Diareya - bağırsaq peristaltikasının tezliyinin və nəcisin həcminin artması və/və ya sıxlığının konkret yaşa və qida xüsusiyyətinə uyğun normaya nisbətən azalması ilə gedən qısa və ya uzunmüddətli epizodlardır. Nəcisin həcminin ümumi miqdarı uşaq üçün hər günə 10 ml/kq, yeniyetmə və ya böyüklər üçün 200 q/d, defekasiya tezliyi gündə 4-5 dəfə olur (ana südü ilə qidalanan uşaqlarda gündə 5-6 defekasiya aktı ola bilər).1 İnkişaf etməkdə olan ölkələrdə diareya 5 yaşa qədər uşaqlarda əsas ölüm səbəblərindən biridir.2 Kəskin diareyanın yaranma riski aşağıdakı hallarda artır: təmiz içməli suyun məhdud olması, kanalizasiyanın3 bərbad vəziyyətdə olması, istifadə edilən ərzağın qeyri-düzgün hazırlanıb və saxlanılması, qida çatışmazlığı, səyahət, anamnezdə son zamanlar antibiotiklərdən istifadə, immunitetin zəifləməsi (məsələn, insan immunodefisiti virusu və ya QİDS),4 qida allergiyası və ya tolerantlığın pozulması (məsələn, inək südü, soya və kofein tərkibli maddələrdə metilksantinə qarşı), dərman preparatları (məsələn, çəki azaltmaq üçün vasitələr, işlədici və antasidlər, maqnezium tərkibli), kimyaterapiya və ya radioterapiya, vitamin və mineralların defisiti (məsələn, folat, niasin və ya sink5), vitamin və mineralların çoxluğu (məsələn, vitamin C və maqnezium), qaçış,6 ağır metallarla zəhərlənmə (məs., mis, qalay, sink), müəyyən bitkilərin qidalanmada istifadəsi (məsələn, Hyacinthus, nərgizgülü və azaliya).1 Kəskin diareyanın digər tez-tez rast gəlinən səbəbi gözləmə həyəcanıdır (məsələn, ictimai çıxış və ya imlahan).7 Diareya nəcisin konsistensiyası və ya defekasiyanın tezliyində dəyişiklik törədən birincili mexanizmdən asılı olaraq müəyyən növlərə bölünür. Bu növlərə osmotik (elektrolitlərin səviyyəsinin yüksəlməsi və/və ya bağırsaq mənfəzində qidalı maddələrin zəif absorbsiyası nəticəsində osmosun yaranması), sekretor (bağırsaqdan kənar epitelial hüceyrələr tərəfindən bağırsaq mənfəzində maye ifrazının yüksəlməsi) və ya malabsorbsion (enterositlərin zədələnməsi, peristaltikanın artması və ya mədəaltı vəzin funksional çatışmazlığı nəticəsində müəyyən qidalı maddələrin həzm və absorbsiyasının pozulması)8 daxildir. Nazik bağırsağın müxtəlif maddələri nəqletmə qabiliyyəti yoğun bağırsağın absorbsiyaetmə imkanından daha yüksək olur, müvafiq olaraq, istənilən patoloji prosesin nəticəsində yaranmış sekresiya və absorbsiya arasındakı disbalans diareyaya səbəb olur. Kəskin diareya (Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirməsinə görə<14 gün davam edən) sadə patoloji agent ilə yoluxma nəticəsində baş verir; bura viruslar (məsələn, rotavirus, norovirus və adenovirus), bakteriyalar (məsələn, Salmonella enteridites, Salmonella typhi, Bacillus cereus və Campylobacter jejuni) və parazitlər (Giardia lamblia, Entamoeba və Crytosporidium)2,4 aiddir. Xroniki diareyaya (14 gün və daha çox davam edən) digər hallarla yanaşı, qalxanvari vəzin9 hormon çatışmazlığı və ya artıqlığı, seliakiya,10 xoralı kolit, Kron xəstəliyi, laktozaya qarşı dözümsüzlük, mədəaltı vəzin funksional çatışmazlığı, dərman preparatları, bədən kütləsinin yüksək indeksi,11 sorbitolun12 (məsələn, saqqızda) və qarğıdalı şirəsinin1,2,13 həddindən artıq qəbulu səbəb ola bilər. İnkişaf etməkdə olan ölkələrdə kəskin diareyanın gedişatı nisbətən xoşxassəli olur (maye, elektrolit və qidalı maddələrin itirilməsi başlayana qədər). Buna baxmayaraq, bu səbəbləri konservativ terapiyanın köməyi ilə uğurla aradan qaldırmaq olar, məsələn, mayenin yeridilməsi, elektrolitləri əvəz edən mayelərin və digər təbii preparatların qəbulu ilə. Biotənzimləmə yolu ilə təsir edən preparatlar zərərli toksinlərin detoksikasiya və drenajı və patofizioloji prosesin əsasında duran balansın bərpası üçün istifadə oluna bilər.

 

XİC üzrə faza
Ekskresiya
İltihab
Endodermal

Tənzimləyici terapiya
. Əsas detoksikasiya və drenaj: Detox-Kit
səbəb toksin olduqda
. Engystol virus mənşəli olduqda
. Echinacea compositum
bakterial mənşəli olduqda
. Mucosa compositum
ağır və ya xroniki hallarda

İndividual yanaşma
. Veratrum-Homaccord
(maye itirilməsi səbəbindən hipotenziyaya meyillik)
. Spascupreel
(güclü spazmlarda)
. Podophyllum compositum
(kolit zamanı qanlı, selikli diareya olduqda)
. Salmonella-typi-Injeel
(təsdiq olunmuş salmonelyoz)
. Bacterium coli-Injeel
(təsdiq olunmuş E.coli infeksiyası)
. Gelsemium-Homaccord
(həyəcan diareyası)
. Sulfur-Injeel
(səhər diareyası)
Xroniki olduqda:
. Coenzyme compositum
. Ubichinon compositum

 Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.


Biblioqrafik mənbələr
1 Guandalini S, Frye RE, Tamer MA. Diarrhea. eMedicine 2010. http://emedicine.medscape.com/article/928598-overview. Accessed July 13, 2010.
2 Camilleri M. Chronic diarrhea: a review on pathophysiology and management for the clinical gastroenterologist. Clin Gastroenterol Hepatol. 2004;2(3):198-206.
3 Cairncross S, Hunt C, Boisson S, et al. Water, sanitation and hygiene for the prevention of diarrhoea. Int J Epidemiol. 2010;39(suppl 1):i193-i205.
4 Rossit AR, Gonçalves AC, Franco C, Machado RL. Etiological agents of diarrhea in patients infected by the human immunodeficiency virus-1: a review. Rev Inst Med Trop Sao Paulo. 2009;51(2):59-65.
5 Patel A, Mamtani M, Dibley MJ, Badhoniya N, Kulkarni H. Therapeutic value of zinc supplementation in acute and persistent diarrhea: a systematic review. PLoS One. 2010;5(4):e10386.
6 Sullivan SN, Wong C. Runners’ diarrhea: different patterns and associated factors. J Clin Gastroenterol. 1992;14(2):101-104.
7 Myers B, Greenwood-Van Meerveld B. Role of anxiety in the pathophysiology of irritable bowel syndrome: importance of the amygdala. Front Neurosci. 2009;3:47.
8 Surawicz CM. Mechanisms of diarrhea. Curr Gastroenterol Rep. 2010;12(4):236-241.
9 Daher R, Yazbeck T, Jaoude JB, Abboud B. Consequences of dysthyroidism on the digestive tract and
viscera. World J Gastroenterol. 2009;15(23):2834-2838.
10 Evans KE, Leeds JS, Morley S, Sanders DS. Pancreatic insufficiency in adult celiac disease: do patients require long
term enzyme supplementation? Dig Dis Sci. 2010;55(10):2999-3004.
11 Delgado-Aros S, Camilleri M, Garcia MA, Burton D, Busciglio I. High body mass alters colonic sensory-motor
function and transit in humans. Am J Physiol Gastrointest Liver Physiol. 2008;295(2):G382-G388.
12 Payne ML, Craig WJ, Williams AC. Sorbitol is a possible risk factor for diarrhea in young children. J Am Diet Assoc.
1997;97(5):532-534.
13 Gaby AR. Adverse effects of dietary fructose. AlternMedRev. 2005;10(4):294-306.