılmış simptomlara aiddir: avazımış dəri (xüsusilə ağız boşluğu və konyuktivanın selikli qişası), yorğunluq, taxikardiya, halsızlıq. Müalicə üsulları səbəbdən asılı olaraq seçilir. Daha çox rast gəlinən səbəblərə aiddir: həddən artıq qan itirmə və/və ya qırmızı qan cisimciklərinin kifayət qədər əmələ gəlməməsi və ya sürətlə parçalanması. Dəmirdefisitli anemiya peroral və ya parenteral dəmir tərkibli preparatlarla müalicə olunur; fol turşusu çatışmazlığı və vitamin B12 çatışmazlığı da analoji yolla müalicə olunur. Anemiya ikincili olduqda birinci növbədə əsas xəstəliyin müalicəsi aparılmalıdır.6 Bu hallarda biotənzimləmə yolu ilə təsir edən preparatlar detoksikasiya proseslərinə, toksiki metabolitlərin çıxarılmasına və hemoqlobinin metabolizmində iştirak edən ferment sistemlərinin aktivləşməsinə səbəb olur.

XİC üzrə faza
İmpreqnasiya
Degenerasiya
Mezodermal
Mezenximal
Hemodermal

Əsas və/və ya simptomatik yanaşma
. Ferrum-Homaccord
(dəmir defisiti, lakin əvəzedici kimi yox, dəstəkləmək məqsədilə)
. China-Homaccord
(qanitirmədən sonra üzülmə/ikincili anemiya)

Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit,
­ sonra Galium-Heel
İM . Тоnsilla compositum
HTOD . Coenzyme compositum
. Ubichinon compositum

 

İndividual yanaşma
. Engystol
(virus infeksiyası kimi xroniki xəstəliklər zamanı anemiya)
. Hepar compositum
(qaraciyər funksiyasını stimulyasiya edir)
. Мucosa compositum
(qidalı maddələrin sorulması üçün selikli qişaların funksiyasını dəstəkləyir)
. Hormeel və/və ya
. Оvarium compositum
(hormonal disbalansla əlaqəli güclü menstrual qanaxmanın requlyasiyası)
. Меdulla ossis suis- Injeel
(sümük iliyinin dəstəklənməsi, məs., aplastik anemiyada)

 

 

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Bessman JD, Gilmer PR Jr, Gardner FH. Improved classification of anemias by MCV and RDW. Am J Clin Pathol. 1983;80(3):322-326.
2 Weatherall DJ. The thalassemias. In: Williams WJ, Beutler E, Erslev AJ, Lichtman MA, eds. Hematology. 4th ed. New York, NY: McGraw-Hill; 1990:510-539.
3 Brown RG. Normocytic and macrocytic anemias. Postgrad Med. 1991;89(8):125-132, 135-136.
4 Sackey K. Hemolytic anemia, part 1. Pediatr Rev. 1999;20(5):152-158.
5 Sackey K. Hemolytic anemia, part 2. Pediatr Rev. 1999;20(6):204-208.
6 Means RT Jr, Krantz SB. Progress in understanding the pathogenesis of the anemia of chronic disease. Blood. 1992;80(7):1639-1647.