Anal fistul – anal kanalın daxilində olan birincili girişi perianal dəridə olan ikincili giriş ilə birləşdirən qranulyasion toxuma ilə örtülmüş boşluqlu traktdır. İkincili girişlər çoxsaylı ola bilər və eyni zamanda birincili girişdən başlaya bilər.1 Anal fistulalar praktiki olaraq hər zaman öncədən yaranmış anorektal absseslərin (7%- 40% hallarda)1,2 nəticəsidir. Perirektal absses və fistulalar anal vəzdə infeksiyalaşmanın təzahürüdür.2,3 Kriptoqlandulyar hipotezə görə, infeksiya anal vəzidə başlayır; bu vəzinin normal funksiyası anal kanalın sürüşkənliyini təmin etməkdir. Anal boşluqların obstruksiyası ifrazat durğunluğuna və Escherichia coli, Enterococcus və Bacteroides kimi ibtidai mikroorqanizmlərlə infeksiyalaşmaya səbəb olur. Abssesə səbəb olan xüsusi bakteriya aşkar olunmamışdır.4 Daha sonra bu infeksiya əzələ divarına keçərək anorektal absses törədir.1,4 Bu absseslər, adətən, intersfinkter sahədə formalaşır və orqanizmin digər hissələrinə yayıla bilir. Bəzi absseslərdə irin spontan olaraq çıxır və sağalma baş verir, digər hallarda cərrahi müdaxiləyə ehtiyac olur. Bəzən natamam sağalma müşahidə olunur (cərrahi əməliyyatla və onsuz) və bu zaman qranulyar toxuma ilə əhatə olunmuş fistulalar əmələ gəlir.1,5 Anal fistula ikincili də ola bilir; məsələn, travma, Kron xəstəliyi, karsinoma, şüa terapiyası, aktinomikoz, vərəm və xlamidiyaların müxtəlif növləri ilə infeksiyalaşma nəticəsində.1,2 Anorektal absseslər kimi, fistulalara da 30-40 yaş arası daha çox rast gəlinir; kişi və qadınlar arasında nisbət 2:1-dən 3:1-dək dəyişir. Fistulaların əmələgəlmə tezliyi kişilər arasında hər 100 000 nəfərə 12,3 nəfər, qadınlar arasında isə hər 100 000 nəfərə 5,6 nəfər təşkil edir.1,3 Fistulların əmələ gəlməsi daha çox yaz və yay aylarına təsadüf edilir; fəsillə əlaqəli olmasının bəzi səbəbləri vardır: peristaltikanın artması, diareyanın tezləşməsi, şəxsi gigiyena qaydalarına riayət etməmək. Lakin bu səbəblərin birbaşa etiologiyaya aid olması sübuta yetirilməmişdir.4 Körpələr arasında da perianal absseslər çox yayılıb, lakin onlar daha çox xoşxassəli olur və adi drenajla keçib gedir; cərrahi müdaxiləyə nadir halda ehtiyac olur.4 Böyüklərdə anorektal absseslərin kliniki əlamətləri onların anatomik yerləşməsilə əlaqəlidir.Yerləşmə nahiyələri bunlardır: perianal-60%, işiorektal - 20%, intersfinkterial - 5%, supralevator - 4%, submukoz-1%. Pasiyentlərin əksəriyyəti yerli şişkinlik və eritema ilə gedən, tədricən başlayıb daimi pulsasiya edən kəskin anal ağrısından şikayət edir.2 İşiorektal abssesi olan pasiyentlər qızdırmadan, titrətmədən, kəskin perirektal ağrıdan və xəstəliyin irəlilədiyini bildirən dolğunluq hissindən şikayət edirlər. Mükəmməl toplanmış anamnez və vizual müayinə perianal absseslə anal ağrılara səbəb olan digər halları (anal çat, xarici hemorroidal düyünlərin trombozu) differensiasiya edib diaqnoz qoymağa kifayət edir. Əgər diaqnostika çətinlik törədirsə, düz bağırsağın barmaqla müayinəsi və ya anesteziya ilə anoskopik müayinədən istifadə etmək olar.2 Anal fistulası olan pasiyentlərin anamnezində perianal ifrazat, ağrılar, şişkinlik, spontan və ya cərrahi müdaxilə nəticəsində anorektal abssesin drenajı olur. Bağırsaq iltihabı, divertikulit, prostatın və ya düz bağırsağın şüa terapiyası, vərəm, insan immun çatışmazlığı virusu, steroidlərlə müalicə ağır fistulalara gətirən səbəblərdən ola bilər.1,2 Anorektal fistulun fiziki müayinəsində fistulun xarici dəliyi protruziya və ya irin ifrazı olan indurasiya (bərkimə) şəklində aşkarlana bilər.3 Anorektal absses və fistulanın anatomik və patofizioloji əlamətlərinin tam aydın olması optimal diaqnostika və terapiyada vacib rol oynayır.1-3 Xəstəliyin anatomik xüsusiyyətləri də xəstəliyin mənşəyini və sonrakı inkişaf prosesini təyin etməyə kömək edir. Perianal abssesi və /və ya fistulu olan pasiyentlərə konkret laborator müayinələr təyin olunmur (immuniteti çox zəifləmiş pasiyentlərdə, diabet xəstələrində bakteriemiya inkişafı riski və sepsis riski olduğuna görə onlarda əlavə laborator müayinələrə ehtihac ola bilər).1,4 Hər iki halda vizual müayinəyə nadir halda ehtiyac olur. Kompyuter tomoqrafiya, maqnit rezonans və anal ultrasonoqrafiya intersfinkterial və ya supralevator abssesin olub-olmamasını, ikincili yolun, residivləşən və çoxqapılı fistulaların birincili girişini təyin etməyə kömək edir.1,4,6 Zamanla anorektal absses və anal fistulalara yanaşma xeyli dəyişmişdir.7 Bir qayda olaraq, abssesin olması onun açılmasına və drenajın aparılmasına göstərişdir. Cərrahi müdaxiləni ləngitməklə antibiotiklərin fonunda yaxşılaşma əldə etmək mümkün deyil, belə ki, irinin drenajının gecikdirilməsi infeksiyanın təsirini uzadır, toxumaların zədələnməsi artır; sfinkterin funksiyası zəifləyə bilər və striktura və/və ya fistulanın əmələ gəlməsinə səbəb ola bilər.2,4,7 Anal fistulaya tibbi qulluq olduqca mürəkkəbdir və sağalma sürəti ilə defekasiya nəticəsində yaranan potensial zədələnmə arasında incə balansın olmasını tələb edir.2 Baxmayaraq ki, bütün pasiyentlərə uyğun olan vahid cərrahi üsul yoxdur, hər bir pasiyentə fərdi seçilmiş cərrahi üsul, müalicə vaxtı düzgün yanaşma, sonrakı vizual müayinələr uğurlu müalicə ehtimalını artırır və xəstələnmə səviyyəsini azaldır.2 Antibiotiklər cərrahi müdaxilədən sonra diabet, ürək qapaqlarının xəstəlikləri, immun çatışmazlıq kimi yanaşı patologiyaları olan pasiyentlərə təyin oluna bilər.4 Biotəmzimləmə yolu ilə təsir edən preparatlar abssesin drenajını dəstəkləmək və bu patoloji prosesin residivə tendensiyasının qarşısını almaq məqsədi ilə təyin oluna bilər. Biotənzimləyici preparatlar cərrahi drenaj, yaxud, digər klassik təbabətlə yanaşı istifadə oluna bilər.
XİC üzrə faza
İmpreqnasiya
Mezenximal
Əsas və/və ya simptomatik yanaşma
. Меrcurius-Heel
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
xüsusən də mikrobəleyhi terapiyadan sonra
İM . Traumeel
HTOD . Cutis compositum
. Мucosa compositum
uzunmüddətli təyinat zamanı Coenzyme compositum və Ubichinon compositum əlavə etmək
İndividual yanaşma
. Echinacea compositum
(irin olduqda)
. Funiculus umbilicalis suis-Injeel
(birləşdirici toxuma regenerasiyası və yerli mikrosirkulyasiyanın yaxşılaşdırılması üçün)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Zagrodnik DF II. Fistula-in-ano. eMedicine 2009. http://emedicine.medscape.com/article/190234-overview. Accessed August 4, 2010.
2 Whiteford MH. Perianal abscess/fistula disease. Clin Colon Rectal Surg. 2007;20(2):102-109.
3 Schubert MC, Sridhar S, Schade RR, Wexner SD. What every gastroenterologist needs to know about common anorectal disorders. World J Gastroenterol. 2009;15(26):3201-3209.
4 Hebra A. Perianal abscess. eMedicine 2010. http://emedicine.medscape.com/article/191975-overview. Accessed August 4, 2010.
5 Rosen NG. Perianal and perirectal abscesses. eMedicine 2010. http://emedicine.medscape.com/article/935226-overview. Accessed August 4, 2010.
6 Sun MR, Smith MP, Kane RA. Current techniques in imaging of fistula in ano: three-dimensional endoanal ultrasound and magnetic resonance imaging. Semin Ultrasound CT MR. 2008;29(6):454-471.
7 Rizzo JA, Naig AL, Johnson EK. Anorectal abscess and fistula-in-ano: evidence-based management. Surg Clin North Am. 2010;90(1):45-68, Table of Contents.