Abdominal köp–qarın boşluğunda normadan artıq subyektiv dolğunluq və ya gərilmə hissinin olmasıdır. Abdominal dartınma-qarın boşluğunun həcminin böyüməsinin obyektiv göstəricisidr. Abdominal köp bağırsaqda aerofagiya hesabına qazların toplanması nəticəsində yarana bilər, həmçinin, malabsorbsiya sindromu, hissəvi bağırsaq keçməməzliyi, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu (QBS),1 menstrual dövr, disbioz, qarnın ön divarının əzələlərinin tonusunun azalması və ya həzm traktının funksional zədələnməsinin simptomu ola bilər.2 Assit, şişlər və infeksiyalar abdominal köplərin vacib, lakin az rast gəlinən səbəbidir.3,4 Əksər hallarda səbəblər çoxfaktorlu olur. Abdominal köpün çox yayılmış və ciddi səbəbi olmayan bir simptom olmasına baxmayaraq, uzun müddət davam edən abdominal köp diareya, çəki azalması, qəbizlik, qanlı nəcislə müşayiət olunursa, ciddi xəstəlikləri inkar etmək üçün əlavə müayinələrdən keçmək lazımdır.5 Qeyd olunan şikayətlərlə yanaşı qarın boşluğunun obyektiv gərilməsi müşahidə olunursa, burda funksional zədələnmələrlə yanaşı üzvi dəyişikliklər haqqında da düşünmək lazımdır.6 Abdominal köpdən əziyyət çəkən pasiyentlərdə, adətən, gəyirmə, meteorizm kimi simptomlar olur.7 Xəstədə QBS (qıcıqlanmış bağırsaq sindromu) varsa, visseral hiperhəssaslıq8 və qarın boşluğunun gərilməsi qeyd olunur. Qidanın passajı9 və abdominal köp arasında əlaqə qeyri-müəyyəndir, lakin şərti-patogen və ekzogen mikroflora vacib rol oynaya bilər.10,11 Çoxsaylı tədqiqatlarda QBS-nin bifidobakteriyalar, süd turşusu bakteriyaları kimi probiotiklərlə effektli müalicəsi haqqında məlumat verilmişdir.12 Abdominal köpmənin patofizioloji xüsusiyyətləri ilkin patologiyadan və sonradan ona qoşulan çoxsaylı xəstəliklərdən asılıdır.1,3,4,13 Müalicənin məqsədi-homeostaz və özünütənzimləməni bərpa etməklə pasiyenti abdominal şikayətlərdən azad etməkdir. Effektli müalicə üçün pasiyentin patofizioloji xüsusiyyətlərinə fərdi yanaşma, onların səbəbini tapıb funksional nəticələri aradan qaldırmaq və bloklanmış özünütənzimləmə sistemlərini bərpa etmək vacibdir. Bunun üçün aşağıdakı sxem faydalı ola bilər.
Əsas və/və ya simptomatik yanaşma
. Calcoheel
Tənzimləyici terapiya
DD . Əsas detoksikasiya və drenaj: Detox-Kit
İM
HTOD . Mucosa compositum
İndividual yanaşma
. Euphorbium compositum burun üçün aerozol (rinit/sinusit olduqda)
Glandula lymphatica suis-Injeel (ağır hallarda)
Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.
.................................................................Biblioqrafik mənbələr.................................................................
1 Lehrer JK, Lichtenstein GR. Irritable bowel syndrome. eMedicine 2009. http://emedicine.medscape.com/article/180389-overview. Accessed December 29, 2009.
2 Abdominal bloating. Virtual Medical Center Web site.
http://www.virtualmedicalcentre.com/symptoms.asp?sid=53. Accessed December 29, 2009.
3 Agrawal A, Whorwell PJ. Review article: abdominal bloating and distension in functional gastrointestinal disorders: epidemiology and exploration of possible mechanisms. Aliment Pharmacol Ther. 2008;27(1):2-10.
4 Azpiroz F, Malagelada JR. Abdominal bloating. Gastroenterology. 2005;129(3):1060-1078.
5 Tuteja AK, Talley NJ, Joos SK, Tolman KG, Hickam DH. Abdominal bloating in employed adults: prevalence, risk factors, and association with other bowel disorders. Am J Gastroenterol. 2008;103(5):1241-1248.
6 Jiang X, Locke GR, Choung RS, Zinsmeister AR, Schleck CD, Talley NJ. Prevalence and risk factors for abdominal bloating and visible distention: a population-based study. Gut. 2005;57(6):756-763.
7 Lasser RB, Bond JH, Levitt MD. The role of intestinal gas in functional abdom. pain. N Engl J Med. 1975;293(11):524-526.
8 Francis CY, Houghton LA, Whorwell PJ. Enhanced sensitivity of the whole gut in patients with irritable bowel syndrome. Gastroenterology. 1995;108:A601.
9 Cann PA, Read NW, Brown C, Hobson N, Holdsworth CD. Irritable bowel syndrome: relationship of disorders in the transit of a single solid meal to symptom patterns. Gut. 1983;24(5):405-411.
10 Malinen E, Rinttilä T, Kajander K, et al. Analysis of the fecal microbiota of irritable bowel syndrome patients and healthy controls with real-time PCR. Am J Gastroenterol. 2005;100(2):373-382.
11 Balsari A, Ceccarelli A, Dubini F, Fesce E, Poli G. The faecal microbial population in the irritable bowel syndrome. Microbiologica. 1982;5(3):185-194.
12 Whorwell PJ, Altringer L, Morel J, et al. Efficacy of an encapsulated probiotic bifidobacterium infantis 35624 in women with irritable bowel syndrome. Am J Gastroenterol. 2006;101(7):1581-1590.
13 Houghton LA, Whorwell PJ. Towards a better understanding of abdominal bloating and distension in functional gastrointestinal disorders. Neurogastroenterol Motil. 2005;17(4):500-511.