Anal çat-düz bağırsağın güclü genişlənməsi nəticəsində anal kanalın distal hissənin səthi ağrılı cırılmasıdır.1 Bu hal daha çox iri bərk nəcis kütləsinin təsirindən yaranır, lakin qidada liflərin az olması, bağırsağın iltihabi prosesləri, məs., Kron xəstəliyi, cinsi yolla keçən xəstəliklər, doğuş, anal travma, digər tibbi hallarla (məs., leykemiya)2 bağlı ola bilər. Həmçinin, anal nahiyədə aparılan cərrahi əməliyyat nəticəsində yaranan kobud çapıqlar anal kanalın stenozuna səbəb olub, iri nəcis kütlələri tərəfindən daha çox zədələnməyə şərait yarada bilər. Bir çox insanlarda iri, bərk nəcis kütləsinin xaric olması anal kanalın selikli qişasının cüzi zədələnməsinə gətirib çıxara bilər, lakin bu çox vaxt fəsadsız və tez bir zamanda öz-özünə sağalır. Bu zədələnmələr xarici anal sfinkterin patologiyalarından (ən çox, yüksək tonus və hipertrofiya) əziyyət çəkən pasiyentlərdə kəskin, yaxud, xroniki anal çatlara kimi inkişaf edə bilər. Zədələnmiş anoderma bir qədər dərində yerləşən anal sfinkterin əzələsinə təsir edir, bu əzələdə spazm baş verir və növbəti defekasiya zamanı boşala bilmir, bu isə özlüyündə çatın dərinləşməsinə, qıcıqlanmanın və spazmların artmasına,3 anodermanın4 ətrafının işemiyasına və yaranın gec sağalmasına səbəb olur. Çatlar ağrıya və defekasiya zamanı qanaxmaya səbəb ola bilər, lakin onlar ağrısız, bəzən qanayan yaralar kimi də mövcud ola bilər. Bunlar körpələrdə rektal qanaxmaya gətirən əsas səbəb sayılır, lakin daha çox cavan insanları zədələyir: xroniki anal çatı olan xəstələrin 87%-i 20-60 yaş arası olur.1,2 Anal çatlar müvafiq simptomlara-düz bağırsaqda ağrı (göynəmə, kəsici ağrı və sanki cırılma hissi), peristaltikanın artmasıyla güclənən anal qıcolmalar, qanlı və/və ya selikli nəcis; eləcə də, anal nahiyənin vizual müayinəsinə əsasən diaqnostika edilir.2 Anal çatların ağırlaşması ağrı, qanaxma, peristaltikanın pozulması ilə təzahür edir və xəstəliyin davametmə müddətindən asılıdır. 6 həftədən çox davam edən anal çat xroniki proses sayılır.1 Terapevtik məqsəd–çatın tam sağalmasını təmin etmək və daha dərin toxumaları bərkitmək, beləliklə də, yenidən əmələ gəlməsinin qarşısını almaqdır.
XİC üzrə faza
İltihab/impreqnasiya
Endodermal
Mukodermal
Əsas və/və ya simptomatik yanaşma
. Paeonia-Heel
. Paeonia Salbe-Heel
(məlhəm)
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj: Detox-Kit
. xroniki hallarda Galium-Heel ilə növbəli
İM . Тraumeel
HTOD . Мucosa compositum
. Coenzyme compositum
İndividual yanaşma
. Аcidum nitricum- Injeel
(selikli qişa-dəri keçidlərində çatlar)
. Nux vomica-Homaccord
(spastik qəbizlik)
. Funiculus umbilicalis suis Injeel
(birləşdirici toxumanın bütün patologiyalarında)
. Spascupreel
(spazm və ağrı əleyhi)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Jonas M, Scholefield JH. Anal fissure. Gastroenterol Clin North Am. 2001;30(1):167-181.
2 Legall I. Anal fistulas and fissures. http://emedicine.medscape.com/article/776150-overview. Accessed May 5, 2010.
3 McCallion K, Gardiner KR. Progress in the understanding and treatment of chronic anal fissure. Postgrad Med J. 2001;77(914):753-758.
4 Schouten WR, Briel JW, Auwerda JJ. Relationship between anal pressure and anodermal blood flow: the vascular pathogenesis of anal fissures. Dis Colon Rectum. 1994;37(7):664-669.