Allergiya – bu, adətən, zərərsiz maddəyə immun sisteminin verdiyi qeyri–adekvat cavabdır. Allergik reaksiyalar əsasən IgE - mediatorları (eləcə də, I tip mediator adlanır) iştirak edən hiperhəssaslıq reaksiyalarına aiddir. Atopiya “allergenlə kontakt zamanı cavab reaksiyası kimi IgE-antitel istehsal etməyə genetik meyillikdir.”1 Allergik reaksiyaya təkan olan bir çox potensial mexanizmlər var, bunlara fiziki (nikel və ya latekslə kontakt), fəsillə bağlı (müxtəlif bitkilərin tozcuqları), medikamentlər (aspirin və ya QSİƏP), qida (qoz-fındıq, molyusklar), qida əlavələri (məs., Na-qlütamat), heyvan mənşəli (pişik tükü, arı zəhəri), ekoloji (toz gənələri, günəş işığı) faktorlar aiddir.2 Allergenlə ilk təmas həssas insanlarda IgE–antitelinin hasilatını işə salır. Bu IgE – antitelləri sirkulyasiyada olan bazofillərin və toxumalardakı tosqun hüceyrələrin (mastositlərin) səthini tutur və onları daha həssas edir, beləliklə, həmin allergenlə növbəti kontakt zamanı onların deqranulyasiyasına səbəb olur.3 Bu hüceyrələrin deqranulyasiyası zamanı histamin, prostaqlandin, leykotrien və digər kimyəvi mediatorlar xaric olaraq  konyuktivit, ödem, ifrazatın artması (məs., rinoreya) və gicişmə kimi simptomlara səbəb olur. Sistemli effektlərə isə yorğunluq, halsızlıq, yuxusuzluq aid edilir.1,2 Allergiyanın ağırlıq dərəcəsi yüngüldən (məs., pollinoz) daha ağır, həyat üçün təhlükəli reaksiyalara (anafilaktik şok) qədər dəyişə bilər.1,4 Allergiyanın risk faktorlarına genetik və ekoloji amillər (çirkləndiricilər, kimyəvi, qida və digər allergenlər), eləcə də immun sistemin cavab reaksiyasının xroniki disbalansı–T helperlərin (Th2: Th1) nisbətinin yüksək olması kimi faktorlar aiddir.1 Məsələn, hazırda mövcud olan gigiyenik hipotez nəzəriyyəsinə əsasən, uşaqlıqda müəyyən antigenlərlə kifayət qədər təmasın olmaması Th3 hüceyrələr tərəfindən tənzimin azalmasına, Th2 hüceyrələrin hasilatının üstünlük təşkil etməsinə və müvafiq olaraq, allergik reaksiyaların inkişafına səbəb olur.5 Allergiya, astma və ekzema ümumi etiologiyaya malik xəstəliklər triadasıdır.1 Allergik reaksiyalara diaqnoz kiçik dozada allergenin yeridilməsindən sonra (adətən, inyeksiya yolu ilə) dəridə 15 dəq. ərzində yaranan allergik reaksiyanın yaranması və qan zərdabında IgE – antilelinin təyin olunması əsasında qoyulur. Əlamət və simptomların kliniki qiymətləndirilməsi xəstəlik tarixi ilə birgə allergiya diaqnozunu təsdiqləyir.6 Allergik reaksiyalar gedişatı, adətən, fəsadsız olur və allergenlə kontakt bitdikdə, və ya yaş artdıqca, və ya ətraf mühit dəyişdikcə öz-özünə keçən vəziyyətdir. Lakin spesifik allergeni təyin etmək və aradan qaldırmaq çətin ola bilər, bu halda xroniki iltihabi cavab müxtəlif xroniki xəstəliklərin inkişafı ilə əlaqəli ola bilər. Bundan başqa, anafilaktik reaksiyalar kəskin tibbi hal hesab olunur, belə ki, ürək və tənəffüs sisteminin fəaliyyətinin dayanma riski böyükdür. Bu səbəbdən müvafiq mütəxəssis yardımına ehtiyac var. Terapevtik məqsəd simptomların gedişatını zəiflətmək və gələcəkdə allergiyaların yaranma ehtimalını azaltmaq üçün immun sistemin balansını təmin etməkdir.

 

XİC üzrə faza
İmpreqnasiya
Ektodermal/endodermal
Epidermal/mukodermal

Əsas və/və ya simptomatik yanaşma
. Engystol
. Traumeel məlhəm- dəri səthinə lokal istifadə üçün

Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Tonsilla compositum
HTOD . Mucosa compositum
. Cutis compositum
(yalnız dəri)
. Coenzyme compositum
. Ubichinon compositum

İndividual yanaşma
. Histamin-Injeel (antihistamin kimi)
. Adrisin
(dəridə və ya tənəffüs yollarında hiperhəssaslıq reaksiyaları olduqda)
. Acidum formiсicum-Injeel
(astmaya meyillik)
. Glandula suprarenalis suis-injeel (böyrəküstü vəzilərin dəstəklənməsi)

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

1 Anand MK, Routes JM. Hypersensitivity reactions, immediate. eMedicine 2010.
2 Sporik R, Henderson J, Hourihane JO. Clinical immunology review series: an approach to the patient with allergy in childhood. Clin Exp Immunol. 2009;155(3):378-386.
3 Brightling CE, Bradding P, Symon FA, Holgate ST, Wardlaw AJ, Pavord ID. Mast-cell infiltration of airway smooth muscle in asthma. N Engl J Med. 2002;346(22):1699-1705.
4 Bochner BS, Lichtenstein LM. Anaphylaxis. N Engl J Med. 1991;324(25):1785-1790.
5 Altmann DM. Review series on helminths, immune modulation and the hygiene hypothesis: nematode coevolution with adaptive immunity, regulatory networks and the growth of inflammatory diseases. Immunology. 2009;126(1):1-2.
6 Hamilton RG. Clinical laboratory assessment of immediate-type hypersensitivity. J Allergy Clin Immunol. 2010;125(2, suppl 2):S284-S296.