• VTEM Image Show

    DAVAMLI BƏRPAYA GEDƏN YOL
  • VTEM Image Show

  • VTEM Image Show

 

Новый взгляд на лечение мышечных травм у профессиональных спортсменов

доктор Ханс-Вильгельм Мюллер-Вольфахт

Məqalələr

İnsan - təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühitin istənilən dəyişikliyinə çox həssaslıqla cavab verir. İnsan da daxil olmaqla, bütün canlı hüceyrələrdə gedən biokimyəvi proseslər milyonlarla illər əvvəl formalaşmışdır. Və bütün bu müddət ərzində canlı dünyanın evolyusiyası ideal ekoloji təmiz mühitdə baş vermişdir.
 
Lakin 21-ci əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişmişdir. Əksəriyyətimiz təbiətdən kənarda, həmçinin, qida, su, hava ilə daxil olan çoxsaylı kimyəvi maddə, toksinin əhatəsində yaşayırıq.
 
Müasir insanın orqanizmi toksinlə yüklənmiş və bu səbəbdən bəzi problemlər baş verir:
 
-orqanizmin daxili mühiti (endoekologiya) dəyişmiş
-yeni xəstəliklər yaranmış; məlum xəstəliklərin gedişatı pozulmuş, dəyişmişdir
-bəşəriyyət dərmanların təsirinin zəifləməsi və dəyişməsi, müalicənin effektsizliyi ilə üz-üzə qalmışdır
 
Toksin mənbəyi olan əsas çirkləndirici amillər:
 
• Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, dərmanlar, sənaye toksinləri..)
• Stress endotoksinləri
• Yanlış qidalanma (yanlış qida seçimi və rejimi)
• Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdişlər, fiziki və ya psixi yüklənmə...)
• Maddələr mübadiləsi pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşuları..)
• Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər, yağ turşuları, retinoidlər) və s.
 
 
Hər bir xəstəlik - ilk öncə orqanizmin təşkil olunduğu hüceyrələrin xəstəliyidir. Hüceyrələr hüceyrəarası sahədə (interstisium) yerləşir. İnterstisium vasitəsilə hüceyrələrə qidalı maddələr gəlir, elə bu yolnan da işlənmiş maddələr xaric olunur. Hüceyrələrimiz interstisial sahənin çirklənməsindən əziyyət çəkir. Toksinlərin 3% qanda, 7% limfada, 7% hüceyrələrdə, 83% isə hüceyrəarası sahədə toplanır.
 
Sağlam orqanizmdə toksinlərin yaranma və zərərsizləşdirilmə prosesləri tarazlaşdırılmışdır. Belə ki, təkamül prosesində zərərli maddələrin çevrilməsi və xaric edilməsini təmin edən mükəmməl bir sistem formalaşmışdır. Xaricdən daxil olmuş və həyat fəaliyyəti nəticəsində əmələ gələn toksik maddələr detoksikasiya sistemləri tərəfindən zamanında xaric edilir və optimal sağlamlıq qorunmuş olur. Toksin yükünün artması ilə tətiklənmiş intoksikasiya bir çox xroniki xəstəliklərin, həmçinin, xroniki yorğunluq, əzələ zəifliyi, əqli pozulmalar ilə xarakterizə olunan sindromların inkişafını provokasiya edə bilər.
 
Narahatedici faktdır ki, toksiki birləşmələrin əsas hissəsi yağda həllolan molekullardır. Suda həllolan molekullar sidik ilə xaric olduğu halda, yağda həllolanlar sidikçıxarıcı yollar ilə ekskresiya olunmur; bunun əvəzində onlar hüceyrə membranlarının lipidlərinə birləşərək, asanlıqla hüceyrə daxilinə nüfuz edib, orada toplanıb, sitotoksik təsir göstərə bilir.
 
 
Beləliklə, toksiki birləşmələr, orqanizmdə kumulyasiya edərək, toxumalara, xarici mühitdə olduqlarından daha yüksək konsentrasiyada təsir edir. Müxtəlif toksiki birləşmələrin xaric edilməsi üçün orqanizmdə kompleks sistem çalışır ki, bunun vasitəsilə yağda həllolan toksinlər suda həllolan molekullara çevrilir və eliminasiya olunur.
 
Detoksikasiya və ya ksenobiotiklərin biotransformasiyası adlanan bu sistemə daxildir:
 
- İmmun sistemi
- Qaraciyərin detoksikasiya sistemi
- Ekskretor orqanlar sistemi: mədə-bağırsaq traktı, böyrəklər, ağciyərlər, dəri
 
Biotransformasiya fermentlərinin zənginliyi və yüksək aktivliyinə görə detoksikasiya əsasən qaraciyərdə gedir. Həmçinin, portal sistem mədə bağırsaq traktına düşmüş bütün maddələrin ümumi qan dövranına düşməzdən əvvəl onun qaraciyərdə keçməsini təmin edir.
 
 
Biotransformasiya sistemi 2 fazadan (bəzən 3 faza qeyd olunur) ibarətdir (cədvəl 1): bioaktivasiya fazası və konyuqasiya fazası. Birinci faza reaksiyaları 150-dən çox fermenti birləşdirən Sitoxrom P450 sistemi (CYP450) və bir sıra digər fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlərin aktivliyi insanın genetik xüsusiyyətindən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır. Bu fazada bəzi məhsullar, bioaktivasiya olaraq suda həllolan formaya çevrilib ekskresiya olunur (kofein, dərmanlar). I faza reaksiyaları aralıq məhsullarının yaranması ilə müşayiət olunur. Bu maddələr bəzən ilkin maddədən də çox aqressiv xassəli olub, hüceyrələrə dağıdıcı təsir göstərə bilir (buna görə onların dərhal II faza fermentləri vasitəsilə zərərsizləşdirilməsi çox vacibdir). Həmçinin, I fazada sərbəst radikalların istehsalı artaraq oksidativ stresin güclənməsinə səbəb olur. Lakin toksinlərin bir çoxunun ekskresiyası üçün I fazada biretaplı çevrilmə kifayət etmir; onların lipid xassələrinin dəyişilməsi üçün II faza reaksiyaları tələb olunur. Beləliklə, biotransformasiyaya məruz qalmış bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlar vasitəsilə orqanizmdən xaric edilir.
 
 
 
 
Detoksikasiyanın iki fazası bir biri ilə sıx əlaqəli çalışmalıdır və I və II faza arasında balansın qorunması çox vacibdir. II faza proseslərinin sürəti I fazada əmələ gələn reaktiv aralıq məhsullarının yaranma sürəti ilə eyni olmalıdır; əks təqdirdə reaktiv maddələrin yaranma və çevrilməsində disbalans qaçılmazdır, çünki I fazada yaranan maddə dərhal konyuqasiya olunub xaric edilmədikdə, DNT/zülallarla birləşib geridönməz hüceyrə reaksiyaları törədə bilər. Əgər II faza hər hansı səbəbdən inhibə edilərsə, və ya I faza daha sürərlə gedərsə, tarazlıq pozulur.
 
Məsələn, bəzi dərmanlar I fazanı inhibə edə bilər ki, bu zaman toksinlər dəyişilməz olaraq qalır. Və yaxud, tütün, alkoqol, bəzi medikamentlər I fazanı sürətləndirərək, balansı poza bilər. Buna görə də biotransformasiya edilmiş molekulların tez bir zamanda II faza reaksiyalarına məruz qalıb eliminasiya olunması çox mühümdür. Həm birinci, həm ikinci fazanın mükəmməl çalışması müxtəlif nutrientlərdən asılıdır.
 
 
I fazada Sitoxrom P450 –nin normal fəaliyyəti üçün vitamin və mikroelementlər, o cümlədən, Fe, Mg, Mo, Zn, Cu, S; həmçinin C, E, B qrup (B1, B3, B5, B6, B9, B12) vitaminləri, alfa-lipoy turşusu vacibdir. Bu maddələr Sitoxrom P450-ni kofaktorları olub sərbəst radikalların zərərsizləşdirilməsində iştirak edirlər. Bir çox qoruyucu xassəli bitki nutrientlər konyuqasiyaedici zülalların sintezini artırır və II fazanın aktivliyini yüksəldir (qlisin, qlutation, Vit B6, kurkumin); vit B12, fol turşusu, metionin, betain və xolin metilləşməni, sistein, metionin, taurin sulfatasiyanı dəstəkləyir.
 
 
Bəzi maddələr monofunksional induktor qismində çıxış edərək, yalnız I, yaxud II faza fermentlərinə təsir edir. Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışaraq, detoksikasiyanı optimal balansda saxlayır. Bunlara bir çox giləmeyvə və narın tərkibindəki Ellagik turşusu (ellagik acid), yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli) tərkibindəki qlükozilatlar və s. aiddir.
 
 
• Yaşıl çayın tərkibində olan katexinlər – II faza fermentləri olan qlutation S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır, I faza Sitoxrom P450 –nin spesifik biotransformasiya enzimlərinin isə həddən artıq induksiyasını inhibə edir.
 
• Giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın tərkibindəki Ellagik turşu (ellagik acid) –I fazada biotransformasiyanı modulyasiya edir, II fazada qlutation-S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır.
 
• Brokkolinin tərkibində olan İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir.
 
• Ənginar – antioksidant müdafiəni təmin edir
 
• Acı qıjı bitkisinin qlükozilatları – hər iki faza fermentlərini modulyasiya edir.
 
• Alaqanqalın tərkibində olan silimarin – qlutation və qlutation-peroksidazanın səviyyəsini artırır və qlutation-S-transferazanı induksiya edir. Həmçinin, silimarin qlikozidləri güclü antioksidant xassəyə malikdirlər.
 
• Naringi, portağal və limon qabığında olan D-limonen maddəsi
 
• Soğan və sarımsağın tərkibində kükürd (allisin komponenti), selen və s.
 
 
Bifunksional modulyatorların bu xassələri meyvə-tərəvəzlə zəngin rasionun xroniki qeyri-infeksion xəstəlik riskinin azalması arasında əlaqəni göstərir. Məhz tərəvəz, giləmeyvə və tərəvəz bifunksional modulyatorların ən zəngin mənbəyidir.
 
Detoksikasiyanın mükəmməl getməsi üçün kifayət qədər ATF sintezi vacibdir. Təəssüf ki, bir çox toksinlər ATF hasilatını əngəlləyir. Mitoxondrilərin funksional aktivliyini dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar; sərbəst radikalları zərərsizləşdirmək üçün Vit C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir.
 
Həmçinin, enerji hasilatının mühüm mənbəyi olan, yüksək biomənimsənilməyə malik yağ turşuları müntəzəm qəbul edilməlidir. Sübut olunub ki, zeytun yağı kimyəvi zədələnmə səbəbli qaraciyər fibrozundan qoruyucu xassəli olduğundan detoksikasiya prosesi üçün bitki yağı mənbəyi ola bilər. EPA və DHA omega -3 yağları qlutationtransferaza və qlutationperoksidaza fermentlərinin funksional aktivliyini artırmaqla disbalansı azaldır.
 
Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient –qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsaq vasitəsilə xaric edilir; bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir. Qida lifləri ən aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək biotransformasiya olunmuş toksik maddələrin normal ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrək funksiyasının dəstəklənməsi və hidrofil toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir. Beləliklə, optimal sağlamlığın qorunması və xroniki qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında toksinlərin emal edilib eliminasiyası ən vacib şərtdir. Bu prosesin optimal gedişatında nutrient faktoru mühüm rol oynayır.
 
 
Qida dəstəyi ilə yanaşı, aşağıdozalı çoxkomponentli və çoxhədəfli Almaniya istehsalı “Hepeel” preparatından istifadə detoksikasiyanın daha mükəmməl və rəvan getməsini təmin edən biotənzimləyici preparatdır. Hepeel preparatı qaraciyərdə detoksikasiyanın hər fazasını dəstəkləyir və qaraciyərin funksiyalarını bərpa edir; eyni zamanda, qaraciyəri toksiki təsirlərdən qoruyur, ödqovucu təsiri var və həzmi yaxşılaşdırır.
 
Hepeel preparatı: 1 tab gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl ağızda sormaq.
 
Zəngin qida rasionu və Hepeel preparatının ildə 2 dəfə 1 ay müddətində tətbiqi sağlamlığın qorunmasına kömək edə bilər. Sağlamlığınızı qoruyun!