Akne rozasea (çəhrayı sızanaqlar) – üzün mərkəzi hissəsində minimum 3 ay ərzində davam edən, daimi eritema və hiperemiya (dərinin normal rənginin qırmızı və ya çəhrayı rəngə dəyişməsi) ilə gedən xroniki dermatitdir.1 Adətən, hiperhəssaslıq və qaşınma, eləcə də, vulqar sızanaqlarda olduğu kimi, papula və pustulanın əmələ gəlməsi ilə müşayiət olunur.2 Lakin bir qayda olaraq, akne rozasea zamanı dərinin quruluğu və onu müşayiət edən yanma hissi, qabıqlanma, həmçinin, gün işığına həssaslıq müşahidə olunur. Bundan əlavə, komedonsuz teleangiektaziyalar (damar ulduzcuqları), eləcə də, dəri zədənməsi ilə yanaşı gedən və ya illər öncə meydana çıxan periorbital limfedema, blefarit, konyuktivit kimi xəstəliklərlə müşayiət oluna bilər.1,3,4 Akne rozasea konkret simptomlara görə eritemoteleangioektatik, papulopustulyar, fimatoz və göz formalı olur.1.2 Akne rozaseanın simptomatikası zamanla zəifləyə və kəskinləşə bilər; kəskinləşmələrə xarici vasitələr (kosmetika, retinoidlər, kortikosteroidlər), bəzi maddələr (tütün, niasin, nitroqliserin), qida (çox acı qidalar, şokolad, süd məhsulları, isti içkilər, kofeindən imtina sindromu), emosional faktorlar, hava dəyişkənliyi (külək, ultrabənövşəyi şüalanma, temperatur dəyişikliyi), fiziki yüklənmələr və hormonal dəyişikliklər səbəb ola bilər.4 Bu xəstəliyin etiologiyası çox mürəkkəbdir, sona qədər öyrənilməyib, lakin damar defekti, dəri matriksinin degenerativ dəyişikliyi, disbioz, ətraf mühitin aqressiv təsiri, kimyəvi maddələr, mikroorqanizmlər, dəmir metabolizminin pozulması, antimikrob peptidlərin disfunksiyasi və oksigenin reaktiv formaları kimi faktorları özündə birləşdirir.1,4 Son vaxtlar akne rozaseanın damar və iltihabi əlamətlərinin patogenezində iştirak edən mexanizm kəşf olunmuşdur ki, bu da anadangəlmə immun sisteminin dəyişikliyi ilə bağlıdır.3 Vacib differensial diaqnozlar özündə eritematoz qırmızı qurd eşənəyini, işığa həssaslığı, karsinoid sindromu, kontakt dermatiti, seboreya və perioral dermatiti, vulqar sızanaqları, steroidlərin xaricə ifrat dərəcədə tətbiqini və digər halları birləşdirir.1 Akne rozasea nəticəsində burun qalınlaşması rinofima adlanır.1,2 Nadir ağırlaşmalara düyünlü səpki, absseslər, sistemli əlamətlərlə xarakterizə olunan ildırım gedişli rozasea aiddir.1 Terapiyanın məqsədi – dəri zədələnməsi və digər əlamət və simptomları aradan qaldırmaq üçün xəstəliyin əsasında duran faktorları tənzimləməkdir.
İltihabdan impreqnasiyaya qədər
Ektodermal
Epidermal
Əsas və/və ya simptomatik yanaşma
. Belladonna-Homaccord
Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Traumeel
HTOD . Cutis compositum
. Hepeel
. Coenzyme compositum
. Ubichinon compositum
İndividual yanaşma
. Graphites-Homaccord
(çapıq əmələ gəldikdə)
. Placenta compositum
(damar patologiyası olarsa)
. Echinacea compositum
(bakterial infeksiya)
. Testis compositum
(kişilərdə hormonal disbalansla əlaqəli olduqda)
. Tonsilla compositum
(residivləşən infeksiya zamanı)
. Engystol
(müalicə müvəqqəti dayandırıldıqda immun sistemini dəstəkləyən yeganə preparat qismində)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
Biblioqrafik mənbələr.
1 Banasikowska AK, Singh S. Rosacea. eMedicine 2009. http://emedicine.medscape.com/article/1071429-overview. Accessed April 22, 2010.
2 Wolff K, Johnson RA. Fitzpatrick’s Color Atlas and Synopsis of Clinical Dermat. 5th ed. New York, NY: McGraw-Hill; 2005.
3 Elsaie ML, Choudhary S. Updates on the pathophysiology and management of acne rosacea. Postgrad Med. 2009;121(5):178-186.
4 Scheinfeld N, Berk T. A review of the diagnosis and treatment of rosacea. Postgrad Med. 2010;122(1):139.
5 Lescheid D. Intestinal permeability and its role in disease. J Biomed Ther. 2009;3(2):4-11.